...

Milli Məclisdə İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun iclası keçirilir

Siyasət Materials 3 Aprel 2019 16:33 (UTC +04:00)
Milli Məclisdə İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun iclası öz işinə başlayıb.
Milli Məclisdə İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun iclası keçirilir

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisdə İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun iclası öz işinə başlayıb.

Trend-in məlumatına görə, iclası Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov açıq elan edib.

S.Seyidov iclasda müzakirə olunacaq məsələlər barədə qısa məlumat verib və sonra iclas qapalı şəkildə davam etdirilib.

Qeyd edək ki, iclasda Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında daimi nümayəndəsi, Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri Kəmalə İsmayılova, daxili işlər nazirinin müavini, Baş Təşkilati-İnspeksiya İdarəsinin rəisi Fazil Quliyev, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi İlqar Cəfərov, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Aynur Sabitova, Azərbaycanın Avropa Şurası Parlament Asambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, komitənin üzvü Çingiz Qənizadə, hüquq müdafiəçiləri – Novella Cəfəroğlu, Səadət Bənəniyarlı, Əvəz Həsənov, Mirvari Qəhrəmanlı, Arzu Abdullayeva iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti