Azərbaycan Prezidenti Xaçmaz şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib (FOTO) (YENİLƏNİB)

Azərbaycan Prezidenti Xaçmaz şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz idarəsinin inzibati binasının açılışında iştirak edib.

Əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədilə ölkədə həyata keçirilən kompleks tədbirlər nəticəsində regionlarda içməli su təchizatı və kanalizasiya infrastrukturu müasir tələblərə uyğun olaraq yenidən qurulur, sakinlərin keyfiyyətli və fasiləsiz içməli su təminatı sahəsində mühüm nailiyyətlər əldə edilib. Respublikamızın mühüm aqrar-sənaye və turizm potensialına malik rayonlarından sayılan Xaçmazda əhalinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə kompleks tədbirlər həyata keçirilib. Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 2012-ci ildə başlanmış “Xaçmaz şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrası başa çatıb.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına “Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi barədə məlumat verdi.

Bildirildi ki, Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşən “Xaçmaz şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla Xaçmaz şəhərində 47 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Rayonun 5 kəndi də daxil olmaqla, layihədən 58 min nəfər faydalanacaq.

Xaçmaz şəhərini, həmçinin ətraf kəndləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün şəhərin mövcud su mənbəyi olan Uçqun bulağı seçilib. Bu su mənbəyində aparılan laboratoriya analizləri suyun keyfiyyətinin mövcud standartlara uyğunluğunu təsdiqləyib. Araşdırma zamanı məlum olub ki, mənbənin məhsuldarlığı da optimal səviyyədədir. Suqəbuledici qurğularda əsaslı yenidənqurma işləri aparılaraq mənbənin məhsuldarlığı saniyədə 229 litrə və ya sutkada 19,8 min kubmetrə çatdırılıb, hər birinin həcmi 3 min kubmetr olan 2 anbar inşa olunub və su mənbəyindən götürülən suyun anbar kompleksinə nəqli məqsədilə 1,9 kilometr magistral su xətt çəkilib. Anbarlarda toplanan su ehtiyatının həcminə, eləcə də suyun bulanıqlıq səviyyəsinə SCADA sistemi vasitəsilə onlayn rejimdə nəzarət edilir.

Layihə çərçivəsində Xaçmaz şəhərində 148 kilometr içməli su şəbəkəsinin, şəhərin relyef baxımından ən yüksək hissəsində yeni salınmış yaşayış massivinin dayanıqlı su təminatı məqsədilə nasos stansiyasının, 136 kilometr kanalizasiya şəbəkəsinin və şəbəkə üzərində 10 min 390 baxış quyusunun inşası, hər evin və obyektin kanalizasiya şəbəkəsinə qoşulması təmin edilib. Eyni zamanda, tullantı suların təmizləyici qurğuya ötürülməsi məqsədilə 1,2 kilometr uzunluğunda əsas daşıyıcı kollektor tikilib.

Layihənin icrası zamanı yeni yaradılmış infrastruktur mənbədən tutmuş sonuncu istifadəçiyə qədər “Azərsu” ASC-nin Coğrafi İnformasiya Sisteminə işlənilib və bu məlumatlar rəqəmsal xəritədə öz əksini tapıb. Coğrafi İnformasiya Sisteminin bir elementi olan Bina-kimlik layihəsi isə abonent haqqında bütün məlumatların xəritə üzərindən alınmasına və çeşidli təhlillərin aparılmasına imkan verir. Buraya abonentin yaşadığı ünvan, əlaqə vasitələri, istifadə etdiyi suyun həcmi, ödənişləri və təhlil üçün lazım olan digər informasiyalar daxildir. Bina-kimlik layihəsi baş vermiş qəza yerinə vaxtında müdaxilə etmək imkanı yaradır ki, bu da istismar prosesini asanlaşdırmaqla su itkilərinin minimuma endirilməsinə gətirib çıxarır. Eyni zamanda, yaranacaq fasilələr barədə abonentləri əvvəlcədən məlumatlandırmaq imkanları yaradır.

Hazırda sutkalıq məhsuldarlığı 20 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi üzrə tender prosesi yekunlaşmaq üzrədir. Qurğuda Xaçmaz şəhəri ilə yanaşı, Quba, Qusar şəhərlərinin, həmçinin Şahdağ Qış-Yay Turizm Kompleksinin də tullantı suları təmizlənib kənarlaşdırılacaq.

Layihə çərçivəsində Regional Sukanal İdarəsi üçün müasir tipli inzibati bina inşa olunub. Yeni layihənin icrasınadək Xaçmaz şəhərində 1950-1970-ci illərdə yaradılmış su təchizatı infrastrukturundan istifadə olunurdu. Şəhər əhalisinin yalnız 40 faizi mərkəzləşmiş qaydada içməli su ilə təmin edilirdi, kanalizasiya şəbəkəsi istismara yararsız vəziyyətə düşmüşdü.

Dövlətimizin başçısına məlumat verildi ki, Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” Xaçmaz şəhəri ilə yanaşı, Qusar, Naftalan, Qobustan və Xızı şəhərlərinin də içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını əhatə edir. Artıq bu şəhərlərdə su və kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşıb. Layihənin sonuncu mərhələsində tullantı sutəmizləyici qurğuların inşası həyata keçiriləcək.

Ümumilikdə 50 şəhər və rayon mərkəzində içməli su təchizatı və kanalizasiya layihələri icra olunur. Bu şəhərlərin 25-də su və kanalizasiya şəbəkələrinin, 10-də isə su şəbəkəsinin inşası yekunlaşdırılıb. Bu ilin sonuna qədər daha bir neçə şəhərdə işlərin başa çatdırılması nəzərdə tutulub.

Sonra Prezident İlham Əliyev Xaçmaz şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.

Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşıb
Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşıb
AEBA İranın uranı 60 faizə qədər zənginləşdirməyə başladığını təsdiqlədi
AEBA İranın uranı 60 faizə qədər zənginləşdirməyə başladığını təsdiqlədi
"Twitter"in işində nasazlıq yaranıb
"Twitter"in işində nasazlıq yaranıb
Loading Bars
Xəbər lenti
Bayden amerikalıları təcili koronavirusa qarşı peyvəndlənməyə çağırıb
İsraildə aktiv koronavirus xəstələrinin sayı 2 239 nəfərə düşüb
Helsinkidə məhdudiyyətlərə qarşı etiraz aksiyası keçirilib, saxlanılanlar var
FİFA yeni Super Liqanın yaradılmasına qarşı çıxıb
Misirdə qatarın relsdən çıxması nəticəsində 11 nəfər ölüb, 98 nəfər yaralanıb
Afrikada koronavirusa yoluxanların sayı 4,42 milyonu ötüb
Avropanın 12 top klubu futbol üzrə yeni Super Liqanın yaradıldığını elan edib
UEFA bu gün AVRO-2020 oyunlarına ev sahibliyi edəcək şəhərləri təsdiq edəcək
Rusiya XİN 20 çexiyalı diplomatı "persona non-qrata" elan edib
Parataekvondoçularımız Özbəkistanda təlim-məşq toplanışında iştirak edəcəklər
Türkiyədə son sutkada koronavirusdan 43 856 nəfər sağalıb
Heydər Əliyev prospektində qəza olub (FOTO)
Üzgüçülərimiz hazırlıq mərhələsində yaxşı nəticələr göstəriblər
Dünyada koronavirusa yoluxanların sayı 140 milyonu ötüb
İraqda hərbi baza raket hücumuna məruz qalıb
Cüdoçularımız Avropa çempionatını iki bürünc medalla başa vurublar
Türkiyə sahillərində 4,2 bal gücündə zəlzələ olub
İki paraatletimiz İtaliyada qızıl medal qazandı
Britaniyada koronavirusa yoluxanların sayı 4,38 milyon nəfəri ötüb
Myanmada toqquşmalarda ölənlərin sayı 737-ə çatıb
Futbol üzrə İtaliya çempionatı: "Atalanta" "Yuventus"a qalib gəldi
“YAŞAT” Fondunun əməkdaşları respublika üzrə 2 min 881 şəhid ailəsini ziyarət ediblər
Tayvanda iki güclü zəlzələ baş verib
Bakıda ikimərtəbəli ev yanıb
Misirdə qatar qəzasında 100-ə yaxın sərnişin xəsarət alıb
Formula-1 Qran Prisinin Mayamidə keçiriləcəyi razılaşdırıldı
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
NASA helikopterinin Marsda ilk uçuşu aprelin 19-na planlaşdırılıb
Azərbaycanda 2 144 nəfər COVID-19-a yoluxub, 33 nəfər vəfat edib
Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Qarabağa aid sənədli film istehsal olunub (FOTO)
Ombudsman Səbinə Əliyeva 3-cü “Fərqli Fərdlər” Konqresində iştirak edib (FOTO)
İsmayıllıda COVİD-19 xəstəsi bazarda aşkarlanıb
Suriya prezident seçkilərinin vaxtını təyin edildi
Bədii gimnastlarımız Dünya Kubokunda iştirak edib
Adobe şirkətinin təsisçisi və PDF formatının yaradıcısı Çarlz Geşke vəfat edib
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyyətinin zoom vasitəsilə XIX toplantısı keçirilib
İranda koronavirusa yoluxanların sayı 2,2 milyona çatıb
Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşıb
Rusiyada son sutkada koronavirusdan 389 nəfər ölüb
Çexiya 18 rus diplomatının ölkədən çıxarır
Ağdam rayonunun Saybalı kəndi (VİDEO)
Gürcüstanda koronavirusa daha 818 nəfər yoluxub, 793 nəfər ölüb
ABŞ-da naməlum şəxs yas mərasimində atəş açıb, ölən var
Sabahın hava proqnozu açıqlanıb
Ağdamda minaya düşən şəxslə bağlı araşdırma aparılır
İranda güclü zəlzələ qeydə alınıb
Xızı rayonunda sursat aşkar edilib (FOTO)
Qubadlı rayonunun Tarovlu kəndi (VİDEO)
Azərbaycan XİN 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb
Ağdam sakini minaya düşüb (FOTO)
Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib
Cüdo üzrə Avropa çempionatı: 4 idmançımız mübarizəyə başlayır
Samuxda “Təmiz hava” aylığı ilə əlaqədar reyd keçirilib (FOTO)
Qubada ev və ona bitişik tikili yanıb
Daha 2 boksçumuz dünya birinciliyində 1/4 finala vəsiqə qazanıb
Dünyada koronavirusa yoluxanların sayı 139 milyonu ötüb - ÜST
Yaponiyada 5,8 bal gücündə zəlzələ baş verib
Ekvadorda prezident seçkilərinin ikinci turunda Qilyerme Lasso qalib gəlib
AEBA İranın uranı 60 faizə qədər zənginləşdirməyə başladığını təsdiqlədi
ABŞ-da naməlum şəxs ticarət mərkəzində atəş açıb
Fransa bəzi ölkələrdən gələn qonaqlar üçün karantin tətbiq edib
Gürcüstanda 4,5 bal gücündə zəlzələ baş verib
İspaniya Kuboku: "Atletik" klubu bir ay ərzində ikinci dəfə finalda məğlub olub
Hindistanda koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın olub
Türkiyədə son sutkada koronavirusdan 52 184 nəfər sağalıb
İngiltərə Kuboku: "Çelsi" "Mançester Siti"ni məğlub edərək finalına çıxıb
“Yaşıl Marafon” layihəsi çərçivəsində Bakıda ağacəkmə aksiyası keçirilib (FOTO)
Türkiyə sahillərində zəlzələ qeydə alınıb
Özbəkistan ilin sonuna qədər COVID-19-a qarşı öz peyvəndinin istehsalına başlaya bilər
"Bavariya"nın baş məşqçisi mövsümün sonunda komandadan ayrılmaq istədiyini açıqlayıb
Myanmada toqquşmalarda ölənlərin sayı 730-a çatıb
Böyük Britaniyada şahzadə Filipin dəfn mərasimi keçirilib
Sabirabadda ikimərtəbəli ev yanıb
"Twitter"in işində nasazlıq yaranıb
Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı
2 gənc buza dırmanacaq, çayı keçəcək, dağda yatacaq... – AzTV-də maraqlı veriliş başlayır (VİDEO)
Gədəbəydə ikimərtəbəli evdə yanğın olub
Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 148 nəfər COVID-19-a yoluxub, 30 nəfər vəfat edib
Baş Prokurorluq və DİN birgə məlumat yayıb
Şirkət rəhbəri külli miqdarda dələduzluğa görə həbs edildi
Azərbaycanda bu sahələrdə daha yüksək maaş verilir
Ermənistan yanlış siyasətinə, terrorçu və təxribatçı əməllərinə görə cavab verir - Deputat
Azərbaycanda qaz hasilatı artıb
"VICE News"un Ermənistanın Bərdəyə raket zərbəsi barədə reportajı beynəlxaq mükafata namizəd irəli sürülüb
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Bakıda quldurluq: Pizza şirkətinin əməkdaşını hədələyib 500 manatını aldılar (VİDEO)
Milli Məclisin nümayəndə heyəti MDB PA-nın tədbirlərində iştirak edib (FOTO)
Azərbaycan qazı Avrasiyada qaz hasilatı artımının aparıcı qüvvələrindən biridir
2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə bağlı viza prosedurları sadələşdirilir - SƏRƏNCAM
İranda ötən sutka 21 min nəfər koronavirusa yoluxub, 319 nəfər ölüb
Ağdamda müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin inşasına start verilib (FOTO/VİDEO)
Mingəçevirdə “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib (FOTO)
Cəbrayıl rayonunun Daş Veysəlli kəndi (VİDEO)
Xətaidə kafeyə gedən, orada insanlarla görüşən koronavirus xəstəsi saxlanılıb (VİDEO)
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Fərman imzalanıb
İşğalçılar Alban məbədlərini saxtalaşdırıblar, dağıdıblar - Alban-udi dini icmasının sədr müavini (VİDEO)
Azərbaycan parlament nümayəndə heyəti Sankt-Peterburqda Ulu öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTO)
Ermənilər Qarabağın hər bir kvadratmetrini saxtalaşdırmaq istəyib - Alban-Udi icmasının rəhbəri (VİDEO)
Bütün xəbərlər