...

Deputat: “Opinion Way”in sorğusunun nəticələri Azərbaycan xalqının Prezident İlham Əliyevə böyük etimad göstərdiyini bir daha təsdiq edir

Siyasət Materials 10 Aprel 2019 13:46 (UTC +04:00)
“Opinion Way”in sorğusunun nəticələri Azərbaycan xalqının Prezident İlham Əliyevə böyük etimad göstərdiyini bir daha təsdiq edir.
Deputat: “Opinion Way”in sorğusunun nəticələri Azərbaycan xalqının Prezident İlham Əliyevə böyük etimad göstərdiyini bir daha təsdiq edir

Bakı. Elçin Mehdiyev - Trend:

Fransanın “Opinion Way” şirkəti tərəfindən aparılan rəy sorğusunun nəticələri göstərdi ki, Azərbayca Respublikasının Prezidenti cənab İlham Əliyev hər bir azərbaycanlının prezidentidir, Azərbaycan xalqı öz Prezidentinin yanındadır və dövlət başçısına etimad ən yüksək səviyyədədir. Bunu Trend-ə açıqlamasında millət vəkili Rauf Əliyev deyib.

R.Əliyev qeyd edib ki, “Opinion Way” rəy sorğusunu doqquz mühüm əhəmiyyət daşıyan məsələ ətrafında aparıb. Rəy sorğusu keçirilən bütün məsələlər haqqında rəyi soruşulanların cavablarında yüksək nəticələr qeyd olunub:

"Nüfuzlu və müstəqil bir şirkət olan “Opinion Way” tərəfindən keçirilmiş sorğu zamanı respondentlərə təqdim olunan bütün suallara verilən cavablar göstərir ki, Azərbaycan xalqı dövlət başçısının həm daxili, həm də xarici siyasətini dəstəkləyir. Rəyi soruşulanların fikirincə, dünyada və bölgədə baş verən çoxsaylı mənfi proseslərə baxmayaraq, Azərbaycan son bir ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib, əmin-amanlığının təmin olunması, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması üçün lazımi tədbirlər görülüb. Bu ilin əvvəlindən Azərbaycan əhalisinin 3 milyona qədərini əhatə edən sosial islahatlar paketinin icrasına başlanıb və bu islahatlar uğurla həyata keçirilir. "Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz" sualına rəyi soruşulanların 85,1 faizi bütünlükdə müsbət cavab veriblər. “Azərbaycanda keçirilən sosial iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son bir ildə apardığı islahatları necə qiymətləndirirsiniz” sualına sorğuda iştirak edənlərin 90,5 faizi müsbət cavab verib".

Millət vəkili vurğulayıb ki, respondentlərin bu cavabı müxtəlif səviyyəli ekspertlərin, beynəlxalq təşkilatların və maliyyə qurumlarının qiymətləndirməsi ilə üst-üstə düşür. Məsələn, Dünya Bankının “Doinq Business” hesabatında Azərbaycan hazırda 25-ci yerdə qərarlaşıb:

“Opinion Way”in “İlham Əliyevin qəbul etdiyi "Regionların sosial-iqtisadi inkişaf proqramı” və hökumətin bölgələrdə həyata keçidiyi fəaliyyət nəticəsində regionlar inkişaf edibmi” sualına rəyi soruşulanların 93,1 faizi "hə" cavabı verib. Bu yüksək nəticə onunla izah olunur ki, bu vaxta qədər regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən 3 Dövlət Proqramının uğurla həyata keçirilməsi nəticəsində bölgələrin bütün infrastrukturları, o cümlədən sosial sahələrə aid olan infrastrukturlar müasir standartlara uyğun olaraq yenidən qurulub. Bölgələrdə çox sayda istehsalat müəssisələri, 2 milyondan artıq yeni iş yerləri yaradılıb, müxtəlif sahələrin, o cümlədən qeyri-neft sektorunun əsaslı inkişafına nail olunub, yeni məktəblər, xəstəxanalar tikilib və yeni yollar salınıb. Bu ilin yanvar ayında isə regionların sosial-iqtisadi inkişafına dair 4-cü Dövlət Proqramı qəbul edilib və uğurla icrasına başlanıb".

R.Əliyev əlavə edib ki, sorğunun nəticələri Azərbaycan xalqının Prezident İlham Əliyevə böyük etimad göstərdiyini, ona güvəndiyini bir daha təsdiq edir: "Azərbaycan xalqı əmindir ki, bundan sonra da respublikamız cənab Prezidentin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf yolu ilə uğurla irəliləyəcək və qarşıda duran bütün vəzifələr müvəffəqiyyətlə həyata keçiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti