...

Tofiq Yaqublu barədə qərar dövlətin öz vətəndaşına humanist yanaşdığının növbəti təzahürüdür - BAXCP sədrinin müavini

Siyasət Materials 18 Sentyabr 2020 17:28 (UTC +04:00)
Tofiq Yaqublu barədə qərar dövlətin öz vətəndaşına humanist yanaşdığının növbəti təzahürüdür - BAXCP sədrinin müavini

Bakı. Elçin Mehdiyev – Trend:

Tofiq Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı qərar təqdirəlayiq haldır. Bunu Azərbaycan dövlətinin humanizm prinsiplərinə əsaslanan siyasətinin əyani təzahürü kimi qiymətləndirirəm.

Bunu Trend-ə açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı deyib.

N.Orduxanlı xatırladıb ki, Tofiq Yaqublu ilə bağlı partiya sədrləri, ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri verilmiş hökmün dəyişdirilməsi ilə bağlı müraciət cənab Prezident İlham Əliyevə müraciət etmişdi:

“Tofiq Yaqublu təcridxanada olduğu dövrdə qanunvericiliyə uyğun olaraq maddi-məişət şəraiti ilə təmin olunub, onun hüquqları məhdudlaşdırılmayıb, ailə üzvləri və vəkilləri ilə mütəmadi görüşüb və telefon vasitəsilə əlaqə saxlayıb. Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdəki Ofisinin nümayəndələrinin onunla görüşünə şərait yaradılıb. Səhhətinin daim həkim nəzarətində saxlanılması üçün o, istintaq təcridxanasının tibb məntəqəsinə yerləşdirilib, səhhəti sabit olub. Eyni zamanda xahişi ilə tanıdığı mülki sektorun həkimi Adil Qeybullaya onun müayinəsi, müalicəsi və sağlıq durumuna nəzarət edə bilməsi üçün orada lazımi şərait yaradılımışdı.

T.Yaqublunun sağlıq durumunda problem yaranmaması üçün onun özünün və həkimi Adil Qeybullanın təklifi ilə “City Hospotal”da müalicəsi davam etdirildi. Ancaq bütün bunlara baxmayaraq “beşinci kolon"un nümayəndələri, bəzi İnternet televiziyalar, xüsusilə də Amerikada oturanlar, görünür, bu prosesin uzanmağında maraqlı idilər. Onların istəyi o idi ki, Yaqublu həyatını itirsin və bundan öz siyasi məqsədləri üçün istifadə etsinlər. Bu şəxsləri hər kəs şiddətlə qınayırdı.

Radikal müxalifətin və "beşinci kolon"un bu qərarı “qələbə” kimi yozması, bundan sui-sitifadə edərək müxtəlif qeyri-qanuni çağırışlar səsləndirməsi bir daha göstərir ki, heç bir fəaliyyəti olmayan, işləri-gücləri sosial şəbəkələrdə qeybət, dedi-qodu yaymaq olanlar üçün insan həyatının heç bir dəyəri yoxdur. Xüsusən bunların başında AXCP sədri Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı dururdu. Bu adamlar qətiyyən istəmirdi ki, Yaqublu azad edilsin. Bunlar öz məqsədləri üçün ən ali prinsipləri belə tapdamağa hazırdırlar.

Tofiq Yaqublu daha çox Əli Kərimlinin təsiri altındadır. Bir daha onla bağlı qərarı təqdir edirəm və dövlətin öz vətəndaşına humanist yanaşdığının təzahürü kimi qiymətləndirirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti