...

Ermənistanda bu cür xaousn baş verəcəyi gözlənilən idi - Ekspert

Siyasət Materials 13 Noyabr 2020 19:12 (UTC +04:00)
Ermənistanda bu cür xaousn baş verəcəyi gözlənilən idi - Ekspert

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev 44 günə çox möhtəşəm qələbəyə imza atdı! BMT-nin illərdir kağız üzərində qalan qətnamələrini Azərbaycan təkbaşına icra etdi.

Bunu Trend-ə açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı deyib.

N.Orduxanlı bildirib ki, Ermənistan Azərbaycanın ərazisindən, Qarabağdan qoşunlarını çıxardır: "Hərbi sahədəki möhtəşəm qələbələrimizi məharətlə siyasi-diplomatik müstəviyə keçirməyə nail olan cənab Prezidentin bu qələbəsindən sonra Ermənistanın kapitulyasiyasının elan edilməsi baş verdi. Bu məğlubiyyətdən dərhal sonra Ermənistanda başlayan vətəndaş müharibəsi, dövlət çevrilişinə cəhd, hakimiyyətin tarimar olması, hərc-mərcliklə bağlı vəziyyətin olması, sosial partlayışın baş verməsi gözlənilən idi.

Artıq Ermənistan çox ağır durmdadır. Yoxsul və dilənçi kökündə yaşayan ermənilər artıq köç edirlər. Bilirsiniz, necə çökəcəklər? Heç bir iqtisadiyyatı olmayan və dövlət kimi xarici borcu on milyarddan çox olan Ermənistanın həddindən artıq ağır sosial vəziyyətlə üzləşəcəyi, vətəndaş müharibəsinin olacağı qaçılmazdır. Bu gün hakimiyyətə kimin gəlməsindən və ya Paşınyanın hakimiyyətdə qalmasından aslı olmayaraq, bu vəziyyətdən çıxmaları çox çətindir. Bunların yeganə yolu, məğlubiyyətləri ilə barışmaları və qonşu dövlətlərlə normal münasibətlərin qurulmasına cəhd etmələridir.

Türkiyə, Azərbaycan, İran, Rusiya ilə münasibətlərin normallaşaması üçün axmaq və səfeh iddialarından əl çəkməlidirlər. Əks halda, erməniləri çox ağır günlər gözləyir. Digər tərəfdən, Paşinyan artıq qurduğu diktatura rejiminin demokratikliyinə dair imitasiya imkanlarını da itirib, ölkəsini fəlakətə məhkum etmiş bir şəxs kimi onu ittiham edən bütün müxalifət nümayəndələrini həbsə atdırır, onlara təzyiqlər və təhdidlər edilir.

Qərb dairələrinin uzun müddət 2018-ci ilin mayında Ermənistanda baş vermiş dövlət çevrilişini “demokratik inqilab”, hakimiyyəti ələ keçirmiş Nikol Paşinyanı “demokratik lider” kimi təqdim etməsinə baxmayaraq, Ermənistanda bu gün demokratiyanın işartıları belə qalmayıb, ölkə kriminal şəxslərin neofaşizm yuvasına çevrilib. Qərb bütün bunlara susur. Bu ikili standartlar niyədir və bu ədalətsizlik, selektiv münasibət nə vaxtadək davam edəcək?! Ölkəsinin ərazi bütövlüyünü bərpa etmək, Ermənistandan işğal etdiyi torpaqları geri qaytarmağı tələb etdiyi üçün illərdir Azərbaycan Prezidentinə qarşı xarici mediada hədyanlar yazanlar, bunu sifariş edənlərin əsl kimlikləri, simaları bu gün ortadadır, onlar işğalçı Ermənistanın xilası üçün açıq şəkildə, heç bir utanc hissi duymadan hər şey edirlər, Bərdə, Gəncə və digər Azərbaycan şəhərlərində mülki insanlara qarşı Ermənistanın müharibə cinayətlərindən bəhs etmək əvəzinə, Azərbaycana və onun liderinə qarşı uydurmalarını davam etdirirlər. Bu gün bir sıra Qərb ölkələrinin, o cümlədən Fransanın, Kanadanın Ermənistana dəstək bəyanatları bu ölkələrin hakim dairələrinin həqiqi simalarını və mahiyyətini aydın əks etdirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti