Milli Məclis Fransa Senatının qətnaməsinə etiraz bəyanatı qəbul edib

Bakı. Elçin Mehdiyev - Trend:
Milli Məclis Fransa Senatında qəbul edilmiş "Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti" adlı qətnaməyə etiraz bəyanatı qəbul edib.
Trend-in məlumatına görə, bəyanatda qətnamə pislənilir və qeyd olunur ki, bu qətnamə beynəlxalq hüququn əsas norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.