...

Tahir Kərimli: "Milli Şura" adlı dərnək əvvəlcədən şikəst doğulmuş bir qurumdur

Siyasət Materials 16 May 2020 12:58 (UTC +04:00)
Milli Şuranın daxilində baş verən hadisələri bilmək üçün istənilən ictimai hadisənin yaranma səbəbindən başlamaq lazımdır.
Tahir Kərimli: "Milli Şura" adlı dərnək əvvəlcədən şikəst doğulmuş bir qurumdur

Bakı. Samir Əli - Trend:

"Milli Şura" adlı dərnək əvvəlcədən şikəst doğulmuş bir qurumdur.

Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Onun sözlərinə görə, hamı bilir ki, həmin şura Rusiyada Azərbaycan əleyhinə fəaliyyət göstərən oliqarxların yaratdığı "Milyarderlər İttiqafı"nın sifarişi ilə yaradılıb və bu ittifatın üzvü Rüstəm İbrahimbəyov "Milli Şura"nın sədri olub. O isə sonda ifşa olundu:

"Bu şuranın son videokonfransında isə orada təmsil olunanlar bir daha özlərini biabır etdilər. Bu konfransla onlar bir daha özlərinin iflasa uğradıqlarını ortaya qoydular. "Milli Şura" üzvü Gültəkin Hacıbəyli çıxışında Qərbin onlardan nəsə tələb etməsini deməklə iç üzlərini bəyan etmiş oldu. Bunlar bütün milli mentaliteti kənara qoyub yalnız Qərbin tələbini yerinə yetirmək üçün çalışırlar. Təbii ki, onların bu hərəkətləri öz nəticəsini verməli idi. Elə buna görə də Eldəniz Quliyev və digərləri şuradan istefa verdilər. Bu istefalar davam edəcək".

T. Kərimli bildirib ki, Azərbaycan xalqı "Milli Şura"nın kimliyini, hansı məqsədə qulluq etdiyini bilir: "Xalq artıq dərk edir ki, öz müqəddəratını "Milli Şura"dakı şəxslərə həvalə etmək olmaz. Artıq bu dərnəyin obrazı göz qabağındadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti