Bakı. Trend:
Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənov aprelin 28-də bu ölkənin müdafiə sənayesi sahəsində yüksək texnologiyalı məhsullar istehsal edən “CETC İnternational” şirkətini ziyarət edib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, müəssisənin rəhbərliyi ilə görüşdə Azərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub.
Sonra müdafiə naziri şirkətin istehsal etdiyi hərbi təyinatlı döyüş vasitələrinə baxıb. Bildirilib ki, şirkət əsasən elektron komponentlərin və elektron avadanlığın istehsalı ilə məşhurdur.
Dünyanın 100-dən çox ölkəsi ilə əməkdaşlıq edən “CETC İnternational” şirkəti hazır məhsullar çeşidinin yüksək səviyyəsi ilə seçilir.