...

Hicran Hüseynova: Nəyə görə BMT Təhlükəsizlik Şurasının qətnamələri Azərbaycana münasibətdə icra olunmur?

Siyasət Materials 24 Fevral 2020 10:14 (UTC +04:00)
Nəyə görə BMT Təhlükəsizlik Şurasının qətnamələri Azərbaycana münasibətdə icra olunmur? Ancaq başqa ölkələrə münasibətdə belə qətnamələr dərhal icra olunur.
Hicran Hüseynova: Nəyə görə BMT Təhlükəsizlik Şurasının qətnamələri Azərbaycana münasibətdə icra olunmur?

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Nəyə görə BMT Təhlükəsizlik Şurasının qətnamələri Azərbaycana münasibətdə icra olunmur? Ancaq başqa ölkələrə münasibətdə belə qətnamələr dərhal icra edilir.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Məcburi köçkün qadınların ədalət çağırışı: sülh və təhlükəsizlik məsələləri gündəmində onların ehtiyaclarının qarşılanması” adlı tədbirdə deyib.

O bildirib: “Elə dövrə gəlmişik ki, sülh dövlətlərin gücündən asılıdır. Azərbaycan artıq güclü bir ölkəyə çevrilib. Amma biz istərdik ki, bu münaqişələrin həllində qadınlarımız da öz sözünü deyə bilsin. Qadınlarımızın da iştirakı ilə beynəlxalq təşkilatlar münaqişələrin həllinə nail olsunlar”.

H.Hüseynova vurğulayıb: “Hansı ölkə deyə bilər ki, BMT Təhlükəsizlik Şurasının 2000-ci ildə qəbul etdiyi 1325 saylı "Qadınlar, Sülh və Təhlükəsizlik" qətnaməsi ilə bağlı ciddi irəliləyiş əldə olunub? Mütləq işğalçı və işğala məruz qalana fərq qoyulmalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti