...

XİN: Münster insidentində xəsarət alanlar sırasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır

Siyasət Materials 8 Aprel 2018 00:06 (UTC +04:00)
Almaniyanın Münster şəhərində yük maşınının insanların üzərinə sürülməsi nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır
XİN: Münster insidentində xəsarət alanlar sırasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır

Bakı. Ləman Zeynalova, Vüqar İmanov - Trend:

Almaniyanın Münster şəhərində yük maşınının kafedə oturan insanların üzərinə sürülməsi nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır.

Bunu Trend-ə XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib: "Hadisədə xəsarət alanlar sırasında Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsi səfirlik tərəfindən Almaniya hüquq mühafizə orqanları ilə araşdırılır. Əlavə məlumat olduğu təqdirdə bildiriləcək".

Münster şəhərində yaşayan həmyerlimiz Trend-ə bildirib ki, insident nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Maşının sürücüsünün ruhi xəstə alman olduğunu bildirən həmyerlimiz qeyd edib ki, bu kafeyə əsasən zəngin gəlir.

Qeyd edək ki, son məlumatlara əsasən, Almaniyanın Münster şəhərində yük maşınının kafedə oturan insanların üzərinə sürülməsi nəticəsində intihar edən sürücü də daxil olmaqla 3 nəfər həlak olub, 20 nəfər isə yaralanıb. Onlardan 6-nın vəziyyəti ağırdır. Şimali Reyn-Vestfaliy a federal əyalətinin daxili işlər naziri Xorbert Royl bildirib ki, Myunsterdəki insidentin terror aktı olduğu barədə məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti