...

Ərdoğan və Ruhani Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Siyasət Materials 22 Oktyabr 2020 20:19 (UTC +04:00)
Ərdoğan və Ruhani Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı baş tutub.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, tərəflər telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

Türkiyə Prezidenti iranlı həmkarına bildirib ki, Ermənistanın Azərbaycanın dinc əhalisinə hücumları hərbi cinayətdir.

Onun sözlərinə görə, bu məsələdə haqlı ilə yanlışı, işğalçı və işğala məruz qalanları ayırmaq vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti