• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Siyasət

"XXI əsr türk dünyası əsri olacaq" - Prezident İlham Əliyev Rusiyanın “Kommersant” qəzetinin xüsusi layihəsində

25 Oktyabr 2019 13:50 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

Rusiyanın nüfuzlu “Kommersant” qəzeti keçmiş SSRİ ölkələrinin dövlət başçılarına həsr olunmuş yeni xüsusi layihə işə salıb.

Trend-in məlumatına görə, birinci buraxılış Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunub.

Materialın müəllifləri Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Dağlıq Qarabağ münaqişəsi və digər sahələr barədə 10 sitatını seçib.

Oxuculara həmin sitatları təqdim edirik.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyev haqqında:

“Mən çox eşitmişəm: “Onu atası aparır” və ya “Əgər Heydər Əliyev prezident olmasaydı, İlham heç nəyə nail olmazdı”. Buna nə deyə bilərəm? Hər ölkədə hakimiyyətin vərəsəliyi çox vacibdir. Ona görə də Heydər Əliyevin öz varisi barədə narahat olması təbii idi. Bundan başqa o, öz varisini əvvəlcədən hazırlamağa başlayıb. Atam addım-addım öz təcrübəsini mənə ötürüb və müxtəlif vəziyyətlərdə necə davranmaq lazım olduğunu deyib”.

Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyeva haqqında:

“Mehriban Əliyeva uzun illərdir ki, ictimai-siyasi, mədəni və beynəlxalq sferalarda fəaliyyətdə vacib rol oynayır. O, ümumilikdə çoxtərəfli və uğurlu fəaliyyət göstərir. Mən onun Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsində məhz bu amilləri rəhbər götürmüşəm... O, peşəkar, təcrübəli və prinsipial insandır, humanistdir”.

Prezident İlham Əliyev Dağlıq Qarabağ haqqında:

“Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ başa çatmayıb və biz hər an doğma torpaqlarımızın işğaldan azad olunmasına hazır olmalıyıq. Əminəm ki, o gün gələcək və Azərbaycan ərazi bütövlüyünü təmin edəcək”.

Prezident İlham Əliyev avrointeqrasiya haqqında:

“Bəziləri deyir ki, kiminsə xoşuna gəlmək, ya da donor pullarını əsaslandırmaq üçün biz Avropaya inteqrasiya olmalıyıq. Sual olunur, biz hansı Avropaya inteqrasiya olmalıyıq? Bugünkü Avropa göz qabağındadır... Biz oraya inteqrasiya olmalıyıq, böhrana inteqrasiya olmalıyıq?! “Müsəlmanlara stop” deyilən yerə inteqrasiya olmalıyıq?! Qaçqın müsəlmanlara münasibətdə ikili standartlar tətbiq edənlərin cəmiyyətinə inteqrasiya olmalıyıq?! Müsəlmanları qəfəsdə saxlayanların cəmiyyətinə inteqrasiya olmalıyıq?!”

Prezident İlham Əliyev türk dünyası haqqında:

“Bizim Türkiyə ilə qardaşlıq əlaqələrimiz dayanıqlıdır və reallaşdırılan layihələr bunu təsdiqləyir: aramızdakı qardaşlıq, dostluq əbədi olacaq, XXI əsr türk dünyası əsri olacaq”.

Prezident İlham Əliyev SSRİ-nin dağılması haqqında:

“SSRİ böyük dövlət qismində düzgün aparılan milli siyasət hesabına mövcud oldu. Amma 1985-ci ildən SSRİ-yə rəhbərlik edən şəxslər ya öz məsuliyyətlərini başa düşmürdülər, ya da bilərəkdən zərərli addımlar atırdılar ki, bunların arasında separatçıların vaxtlı-vaxtında cəzalandırılmaması da var idi. Təəssüf ki, bu günədək Qorbaçov bu və digər cinayətlərə görə məsuliyyətə cəlb edilməyib”.

Prezident İlham Əliyev rus dili haqqında:

“Rus dilinə bizdə keçmişdə olduğu kimi hörmət edilir. Azərbaycan heç vaxt rus dilini özünə hədəf seçənləri dəstəkləməyəcək”.

Prezident İlham Əliyev müxalifət haqqında:

“Müxalifət dəyişməlidir. Bu naftalin iyi verən insanlar artıq xalqı bezdirib... Cəmiyyətə hökumətin diqqətini bu və ya digərə məsələyə yönəldən, hökumətin ünvanına sağlam tənqidlər səsləndirən konstruktiv müxalifət lazımdır, polisə daş atan müxalifət yox”.

Prezident İlham Əliyev tənqid haqqında:

“Freedom House” hesab edir ki, Azərbaycan azad deyil, internet qismən azaddır, son on il ərzində Azərbaycan bütün Avrasiyada demokratik idarəetmə baxımından hamıdan çox geri qalır. Təsəvvür edirsiniz? Bu, sadəcə gülməlidir və yəqin ki, bunu heç şərh etməyə dəyməz. “Freedom House” erməniyönümlü mövqeyi və ölkəmizə daimi hücumlarına görə Azərbaycanın heç bir əlaqəsi olmadığı bir təşkilatdır”.

Prezident İlham Əliyev təhsil haqqında:

“Məni ali məktəbə beş ay sonra 16 yaşımın tamam olacağını rəsmi təsdiq edən arayışla qəbul ediblər. Təhsilin birinci ili daha məsuliyyətli idi. Bakıda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibinin oğlu kimi təhsil almaq bir şeydir, Moskvada bu cür cavan yaşda tamamilə fərqli mühitdə təhsil almaq isə tamamilə başqadır. Amma mən atamı pis vəziyyətdə qoymadım, əvvəlcə institutda, sonra isə aspiranturada yaxşı oxudum”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Prezident İlham Əliyev
Digər xəbərlər
Şamaxıda 10 ay ərzində bütün evlərin yenidən tikilməsi və təmir olunması misli görünməmiş məsələdir - Ekspert
Siyasət 6 Dekabr 17:40
Deputat: Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır
Siyasət 6 Dekabr 15:19
Prezident İlham Əliyev: Ölkəmiz bundan sonra da TRACECA Proqramı üzrə vacib layihələrin gerçəkləşməsində davamlı iştirak edəcək
Siyasət 6 Dekabr 15:04
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda ağacəkmə aksiyasında iştirak ediblər (FOTO) (YENİLƏNİB 2)
Cəmiyyət 6 Dekabr 12:41
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar (FOTO)(YENİLƏNİB)
Siyasət 6 Dekabr 12:25
Prezident İlham Əliyevin müsahibəsi “Rossiya-24” telekanalının “Bakutel-2019” sərgisi ilə bağlı reportajında yer alıb (FOTO/VİDEO)
Siyasət 5 Dekabr 20:31
Xəbər lenti
Radikalların boykot taktikası və bu taktikanın arxasındakı planların uğur şansı sadəcə yoxdur - Siyasi ekspert
Siyasət 10:34
“Solğun çiçəklər” tamaşasının premyerası oldu (FOTO)
Mədəniyyət 10:28
650 min ağacın əkilməsi təşəbbüsü Yardımlının daha da gözəlləşməsinə səbəb olacaq - İcra başçısının müavini
Cəmiyyət 10:23
Azər Əliyev: Azərbaycanın sığorta bazarı dinamik artım perspektivinə malikdir
Maliyyə 10:14
Deputat: 650 min ağac əkilməsi təşəbbüsü xalqımız tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılandı
Siyasət 10:04
İranda qar səbəbilə məktəblər bağlandı (FOTO)
Dünya xəbərləri 09:59
Astarada qadına qarşı soyğunçuluq edən şəxs saxlanıldı (FOTO)
Hadisə 09:51
Qida məhsullarının etiketləri haqqında nə bilirik?
Gündəm 09:45
Cəbhədə atəşkəs 24 dəfə pozuldu
Dağlıq Qarabağ Münaqişəsi 09:39
Ən çox oxunanlar
Gömrük nəzarəti zamanı fiziki yoxlamalar minimuma endiriləcək - DGK sədri (FOTO)
Gömrük nəzarəti zamanı fiziki yoxlamalar minimuma endiriləcək - DGK sədri (FOTO)
Qətlə yetirilən FHN əməkdaşının atası: Oğlumu öldürən şəxsin biri məsuliyyətdən yayınıb
Bu gün əkilən ağacların sayı 650 mini keçib - ETSN
Ağacəkmə aksiyasında bu rayonlar fərqlənib
Nəzər nöqtəsi
Deputat: 650 min ağac əkilməsi təşəbbüsü xalqımız tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılandı

Deputat: 650 min ağac əkilməsi təşəbbüsü xalqımız tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılandı

Azərbaycana illik 3 milyard dollara yaxın valyuta daxilolmaları gözlənilir - Elşad Məmmədov (VİDEO)
650 min ağacın əkilməsi ekoloji təmizliyə, təbiətin yaşıllaşdırılmasına bir çağırışdır - Bəhruz Quliyev
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri