...

Misir səfiri: Azərbaycanla əməkdaşlığı genişləndirmək üçün səylə çalışacağıq

Siyasət Materials 13 İyul 2018 20:47 (UTC +04:00)
Misirin Azərbaycandakı səfiri Adil İbrahim Əhməd İbrahim Azərbaycanda gördüyü inkişafı qeyd edərək, ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinin mühüm olduğunu bildirib.
Misir səfiri: Azərbaycanla əməkdaşlığı genişləndirmək üçün səylə çalışacağıq

Bakı. Ləman Zeynalova - Trend:

Misirin Azərbaycandakı səfiri Adil İbrahim Əhməd İbrahim Azərbaycanda gördüyü inkişafı qeyd edərək, ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinin mühüm olduğunu bildirib.

Trend-in məlumatına görə, bunu səfir Bakıda Misirin milli bayramına həsr olunmuş rəsmi qəbulda deyib.

Səfirin sözlərinə görə, Misir və Azərbaycan inkişaf edən ölkələrdir, bizim ölkələr bir çox məsələlərdə öz səylərini birləşdirir və bir-birinə dəstəkdir.

Əhməd İbrahim qeyd edib ki, xüsusən ölkələrimizin tarixi yaxınlığa malik olması əlaqələri daha da yaxınlaşdırır.

Səfir əlavə edib ki, Misir 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub.

Rəsmi qəbulda çıxış edən Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib ki, Azərbaycan və Misir siyasi və iqtisadi sahələrdə əməkdaşlığı genişləndirmək üçün böyük potensiala malikdir.

Vitse-spiker əməkdaşlığın daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib. B.Muradovanın sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti