Əli Kərimli göz görə-görə faktları təhrif edir - Adil Əliyev

Əli Kərimli göz görə-görə faktları təhrif edir - Adil Əliyev

Bakı. Elçin Mehdiyev - Trend:

Əli Kərimli Azərbaycan Prezidentinin milli həmrəylik və dialoq təşəbbüsünə qoşulmama ilə bağlı radikal düşərgəyə yönəlik tənqidlərindən nəticə çıxarmaq əvəzinə, qəbahətlərini yalanla ört-basdır etməyə çalışır.

Bunu Trend-ə Milli Məclisin sədr müavini Adil Əliyev deyib.

A.Əliyev AXCP sədri Əli Kərimlinin internet televiziyalarından birində səsləndirdiyi fikirlərlə əlaqədar olaraq bildirib ki, Ə.Kərimli göz görə-görə faktları təhrif edir:

“O, həmin çıxışında iddia edir ki, “milli şura” Vətən müharibəsi zamanı həmrəylik nümayiş etdirib. Cəmiyyəti bu yalana inandırmaq hansı əxlaqi-mənəvi meyara uyğun gəlir, yaxud özünü “siyasətçi” adlandıran biri bu qədər bəsit yalan danışarmı? Biz bilirik ki, onun rəhbərlik etdiyi AXCP 50 siyasi partiyanın Azərbaycan Ordusuna, Müzəffər Ali Baş Komandanımızın qətiyyətli siyasətinə dəstək xarakterli birlik - həmrəylik bəyanatlarına qoşulmadı. Belə olan halda, “milli şura”, AXCP və şəxsən Əli Kərimli kiminlə həmrəylik nümayiş etdirib? Həmin dövrdə Azərbaycan Ordusunun zəfər yürüşündən narahat olan qüvvələr ilə?”.

A.Əliyev vurğulayıb ki, 2020-ci il tariximizin ən şanlı səhifəsidir, ən mühüm hadisə isə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Ordumuzun Qarabağda qazandığı qələbədir. Bu qələbə nəticəsində 30 illik nisgilimizə bir dəfəlik son qoyulmuşdur:

“Bəşəriyyətin müxtəlif hadisələrə, rəngarəng proseslərə şahidlik etdiyi 2020-ci il başa çatdı, dünyanın siyasi tarixinin yeni səhifələri yazıldı. Pandemiya şəraiti çoxsaylı çətinliklər yaratsa da, əlamətdar hadisələr də ötən ilin təqviminə əbədi həkk olundu. Xüsusilə də, tarixi ədalətin bərpa olunması mənasında. Bunlar sırasında, heç şübhəsiz, zəfər yürüşünü uğurla başa çatdıran Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsi xüsusi yer tutur. Bu, təkcə Cənubi Qafqazın lider dövlətinin ərazi bütövlüyünün bərpa olunması deyil, həm də regionda yeni reallıqların formalaşması, dünya nizamının gələcəyinə təsir edən yeni geosiyasi miladın yaranmasıdır.

Şübhəsiz, ötən il ölkədə siyasi islahatların aparılması, dialoq mühitinin möhkəmləndirilməsi, sosial sahədə yeni strateji əhəmiyyətli qərarların qəbul olunması və digər amillər də Azərbaycanın milli gücünün daha da artmasını şərtləndirdi. Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videomüşavirədə bütün bu məsələlərə ətraflı nəzər salaraq çox mühüm fikirlər səsləndirmişdir.

Yeni yaranmış reallıqlar Azərbaycanın qarşısında yeni perspektivlər açılmasını təmin edib. Təəssüflər olsun ki, sosial şəbəkənin Azərbaycan seqmentinə nəzər salanda diqqəti bu reallıqlardan yayındırmaq istəyən marginal bir qrupun zərərli təbliğat aparmasının şahidi oluruq. Əlbəttə, “azərbaycanlı” milli kimliyi daşıyanların əqidəsi buna yol verməməlidir. Şəxsi ambisiyaların əsirinə çevrilmək dövlətin milli maraqlarına zidd davranış sərgiləməyə haqq və bəraət qazandıra bilməz.

Əli Kərimli kimi birinin “xaricdən maliyyələşən internet kanallarının birində” səsləndirdiyi ifadələrin təkcə tariximizin saxtalaşdırılmasına yönəlik addım deyil, həmçinin AXCP sədrini həm də bugünkü reallıqların təhrif edir. Bu təhrif həm də o təsəvvürü formalaşdırır ki, sözügedən marginal qrupun məqsədi sağlam siyasi mübarizə aparmaq deyil, ən yaxşı halda ictimai rəyi yanıltmaqdır. Elə məqamı yetişmişkən bəzi nüanslara toxunaq.

Əvvəla, bu şəxs Azərbaycanın hərbi-siyasi qələbəsinin üzərinə kölgə salmaq üçün möhtəşəm zəfərimizi “yarımçıq” adlandırır, Azərbaycan Ordusunun “axıra qədər getmədiyini” deyir. Bu, kobud yalan və qərəzdən doğan niyyətin təzahürüdür. Azərbaycan Ordusunun 44 günlük müharibə çərçivəsində tarixi torpaqlarımızı azad etməsi istisnasız olaraq hər kəsə məlumdur.

Üstəlik, Ermənistanın kapitulyasiya aktını imzalamasından sonra 3 rayonumuzun bir güllə atmadan, hər hansı itki vermədən azad olunması bizim tarixi nailiyyətimizdir. Bəs qələbəni “yarımçıq” adlandıranlar nə istəyirlər, məgər onlar üç rayonumuzun siyasi yolla qaytarılmasından narazıdır?! Bəlkə, Ermənistanın itkilərindən narahatdırlar, yaxud bizim yeni itkilər verməyimizi istəyirdilər?

Digər məqama nəzər salaq: o, “Ermənistan tam təslim olmayıb” kimi fikir səsləndirərəkən hansı reallığa əsaslanır? Özü də bilməlidir və yəqin, bilir ki, təslimiyyətin tamı və ya natamamı olmur. Kapitulyasiya aktına imza ataraq Azərbaycan torpaqlarından qovulan işğalçı dövlətin “ağ bayraq” qaldırması, üçtərəfli bəyanatda üzərinə öhdəliklər götürməsi natamam təslimçilikdir?! Ermənistanın baş naziri, prezidenti, digər rəsmi şəxsləri bu məğlubiyyət və təslimiyyəti həm qəbul, həm də etiraf etdikləri halda, Əli Kərimli nəyi və niyə inkar, təkzib etməyə çalışır?

AXCP sədrinin “Prezident gündəmdən diqqəti yayındırmağa çalışır” fikri də ictimai rəyə özünü “siyasətçi” kimi təqdim edən şəxsin istifadə edəcəyi cümlə olmamalıdır: “Azərbaycan ictimai rəyində siyasi atmosfer zəfər əhvalı ilə zəngindir. Siyasi mənsubiyyətindən, sosial statusundan, yaşından, dilindən, dinindən asılı olmayaraq hər bir azərbaycanlı tarixi qələbənin qürur hissini yaşayır (hərçənd ki, Ə.Kərimli bunu “eyforiya” adlandıraraq özünü ifşa edir). Azərbaycan Prezidenti Onun rəhbərliyi ilə yaranmış bu reallıqdan diqqəti nə üçün yayındırsın? Məgər bundan böyük tarixi an və həqiqət məqamı var?! Bəlkə, Ə. Kərimli üçün var, amma Azərbaycan xalqı üçün yoxdur!”.

Meksikalı boksçu Alvares WBC və WBA versiyaları üzrə dünya çempionu titulunu qorudu
Meksikalı boksçu Alvares WBC və WBA versiyaları üzrə dünya çempionu titulunu qorudu
Daha bir neçə gimnastımız idman ustası oldu
Daha bir neçə gimnastımız idman ustası oldu
Levon Aronyan Ermənistan adından yarışmaqdan imtina etdi
Levon Aronyan Ermənistan adından yarışmaqdan imtina etdi
Loading Bars
Xəbər lenti
Azərbaycan Prezidenti İlham Əliyevin mətbuat konfransı xarici ölkələrin mediasında geniş işıqlandırılıb (FOTO)
Alyaskada 5,4 bal gücündə zəlzələ olub
"Azərişıq" smart kart ödənişlərində problem yaranacağı iddiaları barədə açıqlama verib
Füzulidəki yeni aeroportun uçuş eniş zolağının uzunluğu 3 min metr olacaq (VİDEO)
Neftçalada inzibati binada yanğın olub
Azərbaycan Ombudsman institutu İƏT ölkələrinin ombudsman təsisatları üçün təlim-seminar təşkil edib
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib
Prezidentin keçirdiyi mətbuat konfrasnı ilə Azərbaycanın mövqelərini daha da möhkəmləndi - Ekspert
Azərbaycanda 270 nəfər COVID-19-a yoluxub, 117 nəfər sağalıb, 2 nəfər vəfat edib
Azərbaycan meydana gələ biləcək hər hansı təhdidlərin qətiyyətlə qarşısını almağa qadirdir - Leyla Abdullayeva
Gürcüstanlı jurnalistlər və ekspertlər Füzuli rayonuna səfər ediblər (FOTO)
Gürcüstanda son sutkada 248 koronavirusa yoluxma halı aşkarlanıb
Sumqayıtda törədilən qanlı hadisələr Azərbaycana qarşı planlaşdırılmış təxribat idi - Leyla Abdullayeva
Ağdam rayonunun Eyvazxanbəyli kəndi (FOTO/VİDEO)
Uruqvayda koronavirus əleyhinə vaksinasiya başlanılıb
Hərbi qulluqçumuz təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub - MN
13 minədək şəxs postmüharibə dövründə sosial dəstək tədbirləri ilə əhatə olunub
Sabahın hava proqnozu açıqlanıb
Qazaxıstanda koronavirusdan son sutka 590 nəfər sağalıb, 791 nəfər yoluxub
Prezidentin mətbuat konfransı Azərbaycan reallıqlarının dünyaya çatdırılması baxımından olduqca əhəmityyətli oldu - Deputat
Meksikalı boksçu Alvares WBC və WBA versiyaları üzrə dünya çempionu titulunu qorudu
Niderlandda “Xocalıya ədalət!” tələbi ilə lövhə quraşdırılıb və aksiya keçirilib (FOTO)
Gəncədə avtoxuliqanlıq edən şəxslər saxlanılıb (FOTO)
BMT-nin Baş Qərargahı qarşısında Xocalı soyqırımı ilə bağlı sərgi təşkil edilib (FOTO)
Bosniyalı redaktor Xocalı və Srebrenitsa soyqırımları arasında paralelliyi təhlil edib
Peru sahillərində 5,5 bal gücündə zəlzələ baş verib
ABŞ-da "Johnson & Johnson" koronavirusa qarşı peyvəndinin istifadəsi təsdiq edilib
Çində kimyəvi zavodda zəhərli qaz sızması səbəbindən beş nəfər ölüb
Bu gün magistraturalara qəbul imtahanı keçiriləcək
Meksikanın nüfuzlu internet televiziyasında Xocalı soyqırımı və erməni təcavüzü haqda danışılıb (FOTO/VİDEO)
Suriyada qaçqın düşərgəsində baş verən yanğında ən az dörd nəfər öldü
Alyaskada 5,3 bal gücündə zəlzələ olub
Füzulidə tikiləcək beynəlxalq hava limanı Qarabağa açılan qapı olacaq (VİDEO)
Laçın rayonunda qədim Alban-udi xristian məbədində ikinci xidmət keçirilib
ÜST: Dünyada ötən sutka koronavirusa 420 mindən çox yoluxma qeydə alınıb
Azərbaycan artıq müharibə etmək istəmir - Rusiyalı hərbi mütəxəssis
Hətta Suriyanın Homs şəhərində bu qədər böyük dağıntılar görmədim - Ukraynalı hərbi müxbir Ağdamda (FOTO)
Bakıda mənzildən kişi meyiti tapılıb
Türkiyədə son sutkada koronavirusdan 10 282 nəfər sağalıb
Prezidentin 4 saat su belə içmədən keçdiyi master-klas: Məntiq, təmkin, nəzakət və dəqiqlik
Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin açılışı olub (FOTO)
İŞİD terrorçuları Suriyada qaz boru kəmərini partladıb
Tailandda Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Daha bir neçə gimnastımız idman ustası oldu
Böyük Britaniyanın Qlazqo şəhərində "Xocalıya ədalət" tələbi ilə lövhə quraşdırılıb
İndoneziya gənclər təşkilatları Xocalı qurbanlarını andı
Xocalı faciəsinə hüquqi baxış mövzusunda Beynəlxalq Simpozium keçirilib (FOTO)
Pakistanın Lahor şəhərində Xocalı qurbanları anıldı (FOTO)
AZƏRTAC və Küveyt Elektron Media Birliyi əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər (FOTO)
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində yerləşdirilməsinə son qoymağı tələb olunur - XİN
Diaspor fəalları Avropa ölkələrinə "Xocalıya ədalət!" ismarıcını ünvanlayıblar (FOTO)
179 ərzaq satışı obyektində monitorinqlər aparılıb
Havanın qəfil kəskinləşəcəyi öncədən bəlli olduğundan BŞİH hər vəziyyətə hazır idi - Eldar Əzizov
Azərbaycanda 278 nəfər COVID-19-a yoluxub, 172 nəfər sağalıb, 5 nəfər vəfat edib
ABŞ-ın müxtəlif şəhərlərində Xocalı soyqırımını tanıdan xüsusi avtomobillər hərəkət edir (FOTO)
Daha bir qazinin yüksək texnologiyalı protezlə təmin edilməsi üçün müayinəsi aparılıb
Azərlotereyanın Türkiyə şirkətinə idarəetməyə verilməsi üzrə müqavilə imzalanıb (FOTO)
ABŞ konqresmeni Xocalı soyqırımı ilə əlaqədar bəyanat verib
“Notariat haqqında” qanunda dəyişikliklə bağlı hökumətə tapşırıq verildi - SƏRƏNCAM
Görkəmli sərkərdə Akim Abbasovun xatirəsi yad edilib (FOTO/VİDEO)
Dövlət başçısı “Notariat haqqında” Qanuna edilən dəyişiklikləri təsdiqlədi
“Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişiklik təsdiqləndi
"Alim" Elmi Assosiasiyası Xocalı soyqırımı ilə bağlı fransız dilində vebinar təşkil edib (FOTO)
Yeni Zelandiyanın ən böyük şəhəri karantinə alınır
23 cinayətin üstünü “isti izlər”lə açılıb
İndiyədək ölkəmizdə koronavirusa qarşı vaksinasiya olunanların SAYI açıqlanıb
Ermənistan prezidenti son iki gündə ikinci dəfə Baş Qərargah rəisi ilə görüşüb
İranda daha 81 nəfər koronavirusdan öldü
Mart ayına olan hava proqnozu açıqlanıb
Bu marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilir
“Kənddən Şəhərə” həftəsonu yarmarkası davam edir - ÜNVANLAR (FOTO)
Haitidə 400-dən çox məhbus həbsxanadan qaçıb, qarşıdurmada 25 nəfər ölüb
ABŞ-ın Portland şəhərində Xocalı soyqırımının qurbanları anılıb (FOTO/VİDEO)
Yunanıstandakı "QALA" cəmiyyəti Xocalı soyqırımına həsr olunmuş videokonfrans təşkil edib (FOTO)
Böyük qayıdış üzrə İşçi Qrup yaradılıb
İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib (FOTO)
Floridada Xocalı faciəsi qurbanlarının xatirəsinə havaya şarlar buraxılıb (VİDEO)
Səbail rayonunda narkotik satışı ilə məşğul olan dəstənin daha bir üzvü saxlanılıb (FOTO/VİDEO)
Avropa məscidlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə dualar oxunub (FOTO)
Bakı küçələri qardan sonra təmizlənir (FOTO)
Əfv komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Fikrət Sadıxova Prezidentin fərdi təqaüdü veriləcək
Şəhərdə gördüyümüz tək şey xarabalıqlar idi - Bosniya "O Kanal" kanalının Ağdamdan REPROTAJI
2021-2025-ci illər inkişaf strategiyasının hazırlanması üçün 10 alt işçi qrupu yaradılıb
Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib (VİDEO)
Xarici jurnalistlər 2 yaşlı Zəhranın ermənilər tərəfindən qətlə yetirildiyi kənddə olublar
Yerevanda Paşinyanın istefasını tələb edən etirazçılar meydanlarda gecələyir
Türkiyədə martın 2-dən məktəblər açılır
Məşğul şəxslər barədə məlumatların reyestrə daxil edilməsi tələbləri dəyişib
Zərdabda qadın evdən külli miqdarda pul oğurladı
Lənkəranda heroin daşıyan avtomobil yaxalandı
Bazar günü 16 dərəcəyədək isti olacaq
Niderlandın Life24 kanalında Xocalı soyqırımından danışılıb (FOTO)
Qarlı yollarda avtoxuliqanlıq edən sürücülər saxlanılıb (FOTO)
Ağsu sakinindən odlu silah götürülüb
Fransada Qarabağ həqiqətlərini əks etdirən qətnamələrin qəbulu üzrə təklif hazırlanır - Fransalı deputatın "Lagazetteaz.fr" qəzetinə müsahibəsi
Tehran və Bakı üçün biznes və nəqliyyat sahəsində yeni imkanlar açılır - Mehr xəbər agentliyi
Prezidentin mətbuat konfransı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından kifayət qədər uğurlu oldu - Deputat
Bakı metrosu ötən ilin 202 günü bağlı qalıb
Metronun “8 Noyabr” stansiyası istismara hazırlanır
Bütün xəbərlər