...

Azərbaycanda sənaye və texnologiya parklarının rezidentləri üçün vergi və gömrük güzəştləri üç il müddətinə artırılıb

Siyasət Materials 26 Dekabr 2019 17:38 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev sənaye və texnologiya parklarının rezidentləri üçün vergi və gömrük güzəştlərini üç il müddətinə artırıb.
Azərbaycanda sənaye və texnologiya parklarının rezidentləri üçün vergi və gömrük güzəştləri üç il müddətinə artırılıb

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev sənaye parkları və texnologiya parklarının rezidentləri üçün vergi və gömrük güzəştlərini üç il müddətinə artırıb.

Trend bu barədə Azərbaycan Prezidentinin rəsmi saytına istinadən məlumat verir.

Dəyişikliklər “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı çərçivəsində edilib.

Dəyişikliklərə əsasən, sənaye və texnologiya parklarının rezidentləri qeydiyyat anından 10 il müddətinədək mənfəət, torpaq və əmlak vergilərindən, eləcə də texnika, qurğu və texniki avadanlığın idxalı zamanı gömrük rüsumlarından azad ediləcək.

Dəyişikliklər, həmçinin sənaye parkları və texnologiya parklarının idarəedici şirkətləri və operatorlarına şamil olunur. Onlar mənfəətin tikinti və parkın infrastrukturuna yönələn hissəsinə görə gərlir vergisindən azad edilir.

Hazırda rezidentlər üçün 2013-cü il yanvarın 1-dən qüvvəyə minmiş güzəştlər 7 il müddətinə qüvvədədir. Yanvarın 1-dən bunun müddəti 10 ilədək uzadılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti