...

Elmar Məmmədyarov Latın Amerikası ölkələrinə rəsmi səfərə yola düşüb

Siyasət Materials 17 Mart 2019 12:01 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Latın Amerikası ölkələrinə rəsmi səfərə yola düşüb
Elmar Məmmədyarov Latın Amerikası ölkələrinə rəsmi səfərə yola düşüb

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Latın Amerikası ölkələrinə rəsmi səfərə yola düşüb.

XİN-dən Trend-ə verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikası, Argentina Respublikası, Uruqvay Şərq Respublikası və Paraqvay Respublikasına rəsmi səfərə yola düşdü. Səfər çərçivəsində xarici işlər nazirinin bu ölkələrdə ikitərəfli görüşlərinin keçirilməsi, eləcə də Buenos-Aires şəhərində keçiriləcək Cənub-Cənub Əməkdaşlığı üzrə BMT-nin Yüksək Səviyyəli Konfransında iştirakı nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti