Moskvada Xocalı faciəsinin ildönümü qeyd olunub (FOTO)

Moskvada Xocalı faciəsinin ildönümü qeyd olunub (FOTO)

Bakı. Trend:

Moskvada, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Trend-in məlumatına görə, Rusiya ictimaiyyətinin, Azərbaycan diasporunun nümayəndələri, xarici ölkələrin Moskvada akkreditə edilmiş səfirləri Xocalı faciəsinin günahsız qurbanlarının xatirəsini anmağa gəliblər.

Xatirə gecəsini açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu xatırladıb ki, 28 il əvvəl – 1992-ci il fevralın 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə Qarabağda Azərbaycan şəhərinə - Xocalıya hücum ediblər. Xocalı şəhəri bir gecədə yerlə-yeksan edilib. Ölümdən qurtulmaq istəyən yerli sakinlər qarlı dağlara üz tutublar, yolda silahsız insanları erməni silahlı dəstələri gülləbaran ediblər. Səfir deyib: “Qurbanların həqiqi sayı heç kəsə məlum deyil. Şəksiz ki, onların həqiqi sayı rəsmi mənbələrdə gətirilən rəqəmlərdən xeyli çoxdur. Amma elə bu rəqəmlər də insanı dəhşətə gətirir. Bir düşünün, 613 insan bir neçə saat ərzində qətlə yetirilib, 487 adam əlilə çevrilib, 1275 dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülüb, 155 insanın taleyi indiyədək məlum deyil. Bu, xüsusi amansızlıqla törədilmiş əsl soyqırımı idi. Qurbanların çoxu diri-diri yandırılıb, kiminin başını kəsiblər, kiminin gözlərini çıxarıblar, kiminin də qulaqlarını kəsiblər, hamilə qadınların bədənlərində təhqir izləri aşkar edilib”.

Diplomat qeyd edib ki, xalqımızın tarixinin bu faciəli səhifəsini unutmaq, bağlamaq, çevirmək mümkün deyil. “Bu yaxınlarda Münxendə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş xalqımızın Azərbaycanın qanuni maraqlarını sonunadək müdafiə etmək qətiyyətini bir daha əyani nümayiş etdirdi. Cənab Prezident Dağlıq Qarabağın Azərbaycana məxsus olması barədə bir sıra təkzibedilməz faktlar gətirdi və öz tezisini tarixi məlumatlarla, habelə beynəlxalq hüquqa, o cümlədən BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin ölkəmizin ərazisindən qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə çoxsaylı istinadlarla möhkəmləndirdi”, - deyə P.Bülbüloğlu vurğulayıb.

Səfirin sözlərinə görə, cinayətkarların adbaad məlum olmasına, onların praktiki olaraq bu cinayəti etiraf etmələrinə baxmayaraq, dünya ictimaiyyətinin gözü qarşısında törədilmiş bu soyqırımı aktına görə indiyədək heç kəs məsuliyyət daşımayıb.

Səfir deyib: “Biz tarixin təkərini geri döndərə bilmərik, həlak olanları geri qaytara bilmərik, lakin biz belə bir faciənin təkrarlanmaması üçün Xocalıda baş verənlər barədə həqiqəti dünyaya çatdıra bilərik və bunu etməyə borcluyuq. Məhz bu məqsədlə Heydər Əliyev Fondunun vitse-prezidenti və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanda “Xocalıya ədalət!” hərəkatı yaranıb və bu hərəkat dünya miqyasında yüz minlərlə gənci bir araya gətirib. Onlar öz missiyasını Xocalı soyqırımı haqqında həqiqətləri müxtəlif ölkələrin vətəndaşlarına çatdırmaqda görürlər”.

Tədbirdə yazıçı Günel Anarqızının və şairə Leyla Bəyimin “Haray” kitabının təqdimatı olub. Kitaba Günel Anarqızının “Qarabağ hekayələri” və Leyla Bəyimin “Qarabağ şikəstəsi” poeması daxil edilib.

Günel Anarqızı çıxışında qeyd edib ki, bu günlərdə Leyla Bəyimlə birlikdə İsraildən qayıdıb. Orada Xocalı soyqırımı qurbanlarının xatirə gecəsi və “Haray” kitabının təqdimatı olub. G.Anarqızı Qarabağa sonuncu səfərini xatırlayaraq deyib: “Atam çəkiliş qrupu ilə birlikdə dahi Üzeyir Hacıbəyli haqqında film çəkəndə mənim 8 yaşım vardı. Çəkilişlər Üzeyir bəyin Şuşadakı evində aparılırdı. Mən Üzeyir bəyin bacısı rolunda çəkilirdim. Hər dəfə bu filmə baxanda bizim qayğısız təbəssümümüzü xatırlayıram və gözümün qarşısında Şuşa, qayıda bilmədiyimiz o torpaq canlanır”.

Tədbirdə Siyasi Araşdırmalar İnstitutunun direktoru, Azərbaycanın dostları qrupunun əlaqələndiricisi Sergey Markov, politoloq, hərbi ekspert İqor Korotçenko, hüquq elmləri doktoru, professor Tofiq Qəndilov çıxış ediblər, şairə Leyla Bəyim “Qarabağ şikəstəsi” romanından parça oxuyub.

Gecədə Xalq artisti Fəxrəddin Manafovun ifasında Günel Anarqızının “Ataya məktub” hekayəsinin videoyazısı nümayiş etdirilib.

Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Loading Bars
Xəbər lenti
Respublika çaylarında yaz-yay gursululuq dövründə gözlənilən vəziyyət AÇIQLANIB (FOTO)
“Media haqqında” yeni qanun layihəsi medianın inkişafına imkan verəcək - Hikmət Hacıyev
Azərbaycan Prezidentinin köməkçisi Türk Şurasının Baş katibi ilə görüşüb
Səudiyyə Ərəbistanında 3 hərbçi edam olunub
Biz əl-ələ verəcəyimiz halda, aşa bilməyəcəyimiz maneə olmadığını gördük - Fahrettin Altun
Azərbaycanın qələbəsi həm də türk dünyasının qələbəsidir - Hikmət Hacıyev
Qaxda yol polisi reyd keçirib (FOTO)
Türk dövlətlərinə qarşı saxta informasiya kampaniyaları aparılır - Prezidentin köməkçisi
MDU-da növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb (FOTO)
Azərbaycan tükdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün lazımi işləri görür - Hikmət Hacıyev
Türk dövlətləri ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yol xəritəsi hazırlanır
Türk dövlətləri bundan sonra da Azərbaycanın yanında olacaq - Bağdad Amreyev
Bakıda Türk Şurasının informasiya və media üzrə məsul rəsmilərinin toplantısı keçirilib - (FOTO/VİDEO)
“Əsas Məsələ”də Prezident İlham Əliyevin həftə ərzində keçiridyi yüksək səviyyəli görüşlər müzakirə olunub (VİDEO)
Sosial xidmətlərə ehtiyac səviyyəsini qiymətləndirmək məqsədilə onlayn sorğu keçirilir
İranda ötən sutka 193 nəfər koronavirusdan ölüb
"Buta Airways" Rusiyanın "Jukovski" şəhərinə uçuşlar həyata keçirəcək
Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır
MUSİAD nümayəndə heyəti Qubada səfərdə olub (FOTO)
Atletimiz Avropa çempionatında bir qızıl və bir bürünc medal qazanıb (FOTO)
Bakıda daha bir nəqliyyatın mübadilə məntəqəsi yaradılıb (FOTO)
Bakıda məşhur restoranlarda nöqsanlar aşkarlanıb (SİYAHI)
Könül Nurullayeva sakinlərin müraciətləri ilə maraqlanıb (FOTO)
Deputat Pərvin Kərimzadə seçiciləri ilə növbəti görüş keçirib (FOTO)
Zabrat Hava Limanı ərazisində təlim keçirilib (FOTO)
Finlandiya sprey formasında koronavirus vaksini hazırlayır
Sumqayıtda 3 koronavirus xəstəsinə cinayət işi başlandı
Sabah rayonlara dolu düşəcək
“Fitch” SOCAR-ın uzunmüddətli reytinqini «BB +» səviyyəsində təsdiqləyib (ƏLAVƏ OLUNUB)
Azərbaycan ilə Türkiyəni heç vaxt bir-birindən ayırmadım, ikisi də mənim Vətənimdir - Erkan Özoral
Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri HHQ-nin hərbi hissəsini ziyarət edib
Prezident İlham Əliyev: Türkiyənin Azərbaycana göstərdiyi dəstək həmişə bizim qəlbimizdə yaşayacaqdır
Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri bu gün ən yüksək zirvədədir
Bibiheybətdə gəmidə baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Şəhid ailəsi və qazilərə dəstək üçün bu günə kimi 18 milyona yaxın pul xərclənib
Ötən gün 47 yanğın olub, 1 nəfərin meyiti aşkarlanıb (VİDEO)
Kanada XİN-dən "Dostluq" yatağı ilə bağlı açıqlama
Azərbaycan dövlətinin apardığı siyasətin mərkəzində insan amili dayanır - Tamam Cəfərova
Yunanıstan-Bolqarıstan interkonnektorunun işə salınması ilə TAP-ın Avropa üçün əhəmiyyəti artacaq
Bərdədə toy məclisi aşkarlandı, 19 nəfər cərimələndi
Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
Polis Bakıda əməliyyat keçirdi, narkobaronlardan 64 kiloqram narkotik vasitə götürüldü (FOTO/VİDEO)
Bakıda həyətdə toy məclisində 28 nəfər məsuliyyətə cəlb olundu (VİDEO)
Erkan Özoral “Dostluq” ordeni ilə təltif edilib
Çində üçüncü koronavirus vaksininin sınaqlarına icazə verilib
Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Paytaxtda daxili iməclik və geniş dezinfeksiya keçirilib (FOTO)
AZAL Heydər Əliyev Beynəlxalq Aeroportunun təmizlik işlərinin satınalınması ilə bağlı açıq tender elan edir
Ötən gün evini tərk edən 18 koronavirus xəstəsi saxlanıldı
Əfqanıstanda ard-arda partlayışlar olub
Evdə toy məclisi keçirənlər cərimələnib
ABŞ İrana qarşı tətbiq olunan sanksiyaların ləğvindən imtina edib
"COVID-19 pasportu" - Dünya yeni mərhələyə keçir
Zərdabda daş sexi yanıb
Azərbaycanda bu tarixdə ucuz avtomobillər satışa çıxarılacaq
Qırğızıstanda seçkilər və referendumdan qabaq "sükut günü" başlayıb
Çinin "Alibaba" şirkəti 2,78 milyard dollar məbləğində cərimə edilib
Beyrut dəniz limanının yenidən qurulması layihəsinin dəyəri 5 milyard dollar təşkil edəcək
Rusiya aprelin 12-dən Türkiyə ilə uçuşlarını məhdudlaşdıra bilər
Hindistanda xəstəxanada baş verən yanğında 4 nəfər öldü
Yaponiyada 5,2 bal gücündə zəlzələ baş verib
Türkiyədə son sutkada koronavirusdan 35 786 nəfər sağalıb
Qrup hərəkətlərində Azərbaycan komandası bədii gimnastika üzrə təşkil olunan onlayn turnirdə gümüş medal qazandı
Gimnastlarımız Misirdə keçirilən yarışlarda ikinci yeri tutublar (FOTO)
Dünyada ötən sutka koronavirusa 718 mindən çox yoluxma qeydə alınıb - ÜST
Azad olunan ərazilərə elektrik verilməsi üçün ərazilər minalardan təmizlənir - Agentlik rəsmisi
İƏT Milli Xəbər Agentlikləri Birliyinin saytında Prezident İlham Əliyevin İƏT-in Baş katibini təltif etməsi barədə material yerləşdirilib
Böyük Britaniyada yeni potensial təhlükəli koronavirus növü aşkar edildi
Amerikalı məşhur reper vəfat edib
Goranboyda ad günü keçirilməsinin qarşısı alınıb
Bakıda köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib
Azərbaycanda münbit investisiya muhiti mövcuddur- MUSİAD
“Yaşıl Marafon” çərçivəsində bal verən ağaclar əkildi (FOTO)
Azərbaycanda ödəniş kartları ilə dövriyyə dəfələrlə artıb
Ceyhun Bayramov Türk Şurasının Baş katibi Bağdad Amreyevlə görüşüb (FOTO)
Azərbaycanda koronavirusa ən az yoluxma bu tarixdə qeydə alınıb
Türkiyədə yerli vaksin sınaqlarının ikinci mərhələsi başa çatıb
Prezident İlham Əliyev Ülyahəzrət II Elizabetə və Boris Consona başsağlığı verib
Dünya Bankı Azərbaycanda istehalk bazarının artımını proqnozlaşdırır
Ərdoğan və Putin Cənubi Qafqazda nəqliyyat infrastrukturunun bərpasını müzakirə ediblər
Sabirabadda bacı-qardaş Kür çayında batıb
Zidan mövsüm sonunda "Real"ı tərk edə bilər
BMT Azərbaycanla əlaqələri daha da dərinləşdirməkdə maraqlıdır - Volkan Bozkır
Mina xəritələrini vermədiyinə görə Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir - Deputat
Hindistan Səfirliyi Hindistan ədviyyatını təbliğ etmək məqsədilə İnteraktiv Vebinar təşkil etdi (FOTO)
Gözlənilən hava şəraiti ilə əlaqədar FHN əhaliyə müraciət edib
Ukraynada marixuana leqallaşdırıldı
“Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib (FOTO)
Venesuela ilə sosial sahədə əməkdaşlıq imkanları müzakirə olunub (FOTO)
Milli Məclisin Sədri BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti ilə görüşüb (FOTO)
ADA Universitetinin "Baku Dialogues" jurnalı Kolumbiya Universiteti Nəşriyyatının verilənlər bazasında yer alıb
Azərbaycan və Türkiyə ordularının birgə əməliyyat-taktiki təlimləri başa çatıb (FOTO/VİDEO)
Dünyada koronavirus vaksinlərinin 87 faizi yüksək gəlirli ölkələrin payına düşür - ÜST
“Əsas Məsələ”də İƏT Təmas Qrupu üzvlərinin işğaldan azad olunmuş ərazilərə səfəri müzakirə olunub (VİDEO)
Dövlət komitəsi 7 bank vasitəsilə ölkədən nağd xarici valyutanın çıxarılması xəbərinə aydınlıq gətirdi
SOCAR-da Vizualizasiya Mərkəzinin açılışı olub (FOTO)
Ermənilər işğaldan azad olunan ərazilərdə tələ minalar qurublar - Agentlik
Dənizdə külək enerjisindən istifadənin inkişafı planları müzakirə edilib
Zəngilanda "Ağıllı kənd"in 42 hektarı minalardan təmizlənib
Rusiya Prezidenti tanınmış xoreoqraf soydaşımızı təltif edib
Bütün xəbərlər