Ekspert: Dünyanın nüfuzlu şirkətlərinin rəhbərlərinin Davosda Prezident İlham Əliyevlə görüşə can atması Azərbaycana artan maraqdan xəbər verir

Ekspert: Dünyanın nüfuzlu şirkətlərinin rəhbərlərinin Davosda Prezident İlham Əliyevlə görüşə can atması Azərbaycana artan maraqdan xəbər verir

Bakı. Samir Əli - Trend:

Bu il Davosda Dünya İqtisadi Forumunda Azərbaycanla bağlı proses özünün əhatəliliyi və məzmunlu olması baxımından daha çox diqqət cəlb edir. Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

A.Quliyev qeyd edib ki, Azərbaycanın beynəlxalq müstəvidə və daxili siyasətdə əldə etdiyi nəticələrə, Prezident İlham Əliyevin iş və idarəçilik üslubuna, ölkələrin inkişaf və təhlükəsizlik məsələlərinə baxışlarına daha böyük maraq göstərildiyi aydın görünür:

"Ümumən Forumda Azərbaycanla əlaqədar prosesləri əsasən üç istiqamətdə izləmək daha dəqiq olar: Prezidentin dünya şöhrətli şirkətlərin rəhbərləri ilə məzmunlu və işgüzar müzakirələri; bir milyarddan artıq tamaşaçısı olan Rusiya və Çin televiziyalarına geniş müsahibələri və nəhayət, müxtəlif mövzulu müzakirə platformalarında fəal məruzəçi qismində iştirak. Hər üç istiqamətdə baş verən hadisə və təzahürlərin təhlili həqiqətən Azərbaycanın dünya üçün getdikcə daha maraqlı bir geosiyasi və geoiqtisadi məkana çevrildiyini aydın nümayiş etdirir. Aparıcı şirkət rəhbərlərinin Davosda Azərbaycan Prezidenti ilə görüşə can atması ölkəmizə artan maraqdan xəbər verir. Cənab Prezidentlə görüşmək istəyən böyük şirkətlərin daha çox qeyri-neft sektorunda fəaliyyət göstərməsi əlamətdar nüansdır və Azərbaycanın son illərdə bu sektorda mühüm nailiyyətlərinin dünyada lazımınca izlənildiyini ifadə edir. Şirkətlərin bəzisinin artıq illərdir Azərbaycanda işlədiyi, bəzilərinin ölkəyə yenicə qədəm qoyması faktı da az əhəmiyyət kəsb etmir. Deməli, köhnə şirkətlər ölkəmizlə əməkdaşlığın davam etdirilməsi üçün bütün əlverişli səylərin uzun müddət mövcud olacağına şubhə etmir, yeni maraqlı şirkətlər isə Azərbaycanın nə qədər sabit və maraqlı tərəfdaş olduğuna dəyər verməyə başlayırlar. Demək olar, bütün şirkət rəhbərləri Azərbaycanda gələcək fəaliyyətlərinə daha maraqla yanaşırlar ki, bu da ölkəmizdə sabitlik və iqtisadi inkişaf üçün təməlin daha möhkəm əsaslar üzərində qurulduğuna bir daha əminlik yaradır".

Ekspert bildirib ki, Prezident İlham Əliyevin Davosda ikitərəfli işgüzar görüşləri Azərbaycanın qeyri-neft sektoruna, infrastruktur layihələrinə və rəqəmsal iqtisadiyyatın inkişafına xarici investisiyaların cəlbində yeni, daha böyük mərhələnin başlayacağına şübhə yeri qoymur:

"Dünya Bankı rəhbərliyinin, eləcə də digər mötəbər qurumların Azərbaycanda iqtisadi və struktur islahatlarının nəticələrinə böyük etimad göstərmələri və bunu qətiyyətlə ifadə etmələri ölkəmiz üçün çox əhəmiyyətlidir. Bütün dünya Azərbaycanın islahatlar, inkişaf, infrastruktur quruculuğu, daxili gücü daim artırmaq, regionda əməkdaşlıq mühitini fasiləsiz möhkəmləndirmək və s. kimi məsələlərdə doğru və strateji olaraq seçilmiş yolla getdiyinə bir daha əmin ola bildi. Çox maraqlıdır ki, bəzi şirkət rəhbərləri Azərbaycanın uğurlarının səbəblərini də təhlil etməyə xüsusi maraq göstərir və real nəticələrə gəlirlər. Azərbaycanda bacarıqlı liderin olduğunu, inkişaf planlarının mövcudluğunu və bu planların dəqiq icrası üçün məsuliyyət daşıyan strukturların müəyyən edilməsi çox vacib inkişaf şərtləri kimi məhz xarici şirkət rəhbərləri tərəfindən ifadə edilir ki, bunun da çox mühüm beynəlxalq və ölkədaxili əhəmiyyəti var".

Baş redaktor vurğulayıb ki, bir milyarddan çox auditoriyası olan Çin və Rusiya televiziyalarının Azərbaycan Prezidentinin fikirlərinə detallı maraq göstərməsi isə olduqca mühüm faktdır:

"Prezidentə ünvanlanan sualların arxasında Azərbaycanın inkişaf modelini, ölkənin bu səviyyəyə hansı yolla, siyasətlə gəlib çatdığını öyrənmək və bunu yüz milyonlarla auditoriyaya çatdırmaq niyyəti aydın sezilir. Dövlətimizin başçısının öz növbəsində, bu fürsətə məharətlə və əhatəli dəyər verdiyini xüsusi qeyd etmək lazımdır. Müsahibələr onu göstərir ki, dünya Azərbaycanın inkişaf modelinə həqiqətən maraq göstərir və nümunə kimi baxır. Dünya Bankının baş icraçı direktorunun Azərbaycandakı iqtisadi transformasiyanı Çin və Hindistanla müqayisə etməsi də heç təsadüf deyil. Prezident Azərbaycanın inkişaf modelini xüsusən Çin televiziyasına çox detallı və məntiqli izah etdi və bu modelin mahiyyətini ümumi şəkildə belə ifadə etdi: inkişaf etdirilmiş neft-qaz sektorunun böyük gəlirlərinin ağıllı idarəçiliyi üzərində ən müasir infrastruktur sistemi yaratmaq, daxili iqtisadi güc və regional layihələrdə aparıcılıq hesabına ölkənin beynəlxalq nüfuzunu möhkəmləndirmək. Azərbaycan Prezidentinin ifadə etdiyi bu formul indiki dünya reallıqlarında bacarıqla icra edildiyi halda istənilən ölkəyə uğur gətirmək gücündədir".

A.Quliyev əlavə edib ki, dövlətimizin başçısı müsahibəsində regional nəqliyyat və digər infrastruktur layihələri ilə mühüm geosiyasi dəyişikliklər arasında birbaşa əlaqəni çox gözəl şəkildə izah etdi:

"Prezidentin dediyi kimi, həqiqətən belə layihələr regionda dövlətləri bir-birinə bağlamaqda, yeni münasibətlər sistemi yaratmaqda və bunun üzərində siyasi dialoq imkanları açmaqda müstəsna rola malikdir. Televiziyanın Azərbaycan Prezidentinin balanslı siyasətə necə nail olduğu barədə sualına gəlincə, düşünürəm ki, bu, bütün azərbaycanlıların qürur duya biləcəyi məqamdır. Demək, hazırkı geosiyasətdə balanslı kursa nail olmağın asan olmadığını hamı başa düşür və Azərbaycan Prezidentinin bu istiqamətdəki uğuruna qibtə hisslərini gizlətmirlər. Televiziya müxbiri əsl liderin necə olmalı sualını Azərbaycan Prezidentinə ünvanlamaqla əslində Azərbaycandan öyrənilməli bir çox nümunələrin olduğuna diqqət çəkdi. Dövlətimizin başçısı "xarici siyasət elə olmalıdır ki, ölkənin daxilində də müsbət nəticələr versin, risklər yaratmasın" deməklə bir çöx ölkə liderlərinin düşünməsi üçün əla material verdi. Ölkəmizin balanslı siyasəti barədə bir neçə dəqiq tezisin də praktik faydalı olacağına şübhə yoxdur: sözlərimizə sadiqik, həqiqətən müstəqil siyasət aparırıq, başqalarına ziyan vurmuruq, daxili sabitlik və iqtisadi inkişafdan güc alırıq. Həqiqətən də bu, balansa nail olmağın çox tutarlı şərtləridir və cənab Prezident məhz bu fikirləri çatdırdı. Qarabağ problemi ilə bağlı cənab İlham Əliyevin fikirləri isə Azərbaycanın indi daha inamlı mövqedə olduğunu Ermənistana göstərmək baxımından xüsusi əhəmiyyətlidir. Azərbaycanın böyük daxili iqtisadi gücü və beynəlxalq nüfuzunu xatırladan Prezidentin hamını bunu qiymətləndirməyə dəvət etməsi təsirsiz qalmayacaq. Beləliklə, dövlətimizin başçısı bütün mənalarda Azərbaycanı Davosda hamının görə biləcəyi mövqelərə çıxardı".

TAP kompressor stansiyaları üçün qazın satın alınması ilə bağlı tender elan edəcək
TAP kompressor stansiyaları üçün qazın satın alınması ilə bağlı tender elan edəcək
Kapital Bank-ın kart sahibləri əlavə keşbek qazanacaqlar!
Kapital Bank-ın kart sahibləri əlavə keşbek qazanacaqlar!
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Loading Bars
Xəbər lenti
Zəngəzur dəhlizi Muxtar Respublikanın inkişafında yeni mərhələ açır - TƏHLİL
"Mançester Siti" 7-ci dəfə İngiltərə çempionu oldu
Türkiyədə son sutkada koronavirusdan 22 253 nəfər sağalıb
Tel-Aviv və ətrafları istiqamətində 130 raket buraxılıb
Tatarıstan hakimiyyəti məktəbdəki atışmada həlak olanların dəfn mərasimlərini üzərinə götürəcək
BMT-nin baş katibi İsrail ilə Fələstin arasında artan gərginlikdən narahat olduğunu bildirib
Dünyada ötən sutka koronavirusa 643 mindən çox yoluxma qeydə alınıb - ÜST
Fici yaxınlığında zəlzələ baş verib
Ombudsman Səbinə Əliyeva Tatarıstan Ombudsmanına başsağlığı verib
Şəmkirdə iki nəfəri öldürmək istəyən şəxs həbs edilib
Göyçayda bacısı qızını qətlə yetirən şəxs həbs edilib
Ağır yaralanan daha 11 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tatarıstan Respublikasının Prezidentinə başsağlığı veriblər
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidentinə başsağlığı verib
Bu küçə və prospektlərdə sıxlıq var
“Berqa” markasının dəstəyi ilə onlayn qadın festivalı keçirilib
XİN nazirlərin görüşünün təfərrüatlarını açıqlayıb
Prezidentin Naxçıvandan verdiyi mesajlardan Ermənistan nəticə çıxarmalıdır - Deputat
Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 514 nəfər koronavirusa yoluxub, 1306 nəfər sağalıb, 15 nəfər vəfat edib
Naxçıvanın postblokada dövründə yeni inkişaf mərhələsi başlayacaq - Deputat
Jurnalistlər Qubadlıda DSX-nin hospitalı ilə tanış olublar (FOTO)
Düşməndən əldə olunan hərbi qənimətlər Qubadlıda istifadə edilir (FOTO)
Böyük Britaniyada vaksin pasportları tətbiq olunacaq
Müdafiə naziri azad edilmiş ərazilərdə yerləşən bölmələrdə olub (FOTO)
Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Naxçıvanın müdafiəsi və bu bölgədə hərbi üstünlüyünün möhkəmləndirilməsi istiqamətində də ardıcıl addımlar atılır - Deputat
Daha 11 qazi müalicə üçün Türkiyəyə göndərilib
İranda ötən sutka koronavirusdan 307 nəfər ölüb
Dələduzluğa görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
Nasizmin qəhrəmanlaşdırılması qəbuledilməzdir - Azərbaycan XİN
Mina xəritələri ilə bağlı məsələ Yerevanda müzakirə olunub - Sergey Lavrov
Kommunikasiyaların bərpasında bütün maraqlı tərəflərin mövqeyi nəzərə alınır - Lavrov
Hesab edirik ki, regionda nəqliyyat əlaqəsinin açılmasına böyük diqqət ayırmaq lazımdır - Ceyhun Bayramov
Rusiya üç ölkənin baş nazir müavinlərindən ibarət işçi qrupunun işini yüksək qiymətləndirir - Lavrov
Qarabağda vəziyyətin normallaşması üçün əsas amil üçtərəfli bəyanatın bütün şərtlərinin icrasıdır - Sergey Lavrov
Yol polisi avtomobillərdə katalizator məsələsinə aydınlıq gətirdi (FOTO)
"Sputnik V" vaksininin ikinci partiyası Azərbaycana mayın sonunda gətiriləcək - Lavrov
Azərbaycan üçtərəfli bəyanat çərçivəsində öz öhdəliklərinə məsuliyyətlə yanaşır - Nazir
Azərbaycan və Rusiya XİN arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb (FOTO) (ƏLAVƏ OLUNUB)
Ceyhun Bayramov Kazanda törədilmiş hadisə ilə bağlı Rusiyaya başsağlığı verib
Mayın sonuna kimi Ermənistanla sərhəddə 6 yeni hərbi hissə istifadəyə veriləcək - DSX
Ceyhun Bayramov və Sergey Lavrovun mətbuat konfransı keçirilib (FOTO/VİDEO)
Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Mingəçevir Dövlət Universitetinin tələbələri təcrübələrini uğurla davam etdirirlər (FOTO)
Qəbələdə gecə saatlarında işləyən restoran aşkarlanıb
Ötən gün ölkədə 11 yanğın olub, 1 nəfər xilas edilib
Prezident İlham Əliyev: Azərbaycan dinlərarası həmrəyliyin və əməkdaşlığın mövcud olduğu nadir məkanlardandır
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
İranda təlim təyyarəsi qəzaya uğrayıb, 2 nəfər ölüb
UNEC tələbələri Selcuk Bayraktarın “TEXNOFEST” yarışının növbəti mərhələsində
Kazanda məktəbə hücum zamanı 9 nəfər həlak olub (VİDEO) (ƏLAVƏ OLUNUB)
Sabah Bakıda 22, rayonlarda 27 dərəcəyədək isti olacaq
Sergey Lavrov Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib
Prezident Naxçıvanın nəyin bahasına olsa da blokadadan çıxışına qəti inam nümayiş etdirdi - Budəfəki səfərin fərqli məzmunu
Azərbaycan-Rusiya nümayəndə heyətlərinin geniş tərkibli görüşü keçirilib
TAP kompressor stansiyaları üçün qazın satın alınması ilə bağlı tender elan edəcək
Ceyhun Bayramovun Sergey Lavrovla təkbətək görüşü keçirilib
Kapital Bank-ın kart sahibləri əlavə keşbek qazanacaqlar!
İran koronavirus əleyhinə vaksinin kütləvi istehsalına başlayıb
Bakı Qarabağın bütün mədəni irsinin qiymətləndirilməsi üzrə missiyanı alqışlayır
Azərbaycan nefti ucuzlaşıb
Cəlilabadda əməliyyat, 3 kiloqram narkotik aşkarlandı (FOTO)
Mina terrorunun daha bir qurbanı: Bu ərazilərə icazəsiz getməyin! - Trend TV-nin REPORTAJI
Lənkəranda eyni evdən dəfələrlə oğurluq edən şəxs saxlanılıb
Türkiyədən Azərbaycana sement ixracı artıb
Abşeron rayonunda "Renault" yanıb
Ermənistanda revanşist bəyanatlar xəstə neofaşist təfəkkürdən qaynaqlanır - Siyasi şərhçi
ABŞ-da yeniyetmələr üçün BioNTech - Pfizer peyvəndinin istifadəsi təsdiqlənib
İsrail polisi ilə toqquşmalarda 610-dan çox fələstinli yaralanıb
Yaponiyada kimyəvi zavodda partlayış olub
Türkiyədə son sutkada koronavirusdan 26 953 nəfər sağalıb
İsrail Qəzza zolağının bəzi şəhərlərinə raket zərbələri endirir
Argentinada koronavirusun Cənubi Afrika və Hindistan ştammlarına yoluxma halları aşkar edilib
Türkiyə İsrailin Şərqi Qüdsdə fələstinlilərə qarşı hərəkətlərini pisləyib
İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 20 nəfər həlak olub
Vaşinqtonda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib (FOTO)
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk - Rusiya XİN başçısı
Azərbaycana “Sputnik V” vaksininin birinci partiyası gətirilib, bu ay daha böyük partiyalar gözlənilir - Sergey Lavrov
Prezident İlham Əliyev: Bizdə olan bütün hərbi əsirləri vermişik
Prezident İlham Əliyev: Revanşizm qoxusu verən bəyanatları Ermənistan üçün təhlükəlidir
Prezident İlham Əliyev: Azərbaycan humanitar problemlərlə bağlı məsələlərdə xoş məram nümayiş etdirir
Prezident İlham Əliyev: Rusiya ilə bundan sonra da qarşılıqlı əlaqəli şəkildə regionda vəziyyətin normallaşdırılması üçün fəal iş aparmağa ümid edirik
Prezident İlham Əliyev: Münaqişədən sonrakı vəziyyət sıx əlaqə saxlamağın zəruri olduğunu diktə edir
Ombudsmanın regional mərkəzləri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn tədbirlər təşkil ediblər (FOTO)
Dünyada ötən sutka koronavirusa 677 mindən çox yoluxma qeydə alınıb - ÜST
Kürdəmirdə "Mercedes" yanıb
Ermənistan parlamenti ikinci dəfə baş naziri seçə bilməyib
Prezident İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Azərbaycanın var olması Heydər Əliyevin adı ilə bağlıdır - Deputat
Ermənilərin növbəti feyk xəbəri ifşa edildi (FOTO)
"Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda anım tədbiri keçirilib (FOTO)
Mingəçevir Dövlət Universitetinin əməkdaşları Ramazan bayramı münasibətilə şəhid məzunların ailələrini ziyarət ediblər (FOTO)
Zalsburqdakı Azərbaycan Evində ulu öndər Heydər Əliyev yad edilib (FOTO)
Bu gün Qubada “Azərbaycan-Türkiyə Qardaşlıq Parkı”nın açılışı olub (FOTO)
Türkiyənin Azərbaycana yeni təyin edilmiş səfiri Quba rayonuna səfər edib
Ulu Öndərin anadan olmasının növbəti ildönümü günündə azad edilmiş ərazilərdə modul tipli yeni hərbi hissə istifadəyə verilib (FOTO/VİDEO)
MÜSİAD Azərbaycan idarə heyəti Qubada Heydər Əliyev mərkəzini ziyərət ediblər (FOTO)
Prezident İlham Əliyev: Rusiya Ermənistanın dəmir yollarına sahibdir, bu məsələni daha çox Rusiya tərəfi ilə müzakirə edirik
Prezident İlham Əliyev: Ulu Öndərin siyasi müdrikliyi ermənilərin və AXC-Müsavat cütlüyünün planlarını alt-üst etmişdir
Bütün xəbərlər