Bakı. Trend:
Nazir Ceyhun Bayramovun adına "Twitter"də saxta hesab açılıb.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva məlumat verib.
L.Abdullayeva bildirib ki, nazirin rəsmi hesabı budur: "@bayramov_jeyhun”.