...

ASALA ilk növbədə Qərb üçün təhdiddir - Türkiyə hökuməti

Siyasət Materials 24 İyul 2020 12:40 (UTC +04:00)
ASALA ilk növbədə Qərb üçün təhdiddir - Türkiyə hökuməti

Bakı. Rufiz Hafizoğlu - Trend:

Son illər bir sıra Qərb ölkələrində fəaliyyət göstərməyə başlayan ASALA terror təşkilatı ilk növbədə bu ölkələr üçün təhlükə daşıyır.

Bu barədə Trend-ə Türkiyə hökumətindən bildiriblər.

"Azərbaycanlıların və Türkiyə vətəndaşlarının bir sıra qərb ölkələrində, o cümlədən ABŞ-da keçirdikləri dinc aksiyalara qarşı törətdikləri təxribatlarda ermənilər nümayişkaranə şəkildə ASALA yazısı olan köynəklər geyindilər. Bu, təxribat təşkilatçılarının terrorçulara rəğbət bəslədiklərinin təsdiqidir".

Türkiyə hökumətində qeyd edilir ki, qərb ölkələri təəssüf ki, belə bir qanlı təşkilatın mövcudluğuna göz yumur:

"Terrorçuların fəaliyyətinə məhəl qoymayan Qərb bununla PYD / YPG terrorçularının sıralarında Suriyada hərbi təlim keçən ASALA üzvlərinin fəaliyyətinə ideal şərait yaradır".

Qeyd edilir ki, Türkiyə üçün ASALA terrorçuları ilə digər terror təşkilatları arasında heç bir fərq yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti