...

Məşhur Məmmədov seçicilərlə növbəti görüşünü Masallının Seybətin kəndində keçirib (FOTO)

Siyasət Materials 1 Fevral 2020 16:44 (UTC +04:00)
Görüş zamanı deputatlığa namizəd Məşhur Məmmədov YAP-ın seçki proqramı haqqında seçicilərə ətraflı məlumat verib
Məşhur Məmmədov seçicilərlə növbəti görüşünü Masallının Seybətin kəndində keçirib (FOTO)

Bakı. Trend:

70 saylı Masallı şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının VI çağırış Milli Məclisə seçkilərdə deputatlığa namizədi Məşhur Məmmədov təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.

Trend-in məlumatına əsasən, növbəti görüş Masallının Seybətin kəndində keçirilib.

Görüş zamanı deputatlığa namizəd Məşhur Məmmədov YAP-ın seçki proqramı haqqında seçicilərə ətraflı məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti