...

ABŞ da Ermənistanın terrorçu dövlət olduğunu bilir

Siyasət Materials 25 Oktyabr 2020 13:25 (UTC +04:00)
ABŞ da Ermənistanın terrorçu dövlət olduğunu bilir

Bakı. Asif Mehman - Trend:

Ermənistanın mülki əhaliyə qarşı həyata keçirdiyi terror hadisələri bir çox dövlət kimi ABŞ-ı da narahat etməyə bilməz.

Trend-in məlumatına görə, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin xəbərdarlıqlarından sonra ABŞ hökuməti Azərbaycandakı səfirliyi vasitəsilə vətəndaşlarına xəbərdarlıq edib. Xəbərdarlıqda səfirlik erməni terroru ilə bağlı bildirir ki, ehtiyatlı və sayıq olmaq, kütlənin çox olduğu yerlərdən yayınmaq lazımdır.

Əlbəttə, Ermənistanın terrorçu keçmişi heç kimə sirr deyil. Sentyabrın 27-dən döyüşlər başladıqdan sonra isə Ermənistanın Azərbaycan şəhərlərinə, xüsusən də Gəncəyə raket zərbələri endirməsi, dinc əhalini hədəf alması bunun sübutudur.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Trend-ə açıqlamasında qeyd edir ki, Ermənistan Gəncədə rusiyalı yeniyetməni qətlə yetirməklə təşkcə Azrəbaycana deyil, bütün bəşəriyyətə qarşı müharibə elan etdiyini göstərdi:

"Bu bir daha göstərir ki, Ermənistan üçün insanlıq, milliyət anlayışı yoxdur və onlar ancaq dinc insanları hədəfə alır.

Bu gün Ermənistanın hərbi-siyasi rəhbərləri hərbi cinayətkar kimi hərəkət edirlər və buna görə də insanlarımız maksimum diqqətli olmalı, rastlaşdıqları şübhəli məqamlarla bağlı dərhal aidiyyəti orqanlara məlumat verməlidirlər.

Xairici dövlətlərin öz vətəndaşlarına erməni terroru ilə bağlı xəbərdarlıq etməsi də, əslində Ermənistanın nə dərəcədə təhlükəli terror dövləti olmasını sübut edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti