...

MN: Ordumuz işğaldan azad edilmiş torpaqlardan bir addım belə geri çəkilməyib, istiqamət Qarabağdır

Siyasət Materials 8 Oktyabr 2020 18:54 (UTC +04:00)
MN: Ordumuz işğaldan azad edilmiş torpaqlardan bir addım belə geri çəkilməyib, istiqamət Qarabağdır

Bakı. Samir Əli - Trend:

Ordumuz əks-hücum əməliyyatı başlayandan bu günədək işğaldan azad edilmiş torpaqlardan bir addım belə geri çəkilməyib.

Trend-inməlumatına görə, bunu Müdafiə Nazirliyinin (MN) mətbuat katibi Anar Eyvazov bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, ordumuz düşmənə qarşı adekvat tədbirlər görür: “Azərbaycan Ordusunun atəş zərbələri endirdiyi bütün hədəflər beynəlxalq hüquqa uyğun olaraq legitim xarakter daşıyır. Ordumuz əks-hücum əməliyyatı başlayandan bu günədək işğaldan azad edilmiş torpaqlardan bir addım belə geri çəkilməyib. Əksinə, əməliyyat planına uyğun bütün tədbirlər fasiləsiz davam etdirilir. İstiqamət Qarabağdır. Qələbə bizimlədir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti