...

Rob Sobhani: Dünya dini liderlərinin II Bakı Sammiti Azərbaycanın dini azadlıq nümunəsi olduğunu nümayiş etdirir

Siyasət Materials 15 Noyabr 2019 12:47 (UTC +04:00)
Dünya dini liderlərinin II Bakı Sammiti Azərbaycanın dini azadlıq nümunəsi olduğunu nümayiş etdirir
Rob Sobhani: Dünya dini liderlərinin II Bakı Sammiti Azərbaycanın dini azadlıq nümunəsi olduğunu nümayiş etdirir

Bakı. Ləman Zeynalova - Trend:

Dünya dini liderlərinin II Bakı Sammiti Azərbaycanın dini azadlıq nümunəsi olduğunu nümayiş etdirir.

Bunu Trend-ə amerikalı ekspert, “Caspian Group Holdings”in baş direktoru Rob Sobhani deyib.

O bildirib ki, Azərbaycanın dünya dini liderlərini qəbul etməsi ölkənin təkcə dini azadlıq nümunəsi yox, eləcə də bu cür tədbirlər üçün qlobal forum olduğunu göstərir.

R.Sobhani qeyd edib ki, Azərbaycan Şərqlə Qərbin kəsişməsində yerləşir və ona görə də müxtəlif mədəniyyətdən olan insanları birləşdirən tədbirlərin keçirilməsi üçün ideal məkandır:

“Bundan başqa, bu tədbir bir daha göstərir ki, Bakı iri qlobal sammitləri keçirməyə qadirdir və bütün dünyadan qonaqları qəbul etməyə infrastruktura sahibdir. Bütün bunlar ölkənin dünya ictimaiyyətinin tərkib hissəsi olmasını ümumi rifaha töhfə verməsini nümayiş etdirmək üçün konkret səylər göstərmiş Prezident İlham Əliyevin liderliyi sayəsində olub”.

Ekspert əlavə edib ki, Azərbaycanda dünya dini liderlərinin ikinci Sammitinin keçirilməsi təəccbü doğurmur, çünki bu ölkə multikulturalizmin beşiyidir:

“Dini tolerantlıq insanın hüququdur və Azərbaycan insanın öz dinini sərbəst şəkildə, dövlət tərəfindən heç bir müdaxilə olmadığı şəkildə yaşadığı çox nadir ölkələrdən biridir. Azərbaycan xalqı ölkənin bu cür vacib tədbiri qəbul etməsindən qürur duymalıdır”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 aprel 2019-cu il tarixli sərəncamı ilə bu ilin 14-15 noyabr tarixlərində Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində Dünya dini liderlərinin II Bakı Sammitinin keçirilməsinə qərar verilib. Sammitə dünyanın 56 ölkəsindən 500-ə yaxın iştirakçı qatılıb.

İkigünlük Sammitdə “Multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu”, “Şeyxülislam Allahşükür Paşazadənin dini rəhbər və ictimai xadim kimi sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafına töhfəsi”, “Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya əleyhinə”, “Qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti” mövzuları ətrafında müzakirələr aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti