...

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Romada naməlum əsgər abidəsini ziyarət ediblər (FOTO)

Siyasət Materials 20 Fevral 2020 21:38 (UTC +04:00)
İtaliya Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 20-də Romadakı “Altare della Patria” memorial kompleksində naməlum əsgər abidəsini ziyarət ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Romada naməlum əsgər abidəsini ziyarət ediblər (FOTO)

Bakı. Trend:

İtaliya Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 20-də Romadakı “Altare della Patria” memorial kompleksində naməlum əsgər abidəsini ziyarət ediblər.

Trend-in məlumatına görə, burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycanın və İtaliyanın dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı İlham Əliyev naməlum əsgər abidəsinin önünə əklil qoydu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti