...

Azərbaycan XİN uğurlu parlament seçkiləri münasibətilə İranı təbrik edib

Siyasət Materials 2 Mart 2020 15:26 (UTC +04:00)
Biz İran İslam Respublikasının Hökumətini ölkədə uğurlu parlament seçkiləri keçirməsi münasibətilə təbrik edirik
Azərbaycan XİN uğurlu parlament seçkiləri münasibətilə İranı təbrik edib

Bakı. Trend:

Biz İran İslam Respublikasının Hökumətini ölkədə uğurlu parlament seçkiləri keçirməsi münasibətilə təbrik edirik. İnanırıq ki, iki ölkə arasında əməkdaşlıq əlaqələri davam etdiriləcəkdir.

Trend-in məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırarakən bildirib.

Qeyd edək ki, bu ilin 21 fevral tarixində İran İslam Şurası Məclisinə seçkilər keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti