...

Azərbaycan diaspor təşkilatı Almaniya Təşkilatları Federal Birliyinə üzv olub (FOTO)

Siyasət Materials 8 May 2018 13:19
Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Almaniya Təşkilatları Federal Birliyinə üzv qəbul olunub.
Azərbaycan diaspor təşkilatı Almaniya Təşkilatları Federal Birliyinə üzv olub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Almaniya Təşkilatları Federal Birliyinə üzv qəbul olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, təşkilata üzvlükdən sonra Mərkəz ilk dəfə Almaniya Təşkilatları Federal Birliyinin toplantısında iştirak edib. Azərbaycan diaspor təşkilatı ilə yanaşı, iclasda Almaniyanın Bavariya Əyalətinin Münhen və digər şəhərlərindəki polyak, portuqal, fransız, türk, eriteriya, braziliyalı, yəhudi və əfqan icmalarının rəhbərləri, Münhen şəhər meriyasının nümayəndələri iştirak edib.

Altı saat davam edən iclasda əyalətdəki müxtəlif icmalarla bağlı məlumat verilib, onların problemləri, yerli cəmiyyətə inteqrasiya prosesində qarşıya çıxan çətinliklər və digər mövzularla bağlı geniş müzakirələr aparılıb.

Toplantıda çıxış edən Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri Səttar Kərimov birlikdə təmsil olunmasından məmnunluğunu ifadə edib və ölkəmizlə bağlı iştirakçılara geniş məlumat verib. Xüsusilə, Ermənistan-Azərbaycan, Dağlı Qarabağ münaqişəsi, Xocalı faciəsi haqqında, eləcə də Azərbaycanın dövlətçilik ənənələri, Xalq Cümhuriyyətinin 100 illik yubileyi, müasir Azərbaycanın banisi Heydər Əliyevin xidmətləri barədə geniş çıxış edib.

Səttar Kərimovun çıxışından sonra müxtəlif icmaların rəhbərləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar təbriklərini səsləndiriblər, gələcək qarşılıqlı əməkdaşlıq haqqında fikirlərini bölüşüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti