...

Valeh Ələsgərov: Azərbaycan və Rusiya prioritet sahələrdə əməkdaşlığı möhkəmləndirməyə davam edəcək

Siyasət Materials 11 İyun 2018 20:23 (UTC +04:00)
Azərbaycan və Rusiya bütün prioritet sahələrdə, o cümlədən diplomatik, iqtisadi və mədəni sahədə əməkdaşlığı möhkəmləndirməyə davam edəcək.
Valeh Ələsgərov: Azərbaycan və Rusiya prioritet sahələrdə əməkdaşlığı möhkəmləndirməyə davam edəcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan və Rusiya bütün prioritet sahələrdə, o cümlədən diplomatik, iqtisadi və mədəni sahədə əməkdaşlığı möhkəmləndirməyə davam edəcək.

Trend-in məlumatına görə, bunu Milli Məclisin sədr müavini Valeh Ələsgərov Rusiya günü ilə bağlı keçirilən mərasimdə deyib.

"Əlbəttə ki, prezidentlərimiz arasındakı münasibətlərdə yüksək etimad səviyyəsi də yüksək səviyyəli əməkdaşlıq üçün etibarlı əsasdır. Azərbaycan Prezidenti İlham Əliyevin bugünkü gün münasibətilə Rusiya hökuməti və xalqına təbriklərini çatdırmaq mənim üçün şərəfdir".

V.Ələsgərovun sözlərinə görə, Azərbaycan və Rusiya arasında mövcud əməkdaşlıq səviyyəsi gələcəkdə də qorunub saxlanacaq və gücləndiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti