Bakı. Trend:
Samir Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib.
Trend-in məlumatına görə, bu gün Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib.
Samir Nuriyev buna qədər Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.