Bakı. Samir Əli – Trend:
Azərbaycana çarter reysləri ilə qaytarılan şəxslər müəyyən müddətdə karantinə yerləşdirilir.
Trend-in məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu gün keçirilən onlayn brifinqdə deyib.
Onun sözlərinə görə, xarici ölkədə müvəqqəti yaşayan Azərbaycan vətəndaşları ölkəyə gətiriləndən sonra səhhətləri diqqətdə saxlanılır:
“Onlara tibbi xidmətlər göstəriləndən sonra cəmiyyətə inteqrasiya olunurlar. Karantindən sonra da həmin şəxslərin sağlıq durumları nəzarətə götürülür”.