...

Millət vəkili neftçiləri təbrik edib

Siyasət Materials 5 Noyabr 2019 18:43 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatının aparıcı sahəsi olan neft sənayesi əlamətdar bir hadisəni qeyd edir.
Millət vəkili neftçiləri təbrik edib

Bakı. Trend:

Azərbaycan iqtisadiyyatının aparıcı sahəsi olan neft sənayesi əlamətdar bir hadisəni qeyd edir.

Trend-in məlumatına görə, bu il dəniz neft sənayesinin 70 illiyi qeyd olunur. 1949-cu ilin noyabrın 7-də “Möcüzələr adası”-Neft Daşlarında ilk neft quyusunun istismara verilməsi ilə dünyada açıq dənizdə neft çıxarılmasının əsası qoyuldu. Sonralar Azərbaycan Neftçilərinin bu təcrübəsindən dünyanın neft istehsal edən digər ölkələri də istifadə etməyə başladılar.

Çətin dəniz şəraitində çalışan, qəhrəman neftçilərimiz bir neçə ildən sonra “Neft Daşları” yatağında, polad dirəklər üzərində əfsanəvi bir məkan- yeni bir qəsəbənin təməlini qoydular. Neft Daşları adlı bu qəsəbə uzun illər keçməsinə baxmayaraq, bu gün də yaşayır, fəaliyyət göstərir. Burda neftçilər üçün hər bir şərait yaradılmışdır. Ötən müddət ərzində Neft Daşları yatağından ümumilikdə 176 milyon ton neft və 13,6 milyatd kub metr qaz hasil edilmişdir.

Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə rəhbərlik etdiyi bütün dövrlərdə neftçilərə, xüsusiusi ilə dəniz neftçilərinə, eləcə də Neft Daşlarına diqqət və qayğı göstərib. Heydər Əliyev kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də neft sənayesinin o cümlədən dənizdə neft hasilatının inkişafını və gələcək perespektivlərini daima diqqət və nəzarətdə saxlayır. Neft Daşlarında yaşayan və işləyən neftçilər üçün yüksək səviyyədə əmək və yaşayış şəraiti yaradılıb.

Bu əlamətdar yubiley münasibəti ilə bütün neftçiləri, o cümlədən dənizdə çalışan neftçiləri, Neft Daşlarının sakinlərini təbrik edir onlara işlərində və həyatlarında böyük uğurlar arzu edirəm.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti