...

Elxan Ələsgərov: Türk Şurasının Bakı sammiti türk birliyi yolunda mühüm mərhələdir (VİDEO)

Siyasət Materials 19 Oktyabr 2019 12:53 (UTC +04:00)
Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeddinci sammitinin yekunları Azərbaycanda geniş müzakirə olunur
Elxan Ələsgərov: Türk Şurasının Bakı sammiti türk birliyi yolunda mühüm mərhələdir (VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeddinci sammitinin yekunları Azərbaycanda geniş müzakirə olunur, çünki bu tədbir çərçivəsində region ölkələrinin prezidentləri səviyyəsində siyasi və iqtisadi məsələlərin geniş spektri müzakirə olunub.

Trend-in məlumatına görə, bunu “Baku Network” Ekspert Şurasının rəhbəri, Trend İnformasiya Agentliyi baş direktorunun müavini Elxan Ələsgərov deyib.

Onun sözlərinə görə, sammit türk dövlətləri qarşısında dayanan prioritet hədəfləri müəyyən etdi:

“Bu sammitin vacibliyi təkcə türk dünyasının deyil, həm də bütün dünyanın tarixi və siyasətinə aid aktual məsələlərin müzakirəsində idi. Türk dünyasının özünəməxsusluğu ondadır ki, türk ölkələri çoxmillətli, çoxkonfessiyalı və multikulturaldır. Bu, onunla əlaqədardır ki, türk xalqları 16 böyük imperiya yaratmaqla nəhəng tarixi yol keçiblər. Fikrimcə, Bakıda keçirilmiş sammit türk xalqlarının böyük keçmişinin dərk olunmasına təkan verdi. Türk dövlətləri beynəlxalq arenada dərin sivilizasiya izi buraxıb. Bu, beynəlxalq struktur və hərbi-siyasi bloklarda yer alan türk dövlətlərinin əsas və xarakterik cəhətidir. Bunun bariz nümunəsi kimi NATO üzvü olan Türkiyəni göstərmək olar. Digər tərəfdən, türk ölkələri dünya əhəmiyyətli iqtisadi layihələrin reallaşdırılmasında fəal iştirak edir. Azərbaycan böyük türk dünyasının bir hissəsi kimi İslam birliyinin qorunmasına və möhkəmlənməsinə böyük töhfə verir, regionda sabitliyin və təhlükəsizliyin qorunmasına səy göstərir və öz milli maraqlarına yönəlmiş irimiqyaslı infrastruktur layihələrini reallaşdırır”.

E.Ələsgərov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən uzaqgörən dövlət siyasəti türk dövlətlərinin maraqlarının dəstəklənməsinə yönəlib, ona görə də Bakıda keçirilmiş sammiti türk birliyi yolunda növbəti uğurlu mərhələ hesab etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti