...

Azərbaycan Prezidenti makedoniyalı həmkarı ilə görüşüb (YENİLƏNİB)

Siyasət Materials 15 Mart 2018 15:09 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev martın 15-də Makedoniya Prezidenti George İvanov ilə görüşüb.
Azərbaycan Prezidenti makedoniyalı həmkarı ilə görüşüb (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev martın 15-də Makedoniya Prezidenti George İvanov ilə görüşüb.

Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyətinin artdığını qeyd edən dövlətimizin başçısı Makedoniya Prezidenti Georgi İvanovun bu tədbirdə iştirakının önəmini vurğuladı. Prezident İlham Əliyev Makedoniya Prezidenti ilə Bakıda və müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində görüşlərini məmnunluqla xatırladı.

Makedoniya Prezidenti Georgi İvanov VI Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkil olunduğunu və uğurla keçirildiyini qeyd etdi. O bildirdi ki, bu tədbir əməkdaşlığın genişləndirilməsi, beynəlxalq aləmdə sabitliyin, təhlükəsizliyin və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi işinə böyük töhfə verir.

Görüşdə iki ölkə arasında energetika, əczaçılıq və digər sahələrdə əməkdaşlıq əlaqələrinin vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Makedoniya Prezident Georgi İvanov Prezident İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti