Prokurorluq işçilərinin peşə bayramı günü və Milli Prokurorluğun yaradılmasının 101-ci ildönümü qeyd olunub (FOTO)

Prokurorluq işçilərinin peşə bayramı günü və Milli Prokurorluğun yaradılmasının 101-ci ildönümü qeyd olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Prokurorluğunun kollektivi müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin Sərəncamına əsasən, 1998-ci ildən etibarən hər il oktyabrın 1-də peşə bayramını geniş qeyd edir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, builki bayram milli prokurorluq orqanlarının yaradılmasının 101-ci ildönümünə təsadüf edib. Bu münasibətlə Baş Prokurorluğun, Respublika Hərbi və Bakı Şəhər prokurorluqları orqanlarının kollektivləri oktyabrın 1-də Fəxri xiyabana gələrək, ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn prokurorluğun kollektivi Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyub, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Daha sonra Baş Prokurorluqda 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və milli prokurorluğun yaradılmasının 101-ci ildönümü münasibətilə mərasim keçirilib.

Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Baş prokuror Zakir Qaralov prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, veteranları, onların ailə üzvlərini peşə bayramı münasibətilə təbrik edib.

Baş prokuror bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən müasir dövrün bütün reallıqlarını nəzərə alaraq uzaqgörənliklə həyata keçirilən strateji inkişaf konsepsiyası, müdrik dövlət siyasəti və səmərəli idarəetmə üsulu respublikamızın dayanıqlı sosial iqtisadi inkişafına, əhalinin yaşayış şəraitinin və sosial rifahının ilbəil yüksəldilməsinə şərait yaradıb. Ölkəmizin bütün sahələrdə sürətlə inkişaf etdiyini vurğulayan Baş prokuror bu nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və siyasi iradəsi nəticəsində reallaşan “Əsrin müqaviləsi”nin dayandığını qeyd edib. Bu müqavilənin mühüm əhəmiyyət kəsb etməsinin nəzərə alınaraq beynəlxalq tərəfdaşların qarşılıqlı razılığı ilə 2049-cu ilədək uzadıldığı vurğulanıb. Diqqətə çatdırılıb ki, biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan ciddi addımlar nəticəsində Dünya Bankının “Doing Business” proqramında 10 ən islahatçı ölkə kimi tanınan Azərbaycan 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşıb.

Vətəndaşların sosial problemlərinin daim Prezident cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzində olduğunu vurğulayan Baş prokuror bildirib ki, son bir neçə ayda ölkəmizdə sosial problemlərin səmərəli həllində böyük irəliləyişə nail olunub, əhalinin etibarlı sosial müdafiəsinin təminatı istiqamətində inqilabi nailiyyətlər əldə edilib.

Dövlətimizin başçısının Sərəncamı ilə Azərbaycanda “Nəsimi ili” elan olunan 2019-cu ilin ötən dövrünün ölkəmizin mədəni həyatı və idman sahələrində də mühüm uğurlarla yadda qaldığını diqqətə çatdıran Baş prokuror müharibə şəraitinin hökm sürdüyü bir vaxtda respublikamızın bir sıra mötəbər tədbirlərə, o cümlədən Formula 1 Azərbaycan Qran-Prisinə, “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalına, bədii gimnastika üzrə 37-ci dünya çempionatına yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayıb.

Xüsusi vurğulanıb ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin həyata keçirdiyi müdrik dövlətçilik siyasətinin nəticəsi olaraq, bütün digər qurumlarla yanaşı, Azərbaycan Prokurorluğu da dövlət təsisatı kimi tamamilə yenidən formalaşdırılaraq dövlətçiliyimizin mühüm sütunlarından birinə çevrilib, onun dövlətçiliyə sədaqəti ilə seçilən peşəkar kadr korpusu yaradılıb. Azərbaycan Respublikasında reallaşdırılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində milli prokurorluq orqanları müasir məzmunda yeniləşdirilməklə cəmiyyətdə statusuna uyğun yerini tutub. Ulu öndərin prokurorluq orqanlarının rəhbər işçiləri ilə 2000-ci il aprelin 26-da keçirdiyi tarixi görüşdən sonra Azərbaycan Prokurorluğunda hərtərəfli və bütün sahələri əhatə edən islahatlar aparılıb, zəruri normativ hüquqi baza yaradılıb, “Prokurorluq haqqında” Qanun qəbul edilib və peşəkar kadr korpusu formalaşdırılıb.

Diqqətə çatdırılıb ki, ümummilli liderin müəyyən etdiyi strateji inkişaf konsepsiyasını uğurla reallaşdıran və keyfiyyətcə yeni müstəviyə qaldıran Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində genişmiqyaslı işlər görülür. Son dövrlərdə Azərbaycan Respublikasında ardıcıl və sistemli şəkildə həyata keçirilən sosial-iqtisadi islahatların reallaşdırılması, hərtərəfli düşünülmüş dövlət siyasətinin həyata keçirilməsi, ictimai-siyasi sabitliyin təmin olunması nəticəsində Azərbaycan beynəlxalq birliyin tamhüquqlu üzvü kimi layiq olduğu yerini tutub.

Baş prokuror bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü il 3 mart tarixli “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun tətbiq edilməsi barədə Sərəncamına əsasən, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin yaradılması və sonrakı illərdə fəaliyyətinin təkmilləşdirilməsi, ən müasir tələblərə cavab verən inzibati bina ilə təmin olunması, dövlətimizin başçısının həmin binanın açılış mərasimində şəxsən iştirakı və prokurorluq işçiləri ilə görüşdə tövsiyə və tapşırıqlar verməsi ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində siyasi iradənin ən yüksək təzahürü və ölkə rəhbərliyinin prokurorluq orqanlarının cəmiyyətdəki roluna, funksiyalarına və fəaliyyətinə göstərdiyi yüksək inam və etimadın nümunəsidir. Bu diqqət və qayğının sonrakı mərhələlərdə də ən yüksək səviyyədə davam etdirildiyini vurğulayan Baş prokuror Prezident cənab İlham Əliyevin prokurorluğa yüksək diqqətinin daha bir nümunəsi olan, 2008-ci il 27 sentyabr tarixli Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi, prokurorluq orqanlarının müasir dövrün tələblərinə və yüksək beynəlxalq standartlara uyğun fəaliyyətinin yeni keyfiyyət müstəvisinə yüksəldilməsinə şərait yaratdığını qeyd edib.

Cari ilin ölkəmizin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi dövrü kimi yadda qaldığını vurğulayan Baş prokuror bildirib ki, bu il aprelin 3-də Prezident cənab İlham Əliyevin imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanda vətəndaşların ədalət mühakiməsinə çıxış imkanlarının artırılması, sahibkarlıq fəaliyyəti subyektlərinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması və mübahisələrin məhkəmədənkənar həlli mexanizmlərinin təşviqi, dövlət resurslarının prioritet hesab olunan dövlət xidmətləri üzrə səmərəli və qənaətlə istifadə edilməsi, dövlət sektorunda bir sıra xidmətlərin müvafiq sahə üzrə ixtisaslaşmış özəl müəssisələrin yaradılaraq onlara ötürülməsi əsas hədəflər kimi müəyyənləşdirilib. Fərmanda Baş Prokurorluğa tövsiyə edilən məsələlərlə bağlı qanun layihəsinin hazırlanaraq təqdim edilməsi və digər zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə Ali Məhkəmə, Baş Prokurorluq və Ədliyyə Nazirliyi ilə birgə yaradılmış işçi qrupu tərəfindən Cinayət, Cinayət-Prosessual və İnzibati Xətalar məcəllələrinə 400-ə yaxın dəyişikliklər edilməsi haqqında qanun layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Tövsiyələrin icrası ilə əlaqədar cinayət mühakimə icraatında dövlət ittihamçıları qarşısında qoyulmuş vəzifələrin daha səmərəli həyata keçirilməsi, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, həmçinin müəyyən edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə Bakı Şəhər Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsində mövcud vəzifələrin yüksək nəzəri bilik və peşə hazırlığı ilə fərqlənən təcrübəli prokurorluq işçiləri hesabına komplektləşdirilməsi üçün müsabiqə keçirilib. Həmin şöbənin yeni tərkibdə formalaşdırılması məqsədilə 2 böyük prokuror və 23 prokuror vəzifəsinə təyinatlar aparılıb.

Diqqətə çatdırılıb ki, Baş Prokurorluqda Fərmanın icrası istiqamətində görülən işlərin davamı kimi, dövlət ittihamının daha effektiv həyata keçirilməsi, vahid istintaq-məhkəmə təcrübəsinin formalaşdırılması, ibtidai istintaqa prosessual nəzarəti həyata keçirən prokurorlarla dövlət ittihamının müdafiəsini həyata keçirən prokurorlar arasında qarşılıqlı əlaqələrin səmərəli təşkil edilməsi məqsədilə “Elektron Dövlət İttihamı” proqramı hazırlanaraq istifadəyə verilib.

Baş prokuror bildirib ki, 2002-ci ildən tətbiqinə başlanılan və ölkəmizdə reallaşdırılan dövlət gənclər siyasəti çərçivəsində daha da geniş vüsət alan prokurorluq orqanlarına dövlət orqanlarının, QHT-lərin, beynəlxalq qurumların və KİV-lərin nümayəndələrinin iştirakı ilə aşkarlıq şəraitində, müsabiqə yolu ilə qulluğa qəbulun həyata keçirilməsi nəticəsində indiyədək 19 müsabiqə təşkil olunub. Həmin müsabiqələr əsasında işə qəbul edilmiş gənc mütəxəssislər təyinat aldıqları müxtəlif vəzifələrdə səmərəli fəaliyyət göstərirlər. Xidmətdə fərqləndiklərinə və vəzifə borclarını nümunəvi icra etdiklərinə görə müsabiqə yolu ilə qulluğa qəbul edilmiş 873 gənc hüquqşünasın bir çoxu prokurorluğun müxtəlif struktur qurumlarında məsul vəzifələrə irəli çəkiliblər. Həmçinin cari il fevralın 18-də prokurorluq orqanlarına işə qəbul olunmaq üçün 80 vakant ştat vahidi üzrə elan edilmiş 20-ci müsabiqənin sonuncu mərhələsi başa çatdıqdan sonra vakant ştat vahidlərinin tam komplektləşdirilməsi hesabına prokurorluğun kadr korpusunun 70 faizdən çoxunu gənc mütəxəssislər təşkil edəcək.

Azərbaycan Respublikası Prokurorluğu sistemində informasiya-kommunikasiya sisteminin, “Elektron hökumət” layihəsi çərçivəsində prokurorluq orqanlarında “Elektron sənəd dövriyyəsi” və “Elektron cinayət” proqramlarının yaradılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini xüsusi qeyd edən Baş prokuror dövlətimizin başçısının müvafiq göstəriş və tövsiyələrə uyğun olaraq, Baş Prokurorluğun “Elektron Cinayət” proqramının Ədliyyə Nazirliyinin “Elektron Məhkəmə” informasiya sisteminə inteqrasiya olunması prosesinə başlanıldığını, bu istiqamətdə zəruri işlərin görüldüyünü bildirib.

Qeyd olunub ki, müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması istiqamətində Baş Prokurorluqda və bütün tabe prokurorluqlarda elektron müraciətlərin qəbulu və baxılması üçün lazımi imkanlar təmin olunub. Vətəndaş müraciətlərinə baxılması sahəsində yeni informasiya texnologiyalarının tətbiqi, “Qaynar xətt” əlaqə mərkəzi və Azərbaycan Prokurorluğunun veb-saytı vasitəsilə Baş Prokurorluğun rəhbərliyinə birbaşa müraciət etmək imkanının yaradılması kimi islahat tədbirləri müsbət nəticə verib. Prokurorluq orqanlarında vətəndaş müraciətlərinin qəbulu üzrə fəaliyyətin daha da təkmilləşdirilməsi, vətəndaş məmnunluğunun təmini, daxil olmuş ərizə və şikayətlərə vaxtında və düzgün baxılması, müraciət etmiş vətəndaşlara hüquqlarının hərtərəfli və tam izah edilməsi, bu istiqamətdə təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə Baş prokurorun imzaladığı əmrə əsasən, Baş Prokurorluqda yaradılmış “961” nömrəli Çağrı Mərkəzi oktyabrın 2-dən fəaliyyətə başlayacaq.

Ötən il Azərbaycan Prokurorluğunun həyatında baş vermiş ən əlamətdar hadisələrdən birinin də milli prokurorluq orqanlarının yaranmasının 100 illik yubileyinin təntənəli surətdə qeyd edilməsi olduğunu vurğulayan Zakir Qaralov yubiley ərəfəsində dövlətimizin başçısının Sərəncamı ilə 43 prokurorluq əməkdaşının yüksək dövlət mükafatları ilə təltif edilməsinin böyük sevinclə qarşılandığını bildirib. Dövlətimizin başçısının göstərişi ilə ötən il prokurorluğun 100 illiyi ərəfəsində Gəncə və Sumqayıt şəhərlərində, bu il isə Lənkəran, Salyan və Bakı şəhəri Səbail rayon prokurorluqlarının müasir üslubda tikilmiş yeni inzibati binalarının açılışı olub.

Vurğulanıb ki, Respublika Prokurorluğunun ötən müddətdə daxili işlər, ədliyyə, dövlət təhlükəsizlik və digər hüquq-mühafizə orqanları ilə əlaqəli birgə fəaliyyətinin nəticəsində cinayətkarlığın dinamikasında və strukturunda müşahidə olunan müsbət tendensiya cari ildə də davam edib. Ölkəmizdə dayanıqlı ictimai-siyasi sabitliyin qorunması, dövlət maraqlarının müdafiəsi və cinayətkarlığa qarşı kəsərli mübarizənin təşkili, ən əsası isə insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində zəruri tədbirlər görülüb, kriminogen sabitliyə nail olunub, mənfi təzahürlərin qarşısı alınıb. Məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan MDB və Şərqi Avropa məkanında ən təhlükəsiz və sabit ölkələrdən biri olaraq qalır.

Məruzədə qeyd edilib ki, prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu, böyük ictimai rezonansa səbəb olan cinayət işlərinin ibtidai araşdırılması müvəffəqiyyətlə aparılıb. Onlardan bəziləri üzrə istintaq tamamlanaraq baxılması üçün müvafiq məhkəmələrə göndərilib.

Xüsusi vurğulanıb ki, korrupsiyaya qarşı səmərəli və barışmaz mübarizə Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin əsas istiqamətini təşkil etdiyindən bu sosial bəlaya qarşı mübarizə tədbirlərinin görülməsi, ardıcıl islahatların aparılması, o cümlədən bu qəbildən olan cinayətlərin qarşısının alınması, onları törətmiş şəxslərə münasibətdə ciddi tədbirlərin həyata keçirilməsi məsələlərinə xüsusi diqqət yetirilir.

Son zamanlar ölkə daxilində olan antimilli qüvvələrin və radikal müxalifət partiyalarının köməyi ilə guya ölkədə “siyasi təqiblərə” məruz qaldıqları görüntüsü yaratmaqla Azərbaycanı tərk edərək xarici ölkələrdə özlərinə bir vasitə ilə sığınacaq tapmış və ermənipərəst xarici dairələrin diktəsi ilə hərəkət edən, milli-mənəvi dəyərlərdən uzaq bəzi şəxslər tərəfindən sosial şəbəkələrdə səsləndirilən ekstremist çağırışların, təhqir və böhtanların qarşısının alınması üçün kəsərli tədbirlər həyata keçirilir. Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində xalqımızın rifah halının gündən-günə yaxşılaşması və xalq-iqtidar birliyinin sarsılmazlığından narahat olan, xaricə satılmış antimilli müxalifət düşərgəsinin təmsilçilərinin ölkəmizdə ictimai-siyasi sabitliyi və əmin-amanlığı pozmağa yönələn cəhdlərinin qarşısı bundan sonra da xalqımız və dövlətimiz tərəfindən qətiyyətlə alınacaq.

Baş prokuror çıxışının sonunda əminliklə bildirib ki, prokurorluq orqanlarının əməkdaşları göstərilən yüksək etimadı doğrultmaq üçün bütün səylərini səfərbər edəcək, bundan sonra da öz vəzifələrinə məsuliyyətlə yanaşaraq, ictimai asayişin təmin olunmasında və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasında respublikanın digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə yaxından iştirak edəcək, ölkəmizdə sabitliyi pozmaq istəyən qüvvələrə qarşı barışmaz mövqe nümayiş etdirəcək.

Sonra xidmətdə fərqləndiklərinə görə mükafatlandırılmış prokurorluq əməkdaşlarının bir qisminə Baş prokuror tərəfindən “Fəxri Fərman”lar və digər təltiflər təqdim olunub.

Tədbirin yekununda Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından Prezident cənab İlham Əliyevə müraciət qəbul edilib.

IBA mobile tətbiqində Azercell ilə yeni imkanlar
IBA mobile tətbiqində Azercell ilə yeni imkanlar
Ani ödənişlər sistemində QR kodla ödəmə funksionallığı işə salınıb (ƏLAVƏ OLUNUB)
Ani ödənişlər sistemində QR kodla ödəmə funksionallığı işə salınıb (ƏLAVƏ OLUNUB)
BVF-nun proqnozları Azərbaycan iqtisadiyyatı ilə bağlı nikbinlik yaradır - İİTKM
BVF-nun proqnozları Azərbaycan iqtisadiyyatı ilə bağlı nikbinlik yaradır - İİTKM
Loading Bars
Xəbər lenti
Azərbaycanda tikinti ilə bağlı yeni tələbin qüvvəyə minmə vaxtı daha üç il uzadılır
Qarabağla bağlı üçtərəfli bəyanat ardıcıl şəkildə icra olunur - Putin
Ağsuda 305 tibb işçisi koronavirusa qarşı peyvənd olunub
Goranboyda silah-sursat tapılıb (FOTO)
Şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə dövlət qayğısı ən yüksək səviyyədədir - Cəlil Xəlilov
Azərbaycan qarşıdakı illərdə də İKT sahəsində daha böyük uğurlara imza atacaq - Vüqar Rəhimzadə
Qənirə Paşayeva 70 illik yubileyi münasibəti ilə Kamal Abdullanı təbrik edib (FOTO)
XİN-in sabiq əməkdaşlarının ev dustaqlığı müddəti uzadıldı
Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağa humanitar yardım göstərməlidir - Putin
ASCO şəhid olan əməkdaşların ailə üzvlərinə hər ay 250 manat ödəyəcək
DİM doktoranturaya yeni qəbul şərtlərini açıqladı
ABŞ şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpasına hazırdır - Səfir (FOTO)
Azərbaycanda 601 nəfər COVID-19-dan sağalıb, 226 nəfər yoluxub, 5 nəfər vəfat edib
Ceyhun Bayramov və ATƏT-in Minsk Qrupunun fransalı həmsədri arasında telefon danışığı olub
ABŞ-ın sabiq vitse-prezidenti evsiz qalıb
Türkiyə Azərbaycanın yanında olmasına sərt reaksiya verən dövlətlərə məhəl qoymadı - Burhanəddin Duran
Dünya Ekoloji Təhsil Gününə həsr olunmuş vebinar keçirilib (FOTO)
Kapital Bank Hadrutda bankomat və ödəniş terminalı quraşdırdı!
"Qarabağ Şəhidləri və Qarabağ Zəfəri" adlı şeir müsabiqəsi keçiriləcək
Axtarışda olan iki nəfər Rusiyadan Azərbaycana ekstradisiya edildi
Ermənistan da Türkiyə-Azərbaycan əməkdaşlığından istifadə edə bilər - Hikmət Hacıyev
“Dostluq” yatağının birgə işlənilməsi ilə bağlı anlaşmanın olması Transxəzər boru kəmərinin tikintisini yenidən gündəmə gətirir - AMEA
Daha iki qazi ailəsi ilə bağlı dəstək işləri aparılır (FOTO)
Türkiyə ilə hərbi-texniki əməkdaşlığın Vətən müharibəsində uğurlu nəticəsini gördük - PA rəsmisi
Türkiyə regionda əldə olunmuş kövrək sülhün davamlı sülhə çevrilməsində mühüm rol oynamalıdır - Hikmət Hacıyev
Tərtərdə ermənilərin dağıtdığı evlər bərpa olunur - Trend TV-nin REPORTAJI
Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr əbədidir - Hikmət Hacıyev
VI "Florida Keys" beynəlxalq musiqi müsabiqəsi açıq elan olunub (FOTO)
Ötən il “ASAN Login” istifadəçilərinin sayı 1 milyon 741 min nəfər olub (FOTO)
Ombudsman Metsamor AES-in bütün bölgə üçün potensial təhlükəsi barədə bəyanat yayıb
Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər parlamentin plenar iclasına tövsiyə olundu
Karantin dövründə 1 milyon 270 mindən çox vətəndaşın fəaliyyətinə icazə verilib
Dövlət Turizm Agentliyi hotellərə XƏBƏRDARLIQ etdi
Baş Prokurorluğun əməkdaşları seminarda iştirak edib (FOTO)
Ceyhun Bayramovun türkiyəli həmkarı ilə telefon danışığı olub
Azərbaycan Prezidenti: Düşmən Şuşada bir neçə villa tikdirib, villanın biri o xunta başçısına, biri isə rüşvətxor məmura məxsusdur
Prezident İlham Əliyev: Biz hamımız, bütün xalqımız Şuşanı dirçəldəcəyik
İranda gün ərzində 91 nəfər koronavirusdan ölüb
Prezident İlham Əliyev: Bizim hədəfimiz Şuşa idi, zəfərimiz də Şuşa oldu
Azərbaycan Prezidenti: Demişdim ki, Şuşasız qələbəmiz yarımçıq olacaq və o vaxt müharibə dövründə bundan artığını deyə bilmirdim
Prezident İlham Əliyev Şuşanın bərpa olunması ilə bağlı tapşırıqlarını verib
Prezident İlham Əliyev: Bizə saxta tarix lazım deyil
Azərbaycan Prezidenti: Guya Şuşa bizə elə-belə verilib, döyüşlər getməyib. Ağ yalandır!
Prezident İlham Əliyev: O vaxt Azərbaycan müdafiə naziri AXC-Müsavat cütlüyünün törəməsi idi, Şuşanı satan birinci o olmuşdur
Prezident İlham Əliyev: Ermənistan rəhbərliyi nə qədər öz xalqından gizlətsə də, Şuşa əməliyyatında yüzlərlə işğalçı məhv edilib
Azərbaycan Prezidenti: Əgər ermənilər Şuşanı öz şəhəri hesab edirdilərsə, nə üçün 28 il ərzində bir daş daş üstə qoymayıblar?
Azərbaycan XİN Fərman İsmayılovun nəşinin ölkəyə gətirilməsinə görə Türkiyəyə minnətdarlıq edib
Prezident İlham Əliyev: Şuşa erməniləşdirmə cəhdlərinə məruz qalsa da, Azərbaycan ruhunu qoruyub saxlaya bildi
Prezident İlham Əliyev Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovu qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Restorandan oğurluq edən gənclər saxlanılıb (FOTO)
Rusiyada hərbi hissənin damı çökdü - Yaralılar var
Siqaretlə bağlı aksiz dərəcəsi niyə artırılır? - Komitə sədrindən AÇIQLAMA
Pandemiya gənclərin internet asılılığını artırıb - Sorğu
Qusarda karantin qaydalarını pozan kafe aşkarlanıb
Cəlilabad sakinlərindən heroin və “beşbarmaq” götürülüb
" Yəşim - Çin daşların padşahıdır": Çin mədəniyyəti üzrə dərs
Sabah rayonlarda qar gözlənilir
Dünyada hər gün 3,5 milyon nəfər peyvəndlənir
Dövlət Komitəsinin strukturunda dəyişiklik - Bir neçə sektor ləğv edildi
Gəncədə ermənilərin dağıtdığı məktəblərdə tədris necə davam edəcək?
Aydın Kərimov Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edildi - Sərəncam
Qeyri-neft sektoru üzrə ötən il qeydə alınan vergi daxilolmaları ən yüksək göstəricidir - Nazir
Məktəblərdə dərslər iyunun 14-də başa çatacaq - Nazirlik
Britaniya şirkətləri Qarabağda yenidənqurma işlərinə qatılmaqda maraqlıdır - Səfir
“Azpetrol” şirkəti xeyriyyə tədbiri keçirib
“SOCAR Türkiyə Ar-Ge” ilə ODTÜ plastik tullantıları təkrar emal edəcək (FOTO)
Məktəblərdə bufet olmayacaq
Azərbaycanla Fransa arasında münasibətlərin inkişafı davam edəcək - Dövlət katibi
Nəticələrindən narazı qalan şagirdlər fevralda apelyasiya ilə məktəbə müraciət edə biləcəklər
Məktəblər açıdıqdan sonra 14 gün ərzində yoluxma sayı kritik həddə çatsa... - Nazirlikdən AÇIQLAMA
Azərbaycanda ətin və meyvə-tərəvəzin qiyməti ucuzlaşacaq - Proqnoz
Rusiyada son sutkada 600-ə yaxın şəxs koronavirusun qurbanı olub
Mingəçevir Dövlət Universitetinin tələbəsi adlı təqaüdə layiq görülüb (FOTO)
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Ağcabədidə filialı açılıb
Bakıda zibil qutusundan doğranmış qadın meyiti tapıldı
Təhsil Nazirliyi yaşı 60-dan çox olan müəllimlərin vaksinasiyası barədə məlumata münasibət bildirdi
Baş Prokurorluq dəm qazından qorunmaq üçün videoçarx hazırladı
Məktəblərdə yoluxmaya qarşı görüləcək tədbirlər açıqlanıb
Müəllimlərin dərs yükü artmayacaq - Nazirlik
Bakı Ali Neft Məktəbinin layihəsi “Elm-Təhsil-Sənaye” qrant müsabiqəsinin qalibi olub
Şamaxıda karantini pozan çayxana aşkar edilib (VİDEO)
Yeni nazir kollektivə təqdim olunub
İndoneziyanın ən fəal vulkanı püskürməyə başlayıb
Məktəblərdə daimi monitorinq aparılacaq - Təhsil Nazirliyi
Qobustanda dəm qazından zəhərlənən 6 nəfər evə buraxılıb
Məktəblərdə istilik problemi yoxdur - BŞTİ müdiri
Azercell-in rəqəmsal məhsulları IBA Mobile tətbiqində!
Fransa Azərbaycanın azad edilmiş ərazilərində layihələri reallaşdırmaq üçün maneə görmür - Dövlət katibi (ƏLAVƏ OLUNUB)
Şagirdlər imtahana stress kimi baxırlar - Təhsil Nazirliyi
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçiriləcək
Erməni təcavüzü nəticəsində dağılmış evlərin bərpasına start verildi - Trend TV-nin REPORTAJI
Sumqayıtda binalardan 20-dən artıq su sayğacı oğurlayan şəxslər saxlanılıb (FOTO/VİDEO)
Fərman İsmayılovun nəşi Bakıya gətirildi (ƏLAVƏ OLUNUB) (FOTO/VİDEO)
AŞ PA Bürosu erməni hərbi əsirlərin qaytarılması məsələsini müzakirəyə qəbul etməyib
UEFA Avropa çempionatının keçiriləcəyi şəhərləri dəyişməyəcək - Bakı siyahıda qalır
IBA mobile tətbiqində Azercell ilə yeni imkanlar
“Keşikçidağ” qoruğuna gedən yeni avtomobil yolunun inşasına start verilib (FOTO)
Bakı aeroportunda qadının çantasından ən təhlükəli narkotik çıxdı - Daha bir neçə qadın saxlanıldı (VİDEO)
Ani ödənişlər sistemində QR kodla ödəmə funksionallığı işə salınıb (ƏLAVƏ OLUNUB)
Bakıda karantin qaydalarını pozan şirniyyat sexi aşkarlandı (FOTO/VİDEO)
Bütün xəbərlər