...

Səfir: Türkiyə Azərbaycanın hər zaman yanında oldu və olmağa davam edəcək

Siyasət Materials 27 Sentyabr 2020 13:44 (UTC +04:00)
Səfir: Türkiyə Azərbaycanın hər zaman yanında oldu və olmağa davam edəcək

Bakı. Trend:

Ermənistanın son hücumları, ümumiyyətlə bu ölkənin aqressiyası qəbul edilməzdir.

Bunu Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Onun sözlərnə görə, bu gün səhər saatlarında Azərbaycanın bir çox kəndlərinə Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara başladığı xəbəri aldıq:

"İtki və yaralı olduğu xəbəri bizi məyus etdi. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatı ilə bağlı demək istəyirəm ki, Türkiyə Azərbaycanın hər zaman yanında oldu və olmağa davam edəcək".

O qeyd edib ki , Ermənistanın bu işğalını dayandırmağın vaxtı çatıb və bütün dünya bunu bilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti