...

Baş Nazir nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı qaydalara dəyişiklik etdi

Siyasət Materials 30 Mart 2020 15:20 (UTC +04:00)
Nazirlər Kabineti “Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydaları”nda dəyişiklik edib.
Baş Nazir nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı qaydalara dəyişiklik etdi

Bakı. Trend:

Nazirlər Kabineti “Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydaları”nda dəyişiklik edib.

Trend-in məlumatına görə, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi mülki aviasiya subyektləri tərəfindən uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət nəzarətini həyata keçirmək məqsədi ilə öz strukturunda Azərbaycan Respublikasında mülki aviasiyanı idarə edən dövlət orqanının rəhbərinə bilavasitə tabe olan müfəttiş orqanı yaradır və "Azərbaycan Respublikası mülki aviasiyasının fəaliyyətini nizama salan dövlət müfəttiş orqanı üçün təlimat" hazırlayaraq müəyyən olunmuş qaydada təsdiq edir.

Dövlət Mülki Aviasiya Agentliyi indiyə qədər Azərbaycanın hava nəqliyyatını istismar edən aviasiya şirkətləri və mülki aviasiya subyektləri istismarçı şəhadətnaməsinin və fəaliyyətə müvafiq olması haqqında şəhadətnamənin xüsusi istismar tələblərini yerinə yetirmədiyi və ya yerinə yetirmək iqtidarında olmadığı üçün onların fəaliyyətini dayandırır və ya məhdudlaşdırırdı. Dəyişikliklə, bu, yeni qərarda öz əksini tapmayıb.

Dəyişikliyə edilən əlavəyə əsasən isə Agentlik “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, mülki aviasiya istismarçılarına sertifikatların və bu sahədə fəaliyyət göstərən digər subyektlərə uyğunluq sertifikatlarının verilməsi, onları verməkdən imtina edilməsi, qüvvədəolma müddətlərinin dayandırılması və ləğv edilməsi barədə qərarlar qəbul edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti