...

Fransada ömürlük həbs cəzası alan ASALA terrorçusu hazırda Qarabağda döyüşür - ARAŞDIRMA

Siyasət Materials 12 Oktyabr 2020 19:00 (UTC +04:00)
Fransada ömürlük həbs cəzası alan ASALA terrorçusu hazırda Qarabağda döyüşür - ARAŞDIRMA

Bakı. Trend:

1984-cü ildə Ermənistanın ASALA terror təşkilatının əməliyyatlarında fəaliyyət göstərdiyinə görə təqsirləndirilərək Fransada ömürlük həbs cəzasına məhkum olunan Jilbert Minasyan 80-ci illərin sonunda Marsel şəhərindən qaçaraq Ermənistana gəlir. Bu ərəfədə Dağlıq-Qarabağda qızğın döyüşlər gedirdi.

Trend-in məlumatına görə, İrəvanda Leonid Azxaldian ilə tanış olan Jilbert Müstəqil Ermənistan ordusu yaradılmasının təşəbbüskarlarından biri olur. Daha sonra ordu komandiri olan Minassiyan Hovsep Hovsepyan kimi adlandırılır. Baş komandir Leonidin rəhbərliyi ilə döyüş sirlərinə yiyələnən Jilbertlə birgə bir neçə fransız da çiyin-çiyinə bu ərəfədə cəbhə xəttində vuruşur.

1992-ci ildə Leonid aldığı güllə yaraları səbəbindən öldükdən sonra Minasyan ordunun rəhbərliyini ələ alır. 1993-cü il aprel ayının 1-i Jilbert və 107 digər erməni ilk dəfə olaraq işğal etdikləri Azərbaycanın Kəlbəcər rayonuna ayaq basır. Bir il sonra atəşkəs bəyan olunur və Minasyan idiki Yerevana qayıdır. Bir müddət gözlədikdən sonra fransız dostlarının ona müntəzəm olaraq baş çəkməsi sayəsində etibarnamə əldə edərək yenidən Fransaya dönür. 2004-cü ildə təkrar Fransada həbs olunan Jilbert 9 il həbs cəzası çəkdikdən sonra pasportunu alaraq yenidən Marsel şəhərinə - dostlarının yanına qayıdır.

Bu gün 64 yaşında olmasına baxmayaraq, 15 gündür ki, Dağlıq Qarabağda baş verənlər Jilberti heç də rahat buraxmır. O, həftənin beşinci günü, birbaşa Yerevana bilet alaraq Erminasta gəlir və Qarabağda vuruşan əsgərlərlə birgə vuruşmaq üçün dərhal cəbhəyə yollanır.

Sözügedən terrorist hazırda da Azərbaycana qarşı döyüşlərdə iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti