...

Bu təxribatı “beşinci kolon”un nümayəndələri, satqınlar həyata keçirtdilər

Siyasət Materials 16 İyul 2020 19:36 (UTC +04:00)
14 iyul aksiyası Azərbaycan xalqının öz ordusuna, dövlətinə və Ali Baş Komandanı İlham Əliyevə verdiyi yüksək dəstəyin nümayişi idi. Yüz minlərlə vətənpərvər insanın dəstək nümayişi idi.
Bu təxribatı “beşinci kolon”un nümayəndələri, satqınlar həyata keçirtdilər

Bakı. Elçin Mehdiyev – Trend:

14 iyul aksiyası Azərbaycan xalqının öz ordusuna, dövlətinə və Ali Baş Komandanı İlham Əliyevə verdiyi yüksək dəstəyin nümayişi idi. Onlar Şəhidlər Xiyabanına üz tutaraq hər an dövlətimizin müdafiəsi, Qarabağın işğaldan azad olunması istiqamətində silaha sarılıb döyüşməyə hazır olduqlaını nümayiş etdirirdilər. Və Ali Baş Komandandan da xahiş edirdilər ki, müharibə əmri versin. Bu vətənpərvər addımlar alqışlanmalıdır.

Bunu Trend-ə açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı deyib.

N.Orduxanlı bildirib ki, insanlar uzun məsafəni piyada qət edib və Şəhidlər Xiyabanına gedən müddət ərzində vətənpərvər şüarlar səsləndirirdilər:

“Bütün bunlar onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir, həmrəy ola bilir. Azərbaycan iqtidarı və polisi həmin insanların təhlükəsizliyini təmin edirdi, yol hərəkətini tənzimləyirdi. Baş verənlərə xalqın izdihamlı dəstəyini bütün dünya görürdü. Hətta ermənilər təşviş içinə düşmüşdülər. Onların blogerləri baş verənlər barədə məlumat yayırdılar. Bundan ciddi şəkildə narahat olan bəzi dövlətlər və qurumlar dərhal təxribat planını həyata keçirtməyə başladılar.

Bir qrup təxribatçı yürüşün sonunda xuliqanlıq törətdi, ictimai asayişi pozmağa cəhd etdi və polisə müqavimət göstərdi. Birmənalı şəkildə bildirirəm ki, bu addımı “beşinci kolon”un nümayəndələri, satqınlar həyata keçirtdilər. Çox yüksək təmkinlik nümayiş etdirən polis işçiləri təxribatçıların əməllərinə qısa müddət ərzində son qoydu. Ölkənin sabitliyinin pozulmasına cəhd edən həmin o təxribatçı qüvvələri zərərsizləşdirdi, qanunun aliliyini təmin etdi.

Artıq onların şəxsiyyəti müəyyənləşdirilir və hamısı məsuliyyətə cəlb ediləcək. Bu cür təxrbatçılar ən layiqli cəzalarını almalıdırlar. Onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün lazım addımlar atılır. Bu adamlar kimlər tərəfindən təlimatlandırılıb və onlara göstəriş verən şəxslərin hər biri məsuliyyətə cəlb edilməlidir. Ora topalaşanların 99 faizi öz dövlətinə olan sevgisini nümayiş etdirirdi. Bu adamların ülvi hissindən istifadə edib öz çirkin siyasi məqsədlərini həyata keçirməyə cəhd edən hər kəs ən ağır cəzaya layiqdir!”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti