...

Məzahir Pənahov: Prezidentliyə namizədlər seçkiqabağı təşviqat başlamamış təbliğat aparmamalıdırlar

Siyasət Materials 7 Mart 2018 11:49 (UTC +04:00)
Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində namizədlər seçkiqabağı təşviqat başlamamış təbliğat aparmamalıdırlar.
Məzahir Pənahov: Prezidentliyə namizədlər seçkiqabağı təşviqat başlamamış təbliğat aparmamalıdırlar

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində namizədlər seçkiqabağı təşviqat başlamamış təbliğat aparmamalıdırlar.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə deyib.

O qeyd edib ki, bu, qanun pozuntusudur: “Ola bilər ki, bunu özləri etməsinlər, başqaları - onları gözdən salmaq istəyən şəxslər edir. Bütün tərəflər diqqətli olmalıdır. Azərbaycanda insanlar məsələlərə düzgün qiymət vermək bacarığındadırlar. Hansısa namizəd bu cür əməllərə əl atırsa, öz seçicilərini itirir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti