Birinci vitse-prezident Mehriban Əliyeva Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə verilən rəsmi ziyafətdə iştirak edib (FOTO)

Birinci vitse-prezident Mehriban Əliyeva Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə verilən rəsmi ziyafətdə iştirak edib (FOTO)

Bakı. Trend:

Sentyabrın 25-də Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi ziyafət verilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi ziyafətdə iştirak edib.

Əvvəlcə İtaliyanın və Azərbaycanın dövlət himnləri səsləndirildi.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə çıxış etdi.

Birinci vitse-prezident qonaqları salamlayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixinə nəzər saldı. Diqqətə çatdırdı ki, həmin dövrdə ölkəmiz üçün çox vacib addımlar atıldı: Azərbaycanda demokratiya institutları formalaşmağa başladı, azad seçkilər nəticəsində çoxmilli və çoxpartiyalı parlament yaradıldı, ölkəmiz üçün bir sıra vacib qanunlar qəbul edildi, milli ordumuz yarandı. “Biz ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşırıq. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Azərbaycanda və tərəfdaş ölkələrdə geniş şəkildə qeyd olunur”, - deyən Birinci vitse-prezident belə bir gecənin Azərbaycana dost olan İtaliyada, bu ölkənin gözəl paytaxtında – Romada keçirilməsindən məmnunluğunu ifadə etdi.

Bu gün Azərbaycanın zəngin, qədim tarixə və mədəniyyətə malik olduğunu, Şərqlə Qərb arasında - qədim İpək Yolu üzərində yerləşdiyini deyən Mehriban Əliyeva əsrlər boyu burada müxtəlif sivilizasiyaların, mədəniyyətlərin, dinlərin, millətlərin nümayəndələrinin sülh, qarşılıqlı hörmət şəraitində yaşadıqlarını vurğuladı. “Biz fəxr edirik ki, bu ənənələr bu gün də qorunub saxlanılır. Azərbaycanda multikulturalizm, dözümlülük, qarşılıqlı hörmət artıq həyat tərzidir”, - deyən Birinci vitse-prezident bu gün ölkəmizin dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınmasının təsadüfi olmadığını, Azərbaycanda millətlərarası dialoqun qurulmasına həsr olunan bir sıra beynəlxalq tədbirlərin keçirildiyini və belə tədbirlərin BMT, UNESCO, ISESCO kimi mötəbər beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndiyini vurğuladı.

Ölkəmizin müstəqillik illərində qazandığı nailiyyətlərdən danışan Mehriban Əliyeva müxtəlif sahələrdə əldə edilən uğurları qeyd etdi. Azərbaycanın beynəlxalq arenadakı nüfuzunun artdığını deyən Birinci vitse-prezident 2011-ci ildə ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildiyini, Azərbaycanın həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvü olduğunu, 2008-ci ildə Bakı şəhərində Avropa Şurasına və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin görüşünün təşkil olunduğunu, bu təşəbbüsə “Bakı Prosesi” adının verildiyini bildirdi. Vurğuladı ki, “Bakı Prosesi” xalqlar və millətlər arasında səmərəli dialoq qurmağa xidmət edir.

İtaliya-Azərbaycan münasibətlərindən danışan Mehriban Əliyeva bildirdi ki, əlaqələrimiz strateji tərəfdaşlıq əsasında inkişaf edir, həm siyasi, həm də iqtisadi sahədə uğurlu əməkdaşlıq qurulub. Bu gün Azərbaycanda çox sağlam investisiya mühitinin mövcudluğunu bildirən Birinci vitse-prezident İtaliyanın iş adamlarını ölkəmizə dəvət etdi.

Humanitar sahədəki əlaqələrə xüsusi toxunan Birinci vitse-prezident son illər Azərbaycandan İtaliyaya təhsil almaq üçün gedən tələbələrin sayının artdığını xoş hal kimi dəyərləndirdi. Həm Azərbaycanda, həm də İtaliyada qarşılıqlı mədəniyyət günlərinin keçirildiyini, müxtəlif sərgilərin, konsertlərin, görüşlərin baş tutduğunu söylədi. “Mən qeyd etmək istəyirəm ki, Romanın məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi Nizami Gəncəviyə ucaldılan abidə Azərbaycan xalqı tərəfindən çox böyük hörmətlə qarşılanır və çox yüksək qiymətləndirilir”, - deyən Mehriban Əliyeva bu sahədə gələcəkdə də əməkdaşlığın möhkəmlənəcəyinə əminliyini ifadə etdi.

Azərbaycanın Birinci vitse-prezidenti “Milan Ekspo” sərgisində Azərbaycan pavilyonunun ən çox ziyarət edilən pavilyonlardan biri olduğunu qeyd edərək bildirdi ki, ölkəmiz “Ekspo-2025” Ümumdünya Sərgisinə ev sahibliyi etməsi üçün Bakı şəhərinin namizədliyini irəli sürüb. “Bizim bu sahədə böyük təcrübəmiz var. Bakıda, paytaxtımızda dəfələrlə böyük beynəlxalq tədbirlər keçirilib və ümidvaram ki, əgər bizim namizədliyimiz qalib gəlsə, biz gözəl bir beynəlxalq tədbir keçirməyə nail olacağıq”, - deyən Mehriban Əliyeva İtaliyanın bu sahədəki təcrübəsinin əhəmiyyətini də vurğuladı.

İtaliyanın iqtisadiyyat və maliyyə naziri Covanni TRİA ziyafətdə çıxışında maddi və mədəni zənginliyə malik Odlar Yurdu Azərbaycanın böyük təbii ehtiyatlarının olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, Azərbaycan bu təbii ehtiyatlardan səmərəli istifadə edərək ölkənin sürətli inkişafına nail ola bilib və dünya iqtisadiyyatında mühüm rol oynayır.

Bu gün Azərbaycanda təhsilə, elmə böyük diqqətin ayrıldığını bildirən nazir cari ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsinin əhəmiyyətinə toxundu. O, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın böyük inkişaf yolu keçdiyini, bu uğurların əsasında Azərbaycan rəhbərliyinin insan kapitalına böyük diqqət yetirdiyinin durduğunu dedi. Nazir “Ekspo-2025”ə Bakının namizədlik üçün seçdiyi mövzunun “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” olduğunu xatırladaraq onun əhəmiyyətini vurğuladı.

Azərbaycan-İtaliya əlaqələrindən bəhs edən Covanni Tria 2017-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd olunduğunu bildirdi və bu gün ölkələrimiz arasında əlaqələrin genişləndiyini məmnunluqla vurğuladı. O qeyd etdi ki, Azərbaycan Cənubi Qafqaz regionunda çox mühüm ölkədir. Asiya ilə Avropa arasında körpü rolunu oynayan Azərbaycan sabitlik məkanıdır, qədim İpək Yolunun mərkəzindədir.

Nazir bildirdi ki, bu gün Azərbaycan zəngin mədəniyyətinə, qədim adət-ənənələrinə əsaslanaraq yeni təşəbbüslərlə çıxış edir. Bu təşəbbüslər mədəniyyətlər və xalqlar arasında əlaqələrin genişlənməsinə xidmət edir.

Heydər Əliyev Fondunun İtaliyada mədəni irsin qorunması istiqamətində həyata keçirdiyi layihələrdən danışan nazir bunlara görə Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə etdi. O, Azərbaycan ilə İtaliya arasında qarşılıqlı sərmayə qoyuluşu sahəsində əməkdaşlığın genişləndirildiyini bildirdi, Azərbaycanın Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğuladı. “Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi və müasirləşdirilməsi istiqamətində mühüm addımlar atır. Bizim strateji tərəfdaşlığımız ticari əlaqələrimizin möhkəmlənməsinə töhfə verir. Biz sənaye sahələrinə qarşılıqlı sərmayələr yatırırıq, biz birgə çalışırıq”, - deyə nazir Covanni Tria vurğuladı.

Sonra Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dair sənədli film nümayiş etdirildi.

Ziyafət Azərbaycan musiqilərindən ibarət konsert proqramı və milli mətbəximizin nümunələrinin təqdimatı ilə davam etdirildi.

Tədbir çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan sərgi maraqla qarşılandı.

Sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi tarixi yol, onun yaradıcıları və qazandığı uğurlar barədə məlumat verilir. Burada, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti, diplomatik uğurları, o dövrdə hərbi, mədəni, sənaye sahələrində həyata keçirilən islahatlar barədə də geniş məlumatlar yer alıb. Sərgidə, eyni zamanda, Azərbaycanın müstəqilliyinin bərpası, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı, ölkəmizin qazandığı nailiyyətlərlə bağlı məlumatlar təqdim olunur.

Sərgidə Heydər Əliyev Fondunun ölkəmizlə bağlı nəşrləri də nümayiş etdirilir.

Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin yerli və xarici KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransından yazır
Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin yerli və xarici KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransından yazır
Ukrayna mətbuatı Prezident İlham Əliyevin mətbuat konfransını geniş işıqlandırıb (FOTO)
Ukrayna mətbuatı Prezident İlham Əliyevin mətbuat konfransını geniş işıqlandırıb (FOTO)
Çin KİV-ləri Azərbaycan Prezidentinin vaksin məsələsi barədə fikirlərindən yazıb
Çin KİV-ləri Azərbaycan Prezidentinin vaksin məsələsi barədə fikirlərindən yazıb
Loading Bars
Xəbər lenti
Konqo Demokratik Respublikasında 15 nəfər naməlum xəstəlikdən ölüb
Türkiyədə son sutkada koronavirusdan 5 947 nəfər sağalıb
Bakıda mansarda tipli evdə yanğın olub, 4 nəfər xilas edilib
Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin yerli və xarici KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransından yazır
Abşeron rayonunda 3 otaqlı ev yanıb
Ukrayna mətbuatı Prezident İlham Əliyevin mətbuat konfransını geniş işıqlandırıb (FOTO)
Türkiyənin bəzi vilayətlərində komendant saatı ləğv olunub
Çin KİV-ləri Azərbaycan Prezidentinin vaksin məsələsi barədə fikirlərindən yazıb
Özbəkistanda koronavirusa qarşı ilk peyvənd qeydə alınıb
Qırğızıstanın xəbər portalları Azərbaycan Prezidentinin keçirdiyi mətbuat konfransının tam mətnini yayımlayıb (FOTO)
Prezidentin mətbuat konfransı Azərbaycanın informasiya müharibəsində növbəti böyük qələbəsidir - Deputat
"Google" axtarış sistemi Azərbaycanda populyarlığını qoruyub saxlayır
BMT və Azərbaycan Hökuməti arasında əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb (FOTO)
Təhsilini yarımçıq qoyub hərbi xidmətə yollandı, oradan da Vətən müharibəsinə - Şəhid Arif Rüstəmov (FOTO)
Rumıniyanın qabaqcıl KİV-ləri Prezident İlham Əliyevin mətbuat konfransı barədə məlumatlar yayıblar (FOTO)
Paşinyan Ermənistanın sabiq prezidentini ordunu onun üzərinə qaldırmaqda ittiham edib
İctimai iaşə müəssisələrində ən çox aşkar olunan nöqsanlar hansılardır? - RƏSMİ
“YAŞAT” Fondunun təşəbbüsü ilə İsraildən ölkəmizə humanitar həkim heyəti gəlib (FOTO)
Azərbaycandan ixrac sifarişi alan əsas məhsullar bunlar olub
Azərbaycan meydana çıxa biləcək hər hansı təhdidlərin qarşısını qətiyyətlə almağa qadirdir - Vüqar Rəhimzadə
Azərbaycan Prezidenti Ermənistanın yenidən silahlanmaq xülyasını məhv etdi
Türkiyə mediası: Prezident İlham Əliyev dörd saatdan artıq zamanda jurnalistlərin əlliyə yaxın sualını cavablandırıb (FOTO)
Azərbaycanda zəlzələ olub
"Google Chrome" Azərbaycan internet bazarında liderliyini davam etdirir
İspandilli KİV-lər Prezident İlham Əliyevin mətbuat konfransını geniş işıqlandırıb (FOTO)
Balakəndə 2 otaqlı ev yanıb
Zakir Həsənov Belarusun səfiri ilə hərbi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib
Fransız jurnalist Qarabağın dirçəldilməsi istiqamətində görülən işlərdən yazır (FOTO)
Soydaşlarımız Almaniya bundestaqını Xocalı soyqırımını tanımağa çağırıb
Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşüb (FOTO)
Deputatların vaksinasiyasının birinci mərhələsi başa çatıb
Sidneydə Xocalı soyqırımı ilə bağlı həqiqətləri əks etdirən avtomobil hərəkət edib (FOTO)
"Xocalı soyqırımı xaricilərin gözü ilə" mövzusunda müzakirələr aparılıb
Bakıda 22 yaşlı oğlan qətlə yetirilib
Tokio sakinlərinə üzərində “Xocalıya ədalət!” yazılmış tibbi maskalar paylanılıb (FOTO)
Qayıdış proqramı ilə bağlı keçirilən sorğuda artıq minlərlə şəxs iştirak edib
Könül Nurullayeva Xorvatiya mətbuatında Qarabağdakı işğalın dərin izlərindən yazdı
Paşinyanın tərəfdarları meydana gəlməyə başlayıb
Murmansk şəhərində Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Prezident İlham Əliyevin mətbuat konfransının tam versiyası president.az saytında (VİDEO)
Azərbaycan azad olunmuş ərazilərdə abidələrin bərpasında Türkiyə təcrübəsindən yararlanacaq (FOTO)
Unibank daha 3 mükafat qazanıb
Gömrük Akademiyasında “İlk tibbi yardım” mövzusunda təlim keçirilib (FOTO)
"Buta Airways" Tbilisiyə uçuşlar yerinə yetirməyə başlayır
Novruz bayramı ərəfəsində «PAŞA Həyat» hədiyyəli bahar kampaniyasına start verib
Sarkozi 3 il müddətinə həbs olundu
Ermənistan prezidenti Paşinyanla görüşüb
Azərbaycanda 125 nəfər COVID-19-a yoluxub, 71 nəfər sağalıb, 3 nəfər vəfat edib
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Pakistanın Sərhəd İşləri Təşkilatının baş direktoru ilə görüşüb
Hər bir qazimizi yüksək texnologiyalı, elektron protezlərlə təmin edəcəyik - Sahil Babayev
AQTİ-dən qidalardakı təhlükəli virusla bağlı XƏBƏRDARLIQ
Göyçayda 3 094 nəfər koronavirusa qarşı vaksin olunub
AQTA 21 müəssisədə qayda pozuntusu aşkarladı
İranda Qarabağ konfransında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat qəbul olunub (FOTO)
Xaricilərin Azərbaycanda xərclədiyi pulların həcmi açıqlanıb
Heyvanların identifikasiyası aparılır
Azərbaycanın ixrac etdiyi peyk xidmətinin həcmi açıqlanıb
"Instagram" Azərbaycanda ən populyar sosial şəbəkə olub
Almaniyada Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı maraqlı flaşmob təşkil edilib (FOTO)
Azad olunmuş ərazilərdə arıçılığı sürətlə inkişaf etdirəcəyik - Assosiasiya sədri
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
Zərdabda qadının boğularaq qətlə yetirilməsi ilə bağlı cinayət işi başlandı
KOBİA 2020-ci ilin yekunlarına dair brifinq keçirib (FOTO)
Finlandiyada fövqəladə vəziyyət elan olundu
Cinayət qanunvericiliyində 30 maddənin sanksiyasına alternativ cəzalar daxil edilib - Fikrət Məmmədov
Dilçilik İnstitutu “Qaynar xətt”lə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Yeni qanunların tətbiqi ilə əlaqədar 2000-dən çox məhkum cəzadan azad edilib - Nazir
Prezident regional və beynəlxalq tərəfdaşlarımıza, eləcə də Ermənistana mühüm ismarıclar verdi - Deputat
Şəki Apellyasiya Məhkəməsinin 3 hakiminə töhmət elan edildi
AFFA 4 klubu cərimələdi
16 hakimin işinə xitam verilib, 2 məhkəmə sədri məsuliyyətə cəlb edilib
“Journal General de l'Europe”: Azərbaycanlı məcburi köçkünlər doğma yurdlarına qayıtmağı səbirsizliklə gözləyirlər
Azərbaycan və Türkiyə arasında növbəti sənədlər imzalanıb (FOTO)
ADU-da “Arzuları həyata keçirən möcüzəvi Çin fənərləri” bayramı qeyd olunub
"Barselona"nın keçmiş prezidenti saxlanıldı
Kanadada ingilis dilində Xocalı soyqırımı haqqında videomaterial təqdim olunub (FOTO)
Əsas odur ki, həqiqət bərpa olunub - Peskov Paşinyanın etirafı barədə
Minaatan batareyaları döyüş atışlı təlim məşqlərinin növbəti mərhələsini icra edib (VİDEO)
“Bazarstore”da pozuntular aşkarlanıb
Unibank daha çevik idaretmə modelinə keçib
Bakı-Quba yolunda ağır qəza - Ölən var (FOTO)
Xocalı soyqırımı ilə Sumqayıt hadisələrinin ermənilər tərəfindən eyniləşdirilməsi absurddur - Deputat
QHT-lərə Dövlət dəstəyi Şurasında yoxlamalar yekunlaşıb
İranda koronavirusdan gündəlik ölüm sayı artıb
Yelo Bankdan biznes sahiblərinə Novruz kampaniyası
Bakıda iki yük avtomobili toqquşdu - Sürücü sıxılaraq maşında qaldı
Sumqayıt Texnologiyalar Parkı kadr hazırlığı məqsədilə növbəti “STP Təcrübə Proqramı - 2021”layihəsinə başlayır!
Sumqayıt hadisələrinin əsas motivi "Böyük Ermənistan" yaratmaq idi - Tarixçi alim
STAR neft emalı zavodu xam neft idxalını artırıb
Dünya Azərbaycanı qalib ölkə olaraq qəbul etməyə məcburdur - Səttar Möhbalıyev
Xocalı soyqırımı XX əsrin faciəsidir - Monteneqro və Bosniya mediası (FOTO)
Ukrayna telekanalı Prezident İlham Əliyevin mətbuat konfransı və azad olunan ərazilər barədə reportaj hazırlayıb (FOTO)
Şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Yaz ağac əkininə Zəngilandan start verilir
Soyqırım günahkarları mühakimə edilənə qədər xocalıların yaraları sağalmaz - Estoniyalı yazıçı
Paşinyan geri addım atdı - "İskəndər"lə bağlı səhv məlumatlandırılmışam
İlahiyyat İnstitutunun tələbələri “İntihar problemi və onunla mübarizə yolları” mövzusunda vebinarda iştirak ediblər (FOTO)
Prezidentin mətbuat konfransı Azərbaycanın informasiya müharibəsində növbəti qələbəsi idi - Deputat
Yerevanda bir qrup etirazçı hökumət binasına daxil oldu (VİDEO)
SWAP layihəsi çərçivəsində birinci kəşfiyyat quyusunun qazılması üçün bütün icazələr alınıb - BP
Bütün xəbərlər