...

Türkiyə Azərbaycan vətəndaşlarına müalicə məqsədi ilə ölkəyə daxil olmalarına icazə verib

Siyasət Materials 16 May 2020 12:57 (UTC +04:00)
Türkiyə hökuməti Azərbaycan vətəndaşlarına müalicə məqsədi ilə ölkəyə daxil olmalarına icazə verib
Türkiyə Azərbaycan vətəndaşlarına müalicə məqsədi ilə ölkəyə daxil olmalarına icazə verib

Bakı. Trend:

Türkiyə hökuməti Azərbaycan vətəndaşlarına müalicə məqsədi ilə ölkəyə daxil olmalarına icazə verib.

Trend-in məlumatına görə, bununla əlaqədar Türkiyə Səhiyyə Nazirliyinin müvafiq qərarı dərc olunub.

Qeyd olunur ki, Azərbaycanla yanaşı, daha 30 ölkənin vətəndaşına Türkiyəyə müalicə məqsədi ilə gəlmək icazəsi verilib. Bu ölkələr sırasında Böyük Britaniya, Almaniya, Rusiya, Gürcüstan, Niderland, Qazaxıstan və digər ölkələr yer alıb.

Qaydalara əsasən, xəstə ilə yanaşı, bir nəfər də sərhədi keçə bilər.

Bununla belə, Türkiyəyə yalnız koronavirus testi mənfi nəticələnmiş xəstələr və yaxınları buraxılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti