Bakı. Elçin Mehdiyev – Trend:
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 86 saylı İsmayıllı seçki dairəsindən daxil olan müraciətə baxılıb.
Trend-in məlumatına görə, DSK-nın müraciətində deputatlığa namizəd Məzahir Şahvələdovun ikili vətəndaşlığa malik olduğu qeyd edilib.
Araşdırmalar nəticəsində müəyyən olunub ki, M.Şahvələdovun həm Azərbaycan, həm də Rusiya vətəndaşlığı var.
İclasda M.Şahvələdovun namizədliyinin ləğv edilməsi təklif edilib. Təklif səsə qoyularaq qəbul edilib.