...

Konstitusiya Məhkəməsinin əməkdaşları təltif olunub

Siyasət Materials 11 İyul 2018 16:57 (UTC +04:00)
İyulun 14-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illiyi tamam olur.
Konstitusiya Məhkəməsinin əməkdaşları təltif olunub

Trend-i buradan izləyin

Bakı. Trend:

İyulun 14-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illiyi tamam olur.

Trend-in verdiyi xəbərə görə, bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Konstitusiya Məhkəməsinin Protokol və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aslanov Tural Aslan oğluna, Cinayət və inzibati hüquq şöbəsinin müdiri Əfəndiyeva Humay Elçin qızına, Hüquqi təminat və qanunvericiliyin sistemləşdirilməsi şöbəsinin müdiri Hacızadə Anar Nizami oğluna 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcələri verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti