Azərbaycanda xüsusi hallarda cinayət prosesi videokonfrans vasitəsilə keçiriləcək

Azərbaycanda xüsusi hallarda cinayət prosesi videokonfrans vasitəsilə keçiriləcək

Bakı. Elçin Mehdiyev – Trend:

İyunun 1-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

Trend-in məlumatına görə, Milli Məclis Sədrinin birinci müavini, komitə sədri Əli Hüseynli bildirib ki, iclasda Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılacaq.

Ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan hər iki qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılır.

Qeyd edilib ki, eyni zamanda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə üçüncü oxunuşda baxılacaq.

Əvvəlcə, komitə üzvü Əminə Ağazadə Cinayət-Prosessual Məcəlləsinə ediləcək dəyişikliklər barədə məlumat verib.

Bildirilib ki, bu dəyişikliklər bir neçə istiqamət üzrə hazırlanıb. Birinci istiqamət Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə verilmiş tapşırıqların icrası ilə bağlıdır. Belə ki, ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə məcəlləyə bir sıra dəyişikliklər təklif olunur.

Bu dəyişikliklər “Elektron məhkəmə” informasiya sisteminin tətbiqini, müasir informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən istifadə edilməklə, xüsusi hallarda cinayət prosesinin videokonfrans vasitəsilə davam etdirilməsini təmin edən yeni maddələrin əlavə edilməsini, məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılmasını və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibini nəzərdə tutur.

Növbəti istiqamət cinayət mühakimə icraatında kassasiya şikayəti icraatının təkmilləşdirilməsindən ibarətdir. Digər istiqamət isə xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üzrə icraatın prosessual qaydaları ilə bağlıdır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə həmin qaydaları ehtiva edən yeni 59-cu fəslin əlavə edilməsi təklif olunur.

Bu qanun layihəsinin 2020-ci il iyul ayının 1-dən qüvvəyə minməsi nəzərdə tutulub.

Komitə sədri Əli Hüseynli məsələ ilə bağlı çıxışında deyib ki, son dövrlərdə məhkəmə-hüquq sistemində müxtəlif istiqamətlərdə, o cümlədən kadr, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı islahatlar dərinləşir. Həmçinin, bu sahədə müasir informasiya vasitələrinin tətbiqi böyük əhəmiyyət kəsb edir. Deputatlar Tahir Kərimli, Erkin Qədirli, Kamal Cəfərov, Bəhruz Məhərrəmov, Nizami Səfərov qanun layihəsi barədə öz fikirlərini açıqlayıblar, təklif olunan dəyişiklikləri məqsədəmüvafiq hesab ediblər.

Sonra komitə sədri Əli Hüseynli “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna təklif olunan dəyişikliyi diqqətə çatdırıb. Bildirilib ki, qanunun 13.3-1-ci maddəsinin birinci cümləsinə “o cümlədən məhkəmələrin fəaliyyətinin monitorinqi nəticəsində maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar” sözləri əlavə edilir.

Qeyd olunan əlavədən sonra buradakı fikir aşağıdakı şəkildə səslənəcək: “Hakimin (ilk dəfə hakim təyin edilmiş şəxslər istisna olmaqla) fəaliyyətində peşəkar çatışmazlıqlar, o cümlədən məhkəmələrin fəaliyyətinin monitorinqi nəticəsində maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar aşkar edildikdə, onun fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunmuş vaxtda təkrarən, lakin 6 aydan tez və 2 ildən gec olmamaqla qiymətləndirilir”.

Bu dəyişiklik ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması sahəsində görülən tədbirlər çərçivəsində məhkəmələrin fəaliyyətinin monitorinq sisteminin təkmilləşdirilməsi məqsədini daşıyır.

Komitə sədri daha sonra üçüncü oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi ilə bağlı bildirib ki, sənəddə nəzərdə tutulan dəyişikliklər profilaktik əhəmiyyət daşıyır, hadisələrin qarşısının alınmasına yönəlib.

Diqqətə çatdırılıb ki, Məcəlləyə edilən əlavələrə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.

Xətanın təkrar törədilməsinə görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.

Komitə üzvləri Azay Quliyev, Erkin Qədirli, Fəzail Ağamalı məsələnin əhəmiyyəti ilə bağlı fikirlərini səsləndiriblər.

Müzakirələrin sonunda hər üç sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Bərpa olunan enerji sahəsinə əlavə investisiyaların cəlbi üzrə tədbirlərin icrası müzakirə edilib
Bərpa olunan enerji sahəsinə əlavə investisiyaların cəlbi üzrə tədbirlərin icrası müzakirə edilib
Ötən ay “Azəriqaz”da 3132 yeni abonent qeydiyyata alınıb
Ötən ay “Azəriqaz”da 3132 yeni abonent qeydiyyata alınıb
Murat Lekompte: Qlobal iqtisadi və sosial böhranlar TANAP-ın kommersiya fəaliyyətində hər hansı bir ləngiməyə səbəb olmayıb (MÜSAHİBƏ)
Murat Lekompte: Qlobal iqtisadi və sosial böhranlar TANAP-ın kommersiya fəaliyyətində hər hansı bir ləngiməyə səbəb olmayıb (MÜSAHİBƏ)
Loading Bars
Xəbər lenti
Məşhur hindistanlı aktyor koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib
Qazaxda hərbi təyinatı olmayan metal əşya tapılıb
ABŞ-da sutkada 71 mindən çox insan koronavirusa yoluxub
Binəqədidə yaşayış binasında yanğın olub
İranda yaşayış binasında qaz partlayıb
FHN: Yağış sularının dolduğu ərazilərdə təxirəsalınmaz tədbirlər həyata keçirilir
Moskvada koronavirusdan daha 27 nəfər ölüb
Türkiyədə koronavirusdan sağalanların sayı 193 min nəfəri ötüb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 219 mindən çox artıb
213 obyektdə sanitar-epidemioloji tələblər pozulub
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Ananı məqsədlərinə alət edən qardaşlar: Emin və Mehman Hüseynovlar nəyi demək istəmirlər? - TƏFƏRRÜATLAR (VİDEO)
Abşeronda avtomobil yanıb
DİN, Baş Prokurorluq və Kənd Təsərrüfatı Nazirliyi keçirdikləri birgə əməliyyatla bağlı məlumat yaydı (VİDEO)
Nepalda sel və torpaq sürüşməsi qurbanlarının sayı 40-a çatıb
Rusiyada ermənilərin Polad Bülbüloğluna qarşı təxribatı baş tutmadı
Azərbaycan XİN: Ermənistan rəhbərliyi apardıqları siyasətə görə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tamamilə tək qalıblar
Çində zavodda partlayış baş verib
Baş Nazir bağlanan 3 bankla bağlı Konstitusiya Məhkəməsinə sorğu gondərdi
“Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir
Azərbaycanda havanın temperaturu 38 dərəcəyə yüksələcək
BMT Baş Assambleyasının 31-ci xüsusi iclasının ilkin gündəliyi dərc olunub
Pendirin orqanizmə faydaları və təhlükələri
Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu (VİDEO)
Qırğızıstanda ötən gün 552 nəfər koronavirusa yoluxub
Azərbaycanda koronavirusdan sağalan 90 yaşlı nənə - Onu siz də tanıyın (VİDEO)
Bağ evində narkotik əkib-becərən keçmiş məhkum saxlanılıb (FOTO)
Nazirlik verilən 190 manata qarpız alaraq parçalayan şəxslə bağlı məsələyə münasibət bildirdi
ABŞ-da 66 mindən çox yoluxma qeydə alındı
Prokurorluq Ucar sakininin döyülərək öldürülməsi ilə bağlı məlumat yayıb
Nazirlik bəzi şəxslərin 190 manat almaması ilə bağlı suallara aydınlıq gətirdi
AzMİU-nun magistratura səviyyəsinə onlayn qeydiyyat davam edir
Xızıda körpünün altından 13 ədəd zenit top mərmisi və patronlar tapıldı (FOTO)
Azərbaycan “Davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub - Bəhruz Quliyev
Azərbaycanda daha 531 nəfər koronavirusa yoluxdu, 514 nəfər sağaldı, 6 nəfər öldü
Cəlilabadda karantini pozan 6 obyekt aşkarlanıb
Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib
Ekspert: Pik saatlarda yalnız avtobuslarla Bakının sərnişindaşıma tələbatını ödəmək çətindir
Azər Badamov: Azərbaycan BMT-nin hesabatında tutduğu mövqeyinə görə regional liderdir
Şəkidə təkrar qarğıdalı əkini aparılır (FOTO)
İsmayıllıda 900 kq-dan artıq narkotik vasitə məhv edilib i(FOTO)
Nizami rayonunda parkın içində tikilən qanunsuz obyekt sökülüb (VİDEO)
AzMİU tələbələri Şuşanın memarlıq abidələrinin bərpa eskiz layihələrini hazırlayıblar (FOTO)
Özbəkistanda həftəsonu günlərində özünütəcrid rejimi tətbiq olunacaq
Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
Baş Nazir kolleclərlə bağlı qərar imzalayıb
Brilyantlarla bəzədilmiş tibbi maskalar satışa çıxarılıb
Gəncədə xəstəxananın hasarının uçması qaz xəttini yararsız hala salıb (FOTO)
Bakıda küçə və yollarda son vəziyyət (FOTO)
AQTA reyd keçirib: 73 obyektdə qayda pozuntusu aşkarlanıb (FOTO)
İran Xəzərdə kilkə ovuna başlayıb
Vladimir Nikiforov: Azərbaycanlı həkimlər təkcə koronavirus infeksiyasının müalicəsində deyil, həm də digər sahələr üzrə çox inkişaf edib (VİDEO)
Kamaləddin Qafarov: Azərbaycan koronavirus pandemiyasına qarşı qlobal mübarizədə həmişə fəal mövqeyi, bu sahədə digər ölkələrlə konkret həmrəyliyi ilə fərqlənib
İranda koronavirusa yoluxanların sayı 255 mini keçib
ABŞ-da 8 min məhbus azad ediləcək
Özünüməşğulluq proqramının 200-dən çox iştirakçısına kiçik bizneslərini qurmaq üçün aktivlər verilib
Naqif Həmzəyev: Soydaşlarımızın girovluqda saxlanılması Ermənistanın insanlıq əleyhinə cinayət əməllərinin sübutudur
Azərbaycan davamlı inkişaf indeksi üzrə təkcə regional lider deyil, eyni zamanda bir sıra digər inkişaf etmiş ölkələrlə rəqabət apara biləcək səviyyədədir - Deputat
Sabah 35 dərəcəyədək isti olacaq
Yol polisi yenidən dayanma-durmaya görə cərimə yazacaq
STP-nin Bəyanatı: STP-nin Baş direktoru öz xahişi ilə işdən azad olunub
Nepalda daşqın və torpaq sürüşməsi - Onlarla ölü
Samuxda qadının evindən pul və qızıl oğurlayanlar saxlanılıb (FOTO)
Rusiyalı həkim Aleksandr Averyanov: İri şəhərin yarısı eyni anda xəstələnsə, heç bir səhiyyə sistemi buna tab gətirməz
Ermənistanda futbol klubunun 17 üzvü koronavirusa yoluxub
Türk Hava Yolları Azərbaycana uçuşları artırdı
Rusiyalı həkim: Azərbaycanda reanimasiya şöbələrinin təchizat səviyyəsi heyranlıq doğurur (VİDEO)
Rusiyada daha 6 611 nəfər koronavirusa yoluxdu
UNEC-ə əcnəbilərin sənəd qəbulu davam edir
Gürcüstanda olan Azərbaycan vətəndaşlarının təxliyəsi davam edir
Koronavirusa yoluxan jurnalist Aynur Nəsirova sağalıb
AZAL Ər-Riyaddan çarter reysi ilə 83 həmyerlimizi Bakıya gətirib (FOTO)
Azərbaycan nefti bahalaşıb
Kürdə batan şəxslərdən birinin meyiti tapılıb, digəri axtarılır
Ermənistanda koronavirusa yoluxanların sayı 31 min nəfəri keçib
Tvinninq layihəsinin yekun konfransı keçirilib
Kənar yollarla rayona sərnişin aparan sürücü və müştəriləri həbs olunub (FOTO/VİDEO)
Prezidentə yazırlar: Siz çətin günlərdə xalqımıza böyük dayaqsınız, biz sadə vətəndaşlar da daim sizinləyik
Tədris Terapevtik Klinikasında yeni oksigen generatoru işə salınıb
Deputat: Əhali sayı təxminən Azərbaycanla eyni olan inkişaf etmiş ölkələrdə yoluxma 60-70 mini ötür
Bərpa olunan enerji sahəsinə əlavə investisiyaların cəlbi üzrə tədbirlərin icrası müzakirə edilib
Cahangir Əsgərov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Xəzər rayonunda karantin rejimi ilə əlaqədar monitorinqlər davam etdirilir (FOTO)
Xüsusi icazəsi olanların şəxsiyyət vəsiqələri ilə sərnişin daşıyan sürücü tutuldu
Azərbaycan nümayəndəsi növbəti dövr üzrə ÜPİ-nin Xidmət Keyfiyyəti Fondu Şurasının sədr müavini seçilib
Ağsuda mal-qara oğurlayan qəssab saxlanılıb (FOTO)
Venesuelada fövqəladə vəziyyət daha bir ay uzadıldı
Azərbaycan 2021-ci ildə elektron biznesi genişləndirməyi hədəfləyir
Ermənistan sutka ərzində atəşkəsi 49 dəfə pozdu
Aya Sofyada ilk Cümə namazı iyulun 24-də qılınacaq
Sumqayıtda yataqxanada yanğın olub
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi artıb
Yaponiya və ABŞ Ayda araşdırmalar sahəsində əməkdaşlıq haqqında bəyannamə imzalayıblar
Milyarderlər sıralamasında İlon Mask Baffetti ötdü
ABŞ-da son sutkada koronavirusa yoluxanların sayı 63 min nəfəri ötüb
ABŞ-ın üç ştatları sahillərində qasırğa təhlükəsi elan edilib
Futbol üzrə İspaniya çempionatında "Real" "Alavesi" məğlub etdi
Kaliforniyada 10 minə yaxın məhkum azad ediləcək
"Real"ın futbolçusu Marselo zədə alıb
Cəlil Xəlilov: Minsk qrupu ya öz fəaliyyətində dönüş yaratmalı, ya da acizliyini etiraf etməlidir
Bütün xəbərlər