...

Seçkilərdə saat 17:00-a olan ən aktiv və passiv seçki dairələri açıqlanıb

Siyasət Materials 9 Fevral 2020 18:13 (UTC +04:00)
Milli Məclisə seçkilərdə saat 17:00-a olan ən aktiv və passiv seçki dairələri açıqlanıb.
Seçkilərdə saat 17:00-a olan ən aktiv və passiv seçki dairələri açıqlanıb

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisə seçkilərdə saat 17:00-a olan ən aktiv və passiv seçki dairələri açıqlanıb.

Trend xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.

Onun sözlərinə görə, ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir. Bu dairədə seçici fəallığı 70,5 faiz (37 min 970 seçicidən 27 254 nəfər) olub.

Hələlik ən passiv dairə 28 saylı Sabunçu üçüncü Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 24,9% (30 min 534 seçicidən 13771 nəfər) olub.

Səsvermənin gedişatı ilə daha ətraflı Mərkəzi Seçki Komissiyasının saytında tanış olmaq olar.

Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.

Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5573 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək.

Səsvermədə 5 milyon 329 min 460 seçici iştirak edəcək. 573 məntəqədə 340 689 məcburi köçkün səs verəcək.

Seçkilərin gedişini 883 beynəlxalq və 77790 yerli müşahidəçi izləyəcək. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti