Bu qətnamənin qəbulu Fransa siyasəti və parlamentarizmi üçün olduqca utancverici bir addımdır - Vüqar Rəhimzadə

Bu qətnamənin qəbulu Fransa siyasəti və parlamentarizmi üçün olduqca utancverici bir addımdır - Vüqar Rəhimzadə

Bakı. Trend:

Fransanın parlamentarizm tarixində daha bir utancverici hal yaşanıb. Fransa Senatına erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi təqdim edilib. Çox maraqlıdır ki, Fransanın daxili sosial problemlərinin həlli ilə bağlı qətnamələri illərlə müzakirə etməyən senatorlar bu layihəni cəmi bir neçə gün sonra, tələsik müzakirəyə çıxarıb və qəbul ediblər. Heç şübhəsiz ki, bu, hüquqi aktdan daha çox siyasi təxribat xarakteri daşıyan qətnamədir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə bildirib.

“Fransa Senatının qəbul etdiyi qətnamə sənədinin mətnindən də aydın olur ki, senatorları Dağlıq Qarabağın erməni əhalisinin taleyindən daha çox Türkiyənin və Azərbaycanın getdikcə güclənməsi, sarsılmaz birlik nümayiş etdirməsi narahat edir” deyən Vüqar Rəhimzadə əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri Ermənistan və Azərbaycan olsa da, məlum qətnamədə Türkiyənin adı daha çox hallanır.
Vüqar Rəhimzadə vurğulayıb ki, Fransa Senatında qondarma rejimlə diplomatik münasibətlərin qurulmasını nəzərdə tutan qətnamə layihəsinin müzakirəsi fikir mübadiləsindən daha çox 12 senatorun qərəzli, reallıqdan uzaq, birtərəfli çıxışları ilə tarixə düşəcək: “Məsələn, çıxışlardan aydın olur ki, Fransa Senatının bir çox üzvünün müharibənin başa çatmasından, tərəflər arasında razılıq əldə edilməsindən xəbərləri belə yoxdur. Hətta, bəzi senatorların militarist bəyanatlarını başqa cür izah etmək mümkün deyil. Bu baxımdan senator Stefan Ravienin dedikləri heyrət doğurur. O deyib ki, Fransadakı erməni gənclər vətənlərinə dönərək vuruşmaq istəyirlər, onların yolu açılmalıdır, Fransa QHT-ləri bu işdə onlara yardımçı olmalıdır. Əslində, məsələyə məntiqlə, soyuqqanlı yanaşdıqda senatorlar bu cür çıxışları ilə özlərini və prezident Makronu bir daha təkzibedilməz faktlarla ifşa etmiş olublar. Çünki Makron elə ilk gündən Azərbaycanı və daha çox Türkiyəni muzdlu döyüşçü məsələsində əsassız ittiham edirdi. Lakin senator Stefan Ravie Azərbaycan tərəfini muzdlu döyüşçülərdən istifadə etməkdə günahlandıran Makronu bir daha ifşa etdi və bütün dünyaya göstərdi ki, əslində Fransa özü Ermənistanı muzdlularla təmin edir”.

Baş redaktor diqqətə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsinin detalları haqqında heç bir təsəvvürü olmayan, münaqişənin hazırkı mərhələsindən bixəbər olan, hətta çıxışları belə dinləməyən senatorlar səsvermədə fəal iştirak ediblər. Bu, açıq şəkildə əvvəlcədən planlaşdırılmış təxribatdan başqa bir şey deyildır: “Sirr deyil ki, layihənin ideya müəllifləri ermənilərin Fransada kompakt yaşadığı regionlardan olan senatorlardır. Bununla da bir daha aydın olur ki, həm sənədin müəlliflərini, həm də ona səs verənləri daha çox qarşıdan gələn seçkilərdə Fransa ermənilərinin səsləri və erməni lobbisinin dəstəyi maraqlandırır. Amma görünən odur ki, illər öncə Şimali Afrikada soyqırımı törətmiş fransızların nəvə-nəticələri bu gün vəzifələri naminə dövlətlərini bütün dünyada gülüş hədəfinə, bir qrup məkrli erməninin girovuna çeviriblər. Bu mənada, düşünürəm ki, Fransa Senatının belə bir qətnamə qəbul etməsi Azərbaycanla ikitərəfli münasibətlərə ciddi xələl gətirməklə yanaşı, özünü demokratik dəyərlərin müdafiəçisi adlandıran müasir Fransanın tarixinə qara səhifə kimi həkk olunacaq. Çünki Azərbaycan Respublikasının Fransadakı səfiri qətnamənin səsverməyə çıxarılmasında bir gün öncə Senatın dinləmə prosedurlarına uyğun olaraq Senat üzvləri qarşısında çıxış edib və burada əks olunan birtərəfli, həqiqətə uyğun olmayan məqamlarla əlaqədar ətraflı məlumat təqdim edib. Buna rəğmən Senat tərəfindən tamamilə qərəzli, ədalətsiz qətnamənin qəbul edilməsi problemə ikili standartlar mövqeyindən və birtərəfli yanaşmadan başqa bir şey deyil”.

Vüqar Rəhimzadə vurğulayıb ki, vasitəçi mandatı daşıyan bir ölkənin belə bir qətnamə ilə çıxış etməsi Fransa dövlətinin bitərəfliliyinə ciddi zərbə vurur. Bundan sonra Fransanın ATƏT-in Minsk qrupunun həmsədri statusunu daşımağa mənəvi, hüquqi və siyasi haqqı yoxdur. Bu qətnamə, həmçinin Azərbaycan ictimaiyyəti arasında formalaşmış Fransanın ədalətli vasitəçi olmaması fikrinin həqiqiliyini bir daha təsdiq edir: “Fransa Senatı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal olunması, mülki əhalinin qətlə yetirilməsi, işğalçı dövlətin torpaqlarımızda etnik təmizləmə, ekoloji terror, qeyri-qanuni məskunlaşma və qanunsuz iqtisadi fəaliyyətlər aparmasına qarşı 30 ildə susqun mövqe nümayiş etdirib. Elə Senatın Ermənistan silahlı qüvvələri sıralarında Fransa vətəndaşları olan muzdluların Azərbaycan ərazilərində döyüşlərdə iştirak etməsinə heç bir münasibət bildirməməsi də bir çox haqlı suallar doğurur. Fransa Senatının Ermənistan tərəfindən çox sayda mülki əhalisi qətlə yetirilmiş, kəndləri, qəsəbələri və şəhərləri qadağan olunmuş ballistic raket atəşinə tutulmuş Azərbaycanı vicdansızcasına ittiham etməsi heç bir mənəvi və hüquqi çərçivəyə sığmır. Bu qətnamənin qəbulu Fransa siyasəti və parlamentarizmi üçün olduqca utancverici bir addımdır. Qətnamənin mətnində münaqişənin bütün tarixinin, siyasi və hüquqi aspektlərinin ciddi şəkildə saxtalaşdırılması isə siyasi və hüquqi məsuliyyət doğurur”.

Vüqar Rəhimzadə söyləyib ki, Fransa siyasi dairələrinin ənənəvi Ermənistan təəssübkeşliyinin növbəti təzahürü olan bu qətnamə Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir və adi kağız parçasından başqa bir şey deyil: “Heç bir qüvvə, o cümlədən Fransa Senatı Azərbaycan Ordusunun öz tarixi ərazilərindən çıxarılmasını tələb edə bilməz. Ona görə də təcili olaraq Fransa dövləti Senatın bu qətnaməsini qınayan bəyanat və izahat verməlidir”.

"İnter" son 4 ildə ilk dəfə "Yuventusu" məğlub etdi
"İnter" son 4 ildə ilk dəfə "Yuventusu" məğlub etdi
Türkiyə Super Liqası: "Beşiktaş" "Qalatasaray"ı məğlub etdi
Türkiyə Super Liqası: "Beşiktaş" "Qalatasaray"ı məğlub etdi
Yunan-Roma güləşçilərimiz "Qran-pri"də 8 medal qazandı
Yunan-Roma güləşçilərimiz "Qran-pri"də 8 medal qazandı
Loading Bars
Xəbər lenti
Xaçmaz KOB evində sahibkarlara 20 mindən çox xidmət göstərilib (FOTO)
Azərbaycanla İran arasında yeni avtomobil körpüsü tikiləcək
Goranboyda 2 polis əməkdaşı döyüldü
Qaz sızmaları aradan qaldırılır
Azərbaycan 2020-ci ildə 13 milyard dollardan çox məhsul ixrac edib
AMEA-ya ayrılan vəsaitlər artırılsa da, akademiya özü qazanc əldə etməyib - Akademik-katib
Bərpa olunan enerji hərracları xarici investisiyaların ölkəyə cəlb olunmasına kömək edəcək - Agentlik (MÜSAHİBƏ)
AMEA institutlarında yeni rəhbər vəzifələr yaradılıb
Yanvarın 19-da xarici valyutaların manata qarşı məzənnələri
Prezidentin Üzeyir, Natəvan və Bülbülün heykəllərini Şuşaya qaytarması tarixi hadisədir - Büstlərin müəllifləri (FOTO)
“Azernews” dünyanın aparıcı qəzetləri arasında: Yeni bir uğur (FOTO)
20 Yanvar faciəsi Kolumbiya mətbuatında
Tramp əksər Avropa ölkələri və Braziliyadan ABŞ-a giriş məhdudiyyətlərini ləğv etdi
Mərakeşdə ilk dəfə koronavirusun "Britaniya" ştammına yoluxma faktı qeydə alınıb
İraqın mərkəzinə hava zərbələri endirilib
Sudanda 120-dən çox insan millətlərarası qarşıdurmanın qurbanı oldu
Əlcəzair və Mərakeş ərazisindəki səhrada qar yağıb
İtaliya parlamentinin aşağı palatası Konte hökumətinə etimad göstərib
Bakıda köşk yanıb
İsveçrədə xizək kurortunda uçqun olub, 10 nəfər qarın altında qalıb
Türkiyədə son sutkada koronavirusdan 7 905 nəfər sağalıb
Qarabağı Prezident İlham Əliyevin yetişdiriyi gənclər azad etdi - 17 ilin nəticəsi
Teledərslərin yanvarın 19-na olan cədvəli açıqlanıb
Bakıda mənzildən qadın meyiti tapılıb
Mədəniyyət Nazirliyi “Müqəddəs alman Lüteran kilsəsi” haqda videoçarx hazırlayıb (VİDEO)
Azərbaycanın pilotsuz uçuş aparatları müasir müharibələrin strategiyasını dəyişdi - İsrailli ekspert
Disneyland Paris yenidən açılmasını 2 aprelə qədər təxirə saldı
TƏBİB-in sədri əhalini bu qurumun adından yayılan yalan məlumatlara inanmamağa çağırıb
COVİD-ə qarşı vaksin vurulan zaman hansı əlavə təsirlərin yarana biləcəyi açıqlandı
Ölkəmizdə istifadə edilən vaksin COVİD-19-un yeni ştammı üçün də təsirlidir - Ramin Bayramlı
Dənizdə dalğanın hündürlüyü 2,8 mətrə çatıb, güclü külək əsir - Faktiki Hava
Bakı sakini mənzildə halsız vəziyyətdə aşkar edilib
Qeyri neft-qaz məhsullarının ixracı azalıb
Yeni türk və qırğız kanalları “Azerspace-1” peyki üzərindən yayıma başladı
Azərbaycan əhalisi pullarını hansı məhsullara xərcləyib?
Azərbaycanda təbii qaz hasilatı artıb
Ceyhun Bayramov Türk Şurası, TÜRKSOY və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərlərinin təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb
Ötən il Azərbaycanda 34 milyon tondan çox neft hasil olunub
Pandemiya səbəbindən sərnişin daşınmasında azalma olub - Bakı Limanı
Xırdalanda qanunsuz tikinti-quraşdırma işlərinin qarşısı alınıb (FOTO)
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Ötən il 254 kriminal qrup zərərsizləşdirilib, 2 tona yaxın narkotik vasitə dövriyyədən çıxarılıb - DİN
Ölkədə bu cinayətlər azalıb - RƏSMİ
Ötən il ümumilikdə 26 004 cinayət qeydə alınıb - Nazir
Kəlbəcər rayonunun Alolar kəndi (FOTO/VİDEO)
Vətən Müharibəsində Daxili Qoşunların 65 hərbçisi şəhid olub, 347 nəfər yaralanıb
DİN-də 2020-ci ilin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib (FOTO)
Azərbaycanda 503 nəfər COVID-19-dan sağalıb, 118 nəfər yoluxub, 13 nəfər vəfat edib
AZƏRTAC-ın İdarə Heyəti sədrinin “İnformasiya yaradıcılığı: standartlar və yeni yanaşmalar” kitabı Türkiyədə nəşr olunub (FOTO)
Azərbaycanla Türkiyə arasında yeni memorandum müzakirə ediləcək
Milli Məclisdə əfv etmə-amnistiya aktı mövzusunda dinləmə keçiriləcək
Təhlükəsizlik İdarəsinin əməkdaşları maaşlarının 10 faizini “YAŞAT” fonduna köçürüblər
“AccessBank” sahibkarlara münasib faizlə biznes kreditləri təklif edir
Ötən il vergidən dövlət büdcəsinə 7,4 milyard manatadək vəsait daxil olub - Mikayıl Cabbarov
Sənaye parklarında 50 rezident qeydiyyata alınıb - Nazir
Fransa mediası Qarabağ müharibəsini yalnız Ermənistan tərəfindən işıqlandırıb - Reza Deqati (FOTO)
20 Yanvar günü marşrutların hərəkət trayektoriyası dəyişdiriləcək - BNA
ABŞ-da Üzeyir Hacıbəyli adına Beynəlxalq bəstəkarlar müsabiqəsi elan olunub
Azərbaycan və İran arasında dəmiryol sahəsində əməkdaşlıq memorandumu imzalanıb
Kəlbəcərə dəmir yolunun çəkilməsi rayonun iqtisadi potensialını dəfələrlə artıracaq - Alim
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SİYAHISI
Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxarmasa, onun cavabının sərt olacağını bilməlidir - Tarixçi alim
Azərbaycanda narın qiyməti niyə bahalaşır? - Səbəb açıqlandı
Azərbaycan bu məhsula xarici tələbatı tamamilə aradan qaldırır
Baş prokuror Polşanın ölkəmizdəki səfiri ilə görüşüb (FOTO)
Zəfər muzeyi fondunun yaradılmasına dəstək üçün ictimaiyyətə müraciət edildi
Yanvarın 19-na USD/AZN rəsmi məzənnəsi
Əlverişsiz hava şəraiti Hirkan Milli Parkında yanğının söndürülməsinə ciddi maneə yaradır - FHN (VİDEO)
İşğaldan azad edilmiş ərazilərdə bank-maliyyə infrastrukturu yaradılacaq
Laçının gəzməli-görməli yerləri haqqında videoçarx hazırlanıb
Nazirlik polietilen torbalarla bağlı sahibkarlara çağırış edib
Atəşkəs davamlı olarsa, Ermənistanla münasibətləri normallaşdırmaq üçün addımlar ata bilərik - Çavuşoğlu
Yeni zavodda 60-90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsulları istehsal olunacaq
Bakıda peyvəndlənmə prosesi belə aparılır (FOTO/VİDEO)
Cəlilabadda daha bir koronavirus xəstəsi ictimai yerdə aşkarlandı
İran və Türkiyə arasında dəmir yolu sahəsində sənədlər imzalanıb
Bakı-Sumqayıt qatarı 20 Yanvar günü bu qrafiklə işləyəcək
Azərbaycan Prezidenti: 2021-ci il də artıq qələbələrlə başlayır
Şəhidlər Xiyabanında son tamamlama işləri görülür (FOTO)
Səbaildə Şəhidlərin xatirə lövhəsinin açılışı olub (FOTO)
Bu il daha 4 DOST mərkəzinin açılması nəzərdə tutulur - Nazir
Prezident İlham Əliyev: Kimsə özünü toxunulmaz hesab etməsin
“Azəriqaz” İstehsalat Birliyi gücləndirilmiş rejimdə çalışacaq
Ermənistan məscidlərimizi dağıtmaqla islamofob ölkə olmasını sübit etdi - Naqif Həmzəyev
Prezident İlham Əliyev: Artıq müharibə də başa çatıb, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qalıb
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda hər şey planlı şəkildə, düzgün aparılmalıdır
Prezident İlham Əliyev: Fəaliyyətimdə Qarabağ bölgəsinin bərpası xüsusi yer tutur
Rusiyada qar uçqunu olub, 12 nəfər...
Azərbaycan Prezidenti: Sənaye, kənd təsərrüfatı, qeyri-neft sektoru, ixrac imkanları, idxaldan asılılığın azaldılması yeni reallıq yaradıb
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib (VİDEO)
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında iki zavodun təməlini qoyub, vərəqə şüşə istehsalı müəssisəsinin açılışını edib (FOTO/VİDEO)
Bir sıra erməni rəsmilərinin bəyanatları müəyyən gərginlik yaradır - Lavrov
Vaksin vurulandan sonra özümü tam rahat hiss edirəm - Həkim
Azərbaycanın yaratdığı yeni reallıqda Dağlıq Qarabağın status məsələsi yoxdur - Deputat
Qələbəmizin kökündə duran əsas məqamlardan biri gənclərimizin vətən sevgisi idi - Deputat
Azərbaycandakı dini konfessiya rəhbərləri 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb
İradə Gülməmmədova şəhid ailələri ilə görüşdü (FOTO)
Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imtahan keçiriləcək
İqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər azalıb
Xaricdə yaşayan qarabağlılar Şuşa ilə bağlı təəssüratlarını bölüşüblər (FOTO)
Bütün xəbərlər