...

Bakıda Azərbaycan, İran, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin dördtərəfli görüşü keçiriləcək (ÖZƏL)

Siyasət Materials 7 Mart 2018 13:53 (UTC +04:00)
Mart ayının ortalarında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfəri gözlənilir
Bakıda Azərbaycan, İran, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin dördtərəfli görüşü keçiriləcək (ÖZƏL)

Bakı. Fərhad Danişvər, Fikrət Doluxanov - Trend:

Mart ayının ortalarında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfəri gözlənilir.

Bu barədə Trend-ə məlumatlı mənbə bildirib.

Nazir Azərbaycan, İran, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin dördtərəfli görüşündə iştirak etmək məqsədilə Bakıya gələcək.

Məlumata görə, səfər 14-15 mart tarixlərində planlaşdırılır.

Qeyd edək ki, M.C.Zərif azərbaycanlı və türkiyəli həmkarları ilə birgə 2017-ci ilin dekabrında Bakıda üçtərəfli iclasda iştirak etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti