...

Slovakiya XİN: Avropadakı münaqişələr yalnız sülh yolu ilə həll oluna bilər

Siyasət Materials 18 Yanvar 2018 09:40 (UTC +04:00)
Avropa məkanında davam edən münaqişələr yalnız sülh yolu ilə həll oluna bilər.
Slovakiya XİN: Avropadakı münaqişələr yalnız sülh yolu ilə həll oluna bilər

Bakı. Nigar Quliyeva - Trend:

Avropa məkanında davam edən münaqişələr yalnız sülh yolu ilə həll oluna bilər.

Trend-in məlumatına görə, bunu Slovakiyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Lukas Parizek yanvarın 17-də Vyanada keçirilən tədbirdə ölkəsinin ATƏT-in təhlükəsizlik sahəsində əməkdaşlıq forumuna sədrliyi çərçivəsində prioritetlərini açıqlayarkən deyib.

O qeyd edib: "Təəssüf ki, bu problemlərin həlli üçün siyasi iradənin və dialoqun olmaması bizi geriyə salır".

L.Parizek əlavə edib ki, bütün münaqişə tərəfləri kompromissə hazır olmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti