...

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün təlimi keçirilir (FOTO/VİDEO)

Siyasət Materials 23 May 2018 17:48 (UTC +04:00)
Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün 2-ci səviyyəli özünü qiymətləndirmə təlimi keçirilir.
NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün təlimi keçirilir (FOTO/VİDEO)

Bakı. Trend:

Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün 2-ci səviyyəli özünü qiymətləndirmə təlimi keçirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Qaraheybət Təlim Mərkəzində keçirilən səhra təliminə Azərbaycan Ordusunun 150 nəfərə yaxın şəxsi heyəti, 20-dək hərbi texnikası və iki helikopteri cəlb olunub.

Bölüyün qiymətləndirilməsi NATO Quru Qoşunları Komandanlığının monitorinq qrupu tərəfindən aparılır.

Təlimdə, həmçinin müşahidəçi və qiymətləndirici qismində Böyük Britaniya, Fransa, Avstriya və Almaniyanın hərbi qulluqçuları iştirak edirlər.

Silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüquq normalarının hərbçilər arasında yayılmasına və tətbiqinə dəstək olmaq məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsi də təlimə cəlb olunub.

Təlim mayın 25-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti