...

Nuşirəvan Məhərrəmli: Ödənişli efir vaxtı pulsuz efir vaxtndan iki dəfə çox olmalıdır

Siyasət Materials 16 Yanvar 2020 10:47 (UTC +04:00)
Seçki prosesində medianın rolu qanunvericiliklə tənzimlənir.
Nuşirəvan Məhərrəmli: Ödənişli efir vaxtı pulsuz efir vaxtndan iki dəfə çox olmalıdır

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Seçki prosesində medianın rolu qanunvericiliklə tənzimlənir.

Trend-in məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli "Seçkinin mediada isiqlandırlıması" mövzusunda informasiya sessiyasında çıxışı zaman deyib.

N.Məhərrəmli bildirib ki, Azərbaycanda özəl TV və radio kanalları təşviqatda iştirak edə bilməz. onun sözlərinə görə, seçkilər dövründə İctimai TV seçkiqabağı təşviqat mərhələsində əsas KİV-lərdən birinə çevrilir.

Milli Televiziya və Radio Şurasının sədri bildirib ki, İTV seçkiqabağı təşviqatı ödənişli və ödənişsiz yolla həyata keçirir: “Pulsuz efir vaxtı həftədə 3 saatdan az olmayaraq həyata keçirilir. Pulsuz efir vaxtı 60 dairədə namizədi qeydiyyata alınmış partiya və bloklar aiddir. Medianın üzərinə qoyulan tələb odur ki, hər hansı bir namizədə üstünlük verməsin bütün namizədlərə bərabər şərat yaratsın. Ödənişli efir vaxtı pulsuz efir vaxtndan iki dəfə çox olmalıdır. Bəzən qiymətlərin yüksək olduğu qeyd edirlər. İTV tərəfindən müəyyən edilən ödənişli efir vaxtının bir saniyəsi minimum 22 manat maksimum 65 manat olması normal qiymətdir və mövcud reklam şərtlərinə uyğun hesablanıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti